"Kəbin kağızını atasının qabağına qoyanda dedi ki, məni zaks-zad maraqlandırmır"
Tarix: 24-03-2021, 08:55 | Çap et
“Mənim yaradıcılıq fəaliyyətim, musiqidə ilk addımlarım çox gözəl şəraitdə keçib. 1956-cı ildə saksafon musiqi alətində ifa etməyə başladım. O vaxt Bakıda caz musiqisi dəbdə idi, bütün şəhər sakinləri bu musiqini sevirdilər. Biz də həmin o musiqi ilə formalaşırdıq. Artıq 1960-cı ildə bu alətdə professionallaşmışdım ona görə də məni Rauf Hacıyevin rəhbərliyi altında Dövlət Estrada Orkestrına dəvət etdilər. 1960-cı ildən fəaliyyətimi burada davam etdirdim və demək olar ki, bütün dünya ölkələrinə qastrol səfərlərinə gedirdik. Bu gün isə pandemiyada yalnız o xoş xatirələri yada salıram. Nə yaxşı ki, o günləri yaşamışam. Hamı kimi biz də bu xəstəliyə görə özümüzü qoruyuruq, dövlətin qoyduğu qayda-qanunlara əməl edirik. İndi hamının ən böyük arzusu bu xəstəlikdən birdəfəlik yaxa qurtarmaqdır” Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış ifaçı Rafiq Seyidzadə deyib. Sənətkar ömür-gün yoldaşı, məşhur estrada müğənnisi, Xalq artisti Natəvan Şeyxova ilə tanışlığını da xatırlayıb. “1965-ci il idi, Moskvadan Bakıya qayıtdıq, yeni proqram hazırlayırdıq. Filarmoniyanın 2-ci mərtəbəsində bizim bir zalımız var idi, orkestr da böyük idi. Həmin zalda biz məşq edirdik. Günlərin bir günü direktorumuz gəlib dedi ki, uşaqlar, özünüzü yığışdırın, bu gün yeni bir müğənni gələcək, onu işə götürəcəyik. Biz də cavan oğlanlar idik, deyirdik ki, kim gəlir gəlsin də (gülür). Qapı açıldı, Natəvan Şeyxova içəri daxil oldu. Baxdım gördüm ki, həqiqətən də gözəl xanımdır. Natəvan xanım o vaxt Tarqovuda gəzəndə yeniyetmə qızlar arxasınca qaçırdılar. Bizim Zaur Nurullayev adlı bir solistimiz var idi, Natəvan xanımla Konservatoriyada bir kursda oxuyurdu. Ona dedim ki, get Natəvana de ki, o mənim həyat yoldaşım olacaq. O illərdə də Natəvanla Baltikyanı ölkələrə qastrol səfərinə getdik, Riqa şəhərində razılığını aldım ki, Bakıya gələn kimi evlənəcəyik. Nə onun valideynləri, nə də mənimkilər bizim münasibətimizdən xəbərdar deyildilər. Mən çox müasir bir oğlan idim, fikirləşmirdim ki, ailəm razı olmasa evlənməyəcəm. Nigahı da danışmışdım, gedib orada kəbin kəsdirdik, kəbin kəsdirəndən sonra Natəvan xanım deyirdi ki, evə getməyə qorxuram (gülür). Natəvanın anası da evliliyimizə razı deyildi. Gəldik Natəvangilə, kəbin kağızını atasının qabağına qoyanda dedi ki, məni zaks-zad maraqlandırmır, sənin atan-anan varsa, get onlar gəlsinlər (gülür). Atam-anam da dedi ki, sən heç olmasa bizə deyərdin də, xonça-filan aparardıq, bizi biyabır etmisən (gülür). Dedim ki, daha olub da. Sabahı günü gəlib razılıq aldılar və hər şey yoluna düşdü. Biz hər zaman bir-birimizə sadiq olmuşuq, bir-birimizi qorumuşuq. Ona görə də 55 ildir ki, birlikdə həyat sürürük” deyə sənətkar bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|