“Bu, çox məsuliyyətli işdir, səhv etməyə ixtiyarımız yoxdur...”
Tarix: 13-03-2021, 08:23 | Çap et
Azərbaycanda böyük tarixi “İrəvan xanlığı” adlı bədii film çəkiləcək. Filmin bədii süjet xətti necə olacaq? Məşhur aktrisa və aktyorlardan kimlər bu filmdə rol alacaq? Bu və digər suallarla bağlı filmin rejissoru Namiq Ağayev “Yeni Müsavat”a danışıb. Namiq Ağayev tarixi filmin üçhissəli trilogiya olacağını deyib:
- Birinci film Rəvanqulu xanın dövrünə aiddir. Şah İsmayılın tapşırığı ilə Rəvanqulu xan qalanı tikməyə gedir və bununla da İrəvanın əsası qoyulur. Sonradan həmin qala Rəvanqulu xanın şərəfinə Rəvan qalası adlandırılır. Filmdə qala canlı obraz kimi baş rolda veriləcək. Adətən tarixi filmlərdə qala formal şəkildə ikinci dərəcəli verilir, bizdə isə baş rolda olacaq, bütün hadisələrin canlı şahididir.
İkinci dövr Məhəmməd xanın, Sisianovun üzərində qələbə çalan xanın dövrüdür. Bu, 1760-1806-cı illəri əhatə edir. Əsas Məhəmməd xanın dövrüdür. Naxçıvan xanı, 70 yaşlı, gözü kor olan Kərbəli xan Məhəmməd xanın köməyinə gəlir. Bu da maraqlı faktdır ki, kor bir sərkərdə gənc Məhəmməd xanla birləşib, Sisianovun üzərində qələbə çalır. Bu, ikinci dövrdür.
Üçüncü dövr isə Hüseynqulu xanın, 1805-6-cı ildən etibarən 1828-ci il, yəni Türkmənçay müqaviləsinə qədər olan dövrdür.
- Filmin ssenarisi kimə məxsusdur?
- Xəqani Əliyə məxsusdur. O, 16 il xanlıq dövrünü araşdırıb və “İrəvan xanlığ - Qılınc qınında çıxacaq!” pyesini yazıb. Film də onun əsasında çəkilir.
- Filmin büdcəsi təxminən nə qədər olacaq? Dövlət tərəfindən də maliyyə ayrılacaqmı, dəstək olacaqmı?
- Təbii ki, olacaq. Bu barədə keçmiş mədəniyyət nazirinə məlumat verilmişdi. Eyni zamanda bir sıra qurumlara məlumat vermişik. Milli Elmlər Akademiyası filmdə baş verəcək hadisələrin doğruluğunu təsdiqləyib, rəyini verib. Bu çox vacib məsələ idi. Yəni bədii film olmasına baxmayaraq, hadisələrin doğruluğu təsdiqlənməli idi.
Həmçinin Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, Qərbi Azərbaycanlılar İcmasının sədri, yazıçı və tarixçi Əziz Ələkbərlinin də diqqətinə çatdırmışıq. O da ssenarini oxuyub, layihəni bəyənib. Azərbaycan Kinematoqrafiyaçılar İttifaqına da məlumat vermişik. Yəni mədəniyyətlə əlaqədar bütün təşkilatlar, o cümlədən ali orqanlar bu film barəsində məlumatlandırılıb. İndi ssenarinin araşdırılıb, bəyəndirilməsi dövrüdür. Bildiyiniz kimi ssenari filmin ərsəyə gəlməsində ən vacib faktordur. Beləliklə, artıq 3 ildir ki, bu layihənin üzərində işləyirəm və nəhayət ki, əsas hissələrdən birini bitirmişik.
- Bəs büdcə məsələsi?
- Düşünürəm ki, büdcə dünya standartlarına uyğun olacaq. Və hesab edirəm ki, Azərbaycan film tarixində bu cür büdcəli film “Əli və Nino” olub. Doğrudur, inanmıram büdcə məsələsi tez bir şəkildə həll olunsun. Hər halda təşkilatlar, ali orqanlar köməklik edəcək. Yəni, film xalq filmi olacaq və ümid edirəm ki, həm ianələr, həm də dövlət dəstəyi ilə onu ərsəyə gətirəcəyik.
- Xatırlayıram ki, bir neçə il öncə də sizinlə söhbətləşəndə bu filmin ərsəyə gəlməsindən söz açmışdınız. Bəs niyə bu vaxta qədər filmlə bağlı fəaliyyət olmadı?
- Onda ssenari hazır deyildi və mən bu məsələ barəsində ciddi çalışırdım. Artıq çəkilişə qədər olan ssenari məsələsini, tarixi araşdırmalar dövrünü bitirmişik. Hər halda təsəvvür edərsiniz ki, tarixi İrəvan xanlığı dövründə baş vermiş hadisələrin hamısının bir xətt üzərinə yerləşdirilməsi böyük zəhmət tələb edir. Və nəhayət ki, bütün hadisələri bir xəttə “oturda” bildik.
- Sizcə, bu film dünya çapında da maraqla qarşılana biləcəkmi?
- Əlbəttə ki, elə bir film çəkməyə çalışırıq ki, dünyanın da diqqətini cəlb edə bilək. Filmin içərisində sevgi xətti, həsrət, qəhrəman psixologiyası da var. Ümumiyyətlə, filmin canında çox incə bir xətt olmalıdır ki, bütün dünya onu qəbul edə bilsin. Çünki məlum məsələdir ki, Azərbaycanın öz daxili, xanlıqlarının problemləri, faciəsi başqa dövlətlər üçün o qədər də maraqlı olmaya bilər. Bunun üçün filmi elə çəkməliyik ki, dünya həm İrəvanın strateji baxımından necə mühüm olduğunu bilməli, həm də süjet xəttini maraqla qarşılamalıdır.
- Azərbaycan və Türkiyə arasında imzalanmış müqaviləyə əsasən yaxın vaxtlarda türkiyəli kinematoqrafiyaçılar ölkəmizə gələcək və müştərək film və seriallar çəkiləcək. Bu filmə türkiyəli kinematoqrafiyaçıları da cəlb etməyi düşünürsünüzmü?
- Hələ bu müqavilələrə qədər bu haqda planlarım var idi. Hər kəsə məlumdur ki, bu gün türkiyəli kinematoqrafiyaçılar böyük potensiala malikdir. Bu baxımdan müştərək iş birliyi planda var. Amma qeyd edim ki, təkcə Türkiyədən deyil, müxtəlif ölkələrdən böyük tarixi filmlər üzrə təcrübəsi olan müxtəlif sahə üzrə peşəkar mütəxəssislər, o cümlədən ikinci eşelonlar, assistentlər, supervayzerlər, ikinci rejissorlar, rəssamlar və sairə cəlb olunacaq. Beləliklə, böyük tarixi film olacaq deyə təxminən 350-500 nəfərin bu işə cəlb olunacağı gözlənilir.
- Maraqlıdır, baş rollarda hansı məşhur aktrisa və aktyorlar olacaq?
- Təbii ki, çoxlu sayda yerli aktyorlar cəlb olunacaq. Həmçinin dünya statuslu olacağı üçün dünya brendli aktyor və aktrisalar da filmə dəvət ediləcək.
- Məsələn, hansı məşhurlar olacaq?
- Bu hələ ki, sirr olaraq qalsın. İndi yalnız onu deyə bilərəm ki, mütləq şəkildə dünyaşöhrətli 2-3 aktyor filmə cəlb olunacaq.
Sual oluna bilər ki, niyə məhz mən özüm bu filmin rejissorluğuna üstələnmişəm? Bu günə qədər kifayət qədər sənədli və lokal filmlər çəkmişəm. Lakin uşaqlıqdan tarixi filmlərin fanatı olmuşam və deyə bilərəm ki, bütün imkanlarımdan istifadə edib, hərtərəfli silahlanıb, var gücümlə bu cür film çəkməyə hazıram. Bu həm də çox məsuliyyət tələb edir, burada səhv etməyə ixtiyarımız yoxdur. Beləliklə, hesab edirəm ki, ortaya gözəl bir nəticə qoya biləcəyik. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|