"Heç kəsə sataşmaq olmaz ki, sən keçmişdə peraşki satan, restoranda ofisiant olmusan"
Tarix: 2-06-2021, 09:21 | Çap et
Müğənni Akif İslamzadə Moderator.az-ın suallarını cavablandırıb. - Akif bəy, öncə sizi salamlayıram. Necəsiz?
- Şükür Allaha, pis deyiləm. Sadəcə olaraq bir az peyvənd olunmuşam, halım yoxdur. Ayaqlarım ağrıyır, deyirlər ki, belə olmalıdır. - Könüllü şəkildə peyvənd etdirdiz? - Bəli, könüllü peyvənd olundum. Bu birincisidir, ikincisini də etdirəcəm. Peyvənd olunmaq hər kəsin öz şəxsi istəyi, seçimidir. Deyərsən ki, etdirmə sonra ziyan olar, deyərlər ki, sən dedin mən də etdirmədim. Yaxud da əksinə. - Özünüzü koronovirusdan necə qoruyursunuz? - Camaat necə mən də elə. Maska taxdım, canlı təması azaltdım. - Bir neçə gün öncə ananız, dəyərli sənətkarımız Sara Qədimovanın doğum günü idi. Ruhu şad olsun! - May ayının 12-də dünyasını dəyişdiyi gündür, gedib ziyarət etmişdim. May ayının 31-də isə doğum günü idi. Hər il bayram və özəl günlərdə Sara xanımın məzarını ziyarət edirəm. - Maraqlıdır, Sara xanım doğum günlərini necə qeyd edirdi? - Doğum günlərini hər zaman evdə yaxın ailə üzvləri, sənət yoldaşları ilə birgə qeyd edərdi. Şövkət xanım, Xan əmini hər zaman evimizdə görmüşəm. - Həqiqətən də sizin estrada sənətimizdə xüsusi yeriniz var. Uşaqdan-böyüyə hamı tərəfindən böyük hörmətlə qarşılanırsız. Yəqin ki, bu hörməti qazanmaq, qoruyub saxlamaq asan deyil. - Əlbəttə ki, asan deyil. Birinci növbədə insan gərək özü-özünə hörmət etsin, başqasında səhv axtarmasın, rişxənd etməsin. İnsanın səhvi olar, nəyisə düz etməz, bunu ona deməyin də yolu var. Heç kəsə sataşmaq olmaz ki, sənin keçmişin belə olub, peraşki satan olmusan, restoranda ofisiant olmusan. Ev yıxmaq, ədəbsizlik, əxlaqsızlıq qəbul olunmazdır, amma yük daşımaq, fəhləlik etmək, çörək pulu qazanmaq, peraşki satmaq ayıb deyil. Kiminin axırı, kiminin əvvəli. - Sizin sənətə gəldiyiniz ilk illərlə bu günü müqayisə etsək çox böyük fərqin olduğunu görmüş olarıq. Dediyiniz bu hallarla o vaxtlar sizdə üzləşmisiz? - Əlbəttə, bu cür tənqidlər hər zaman olub, olacaq da. Şəhər sakinlərinin sayı 5 dəfə artıb, demək ki, hər şey artıb. Təhsil sistemimiz pis gündədir. Qərb təhsil sistemidir, ruslara keçib, ruslardan da bizə. Bu təhsil sistemi kökündən dəyişilməlidir, biz sonuncu Qarabağ savaşında müharibəni yox, döyüşü qazandıq. Müharibə hələ qabaqdadır. - Yəqin ki, son günlər ermənilərin törətdiyi təxribatlardan da xəbərdarsız. - Yenə də deyirəm, müharibəni qazanmaq üçün təhsil sistemi dəyişilməlidir. Bu günlərdə biri qabağımı kəsdirib dedi ki, biz həqiqətənmi qorxaq millətik? Dedim ki, yox qorxaq deyil, yaltaq millətik. Tankın üstünə ayağı yalın gedən insanları görmüşəm. Yadımızdan çıxarmayaq ki, əsr yarımdan artıq bir dövrdə biz müstəmləkə altında olmuşuq. Hələ o müstəmləkə zəncirini axıra qədər qıra bilməmişik. - Hansı illərin həsrətini çəkirsiz? - Öncə onu deyim ki, mən nostalji hisssləri sevmirəm. Elə adam deyiləm ki, deyim ki, ətəyimdə namaz qılmaq olar. Mənim bəndə qarşısında günahım yoxdur, amma səhv hərəkətim olub. - Hansı hərəkətdir? - Bu bəndə ilə Allah arasında olan bir haldır. - Sənət yoldaşlarınızdan kimlərlə əlaqələriniz var? - Eyyub Yaqubov, İlqar Muradov, Faytonçu Nazim, Rüstəm və bir çoxu ilə telefon vasitəsilə əlaqə saxlayıram. - Gənclərə, bu yolda addımlayan sənətçilərə tövsiyyəniz nə ola bilər? - Özlərini axtarıb tapmaq üçün bir şeyi dərk etməlidirlər ki, siz fərdsiniz. Öyrətmək, öyrənmək mütləqdir. Biz özümüz bizdən əvvəl yetişən sənətkarlara baxıb öyrənmişik. Çalışmışıq ki, onların təsiri altına düşməyək. Sənətçilər var ki, təsir altına düşürlər, sonra çıxa bilmirlər. Hər kəs öz yolunu axtarıb tapmalıdır. Bunun üçün Allah sənə şüur verib. - Nədənsə sizi işğaldan azad edilmiş torpaqlarda görmədik. Dəvət gəlmişdi, getmədiz yoxsa? - Xeyr, sözün düzü təklif gəlməyib. Bu sualı o torpaqlara sənətçilərin gedişini təmin edən təşkilatçılara ünvanlayın. O münsiflər heyətində Akif İslamzadədən məqamına, dərəcəsinə görə yüksək adam varsa onda o başqa məsələdir. Birini üzə çıxarıb göstərsinlər. 35 ildir mən oxumuram. Amma oxuduqlarım da qızıl arxivdədir. İnanmırlarsa gedib arxivlərə baxsınlar ki, Akif İslamzadəyə qədər o nüanslar, intonasiyalar olub, ya yox? Azərbaycan incəsənətində hamının haqqı pozulub, amma musiqiçilər qədər olmayıb. Onların əsas qazancı toylar, banketlərdir, amma indi o yoxdur. Musiqiçilər qızıl barmaqları ilə sənətlə məşğul olmaq yerinə başqa iş görürlər. Mənim qızıl fondda səs yazılarım var, çıxış etmişəm, bir qəpik pul da almamışam. - İslam da efirlərdən qonorar istəmişdi, amma ona qarşı da münasibət birmənalı olmadı. - Televiziya işçiləri, sədr başda olmaqla maaş alırsa efirə gələn müğənni də qonorar almalıdır. Biz efirə, radioya gedirik, amma pul almırıq. Bir sənəd çıxarsınlar ortalığa ki, nə vaxtsa mənə bir qəpik veriblər. Olmayıb belə bir hal.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
|