"İstirahət üçün xaricə deyil, Qarabağın səfalı təbiətinə üstünlük verəcəyik"
Tarix: 30-11-2020, 09:27 | Çap et
Moderator.az-ın bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və 9 aydır ləğv olunan toylardan danışdı.
- Hər ifaçının repertuarında ən azı 2 Qarabağa həsr olunan mahnısı var. Bu gün Qarabağ sahibinə geri döndü. Hansı hissləri yaşayırsınız?
- Qarabağ hər birimizin uşaqlıq arzusu idi. Bizim əsas qayəmiz, istəyimiz, hədəfimiz torpaqlarımızın işğaldan azad olunması idi və biz bunun üçün yaşamışıq. Torpaqlarımızın düşməndən xilas olunmasında Azərbaycanın mərd, qəhrəman oğullarının böyük rolu olub. Onların 6-sı ailə üzvlərimdir. Belə ki, xalamın 6 nəvəsi II Qarabağ müharibəsində ön cəbhədə vuruşublar. 3-ü artıq qayıdıb, 3-ü isə hələ də Qarabağdadır. Cəbhə böləsində vətənin keçiyində duran hər bir əsgərlərimiz bizim övladlarımızdır. Onu da nəzərinizə çatdırım ki, digər bögələrdən olduğu kimi Tovzudan şəhidlərimiz oldu. Biz şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onlara canımız da qurbandır. Çünki onlar bizim üçün, torpağımız üçün canlarından keçdilər.
Bu gün əldə etdiyimiz qələbəyə görə çox sevincliyik. Artıq bundan sonra istirahət üçün xaricə deyil Qarabağın səfalı təbiətinə üstünlük verəcəyik. Bu torpaqlar sözün əsil mənasında cənnət məkandır. Hesab edirəm ki, vətənimdən kənarda yaşaya bilmərəm. Azərbaycanı çox sevirəm.
- Qarabağda oxumaq istədiyiniz özəl bir mahnınız varmı?
- Yeni ifa etdiyim “Qarabağ Azərbaycandır!” mahnım bu ruhdadır. Sözügedən mahnım kifayət qədər sevildi və diqqət gördü. Bu mahnını ürəklə ifa etdim. Mahnın mətni də Ali Baş Komandanımızın sözlərinə istinadən hazırlanmışdı. Mahnını məhz bu səpkidə yazdırdım. İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm.
- Şuşada konsert verməyi necə, düşünürsünüzmü?
- Əlbəttə, bütün sənətçilərin arzusudur ki, Qarabağda, işaldan azad edilmiş torpaqlarda konsert proqramı ilə çıxış etsinlər. Bilirəm ki, bundan sonra Qarabağda konsert proqramı, toylar daha çox olacaq. Biz də gedib həm o torpaqları görəcəyik, həm də oradakı toy məclislərində iştirak edəcəyik.
- İndi hərbi geyimdə fotosessiya etdirən müğənnilərin sayı vətənpərvər mahnılar ifa edənlərdən daha çoxdur. Siz necə?
- Mən “Qarabağ Azərbaycandır!” mahnısını hərbi geyimdə ifa etdim. Bu geyimdə şəkillərim oldu, klipim çəkildi. Həmin klipi vətənimiz, qələbəmiz üçün çəkdirdim. Bu ruhda ifa edilən mahnı da sevildi və gözəl qarşılandı. Müğənnilər o hərbi geyimi hər dəqiqə geyinmir. Biz də arxa cəbhədə döyüşən vətəndaşlarıq. Öz dəstəyimizi ifalarımızla bildiririk.
- Bu müddət ərzində əsgərlərlə görüşdünüzmü?
- Bəli, mən Tərtərə getdim, orada əsgərlərlə görüşdüm. Ancaq bu görüşdən heç bir çəkiliş etmədim. Əlimdən gələn qədər yardımlar da etməyə çalışdım. Bunu deyib, özünü reklam etməyin tərəfdarı deyiləm. Nəinki indi bundan əvvəl də xeyriyyə tədbirlərində iştirak edir, yardımlar edirdim. Hətta elə olur ki, mənə mesaj yazırlar və mahnılarımı dinlədiklərini, sevdiklərini bildirirlər. Qeyd edirlər ki, heç nəyə ehtiyacımız yoxdur, sadəcə ifanızı eşitmək istəyirik. Bu ərəflərdə əsgərlərimiz üçün telefonda 15-20 dəqiqə mahnı oxumuşam. Biz xanım olaraq döyüşə bilmədiyimiz üçün arxa cəbhədə əlimizdən gələni etməyə çalışırıq.
- Hazırda ölkəmiz iki düşmənlə- erməni və koronavirusla mübarizə aparır. Pandemiya sizi nələrdən məhrum etdi?
- Pandemiya hər sahəyə öz təsirini göstərdi. Bu virusla işləmək çətindir. Pandemiya biz ifaçılara daha çox problem yaratdı. Virus çox yayılıb və bundan dünyasını dəyişənlərin də sayı çoxalıb. Mənim qohumlarımdan da yoluxanlar var. Biz də bacardığımız qədər qorunmağa çalışırıq. Pandemiyadan dolayı restoranların bağlanması burada çalışan bütün işçilərin qazancını dayandırdı. Bütün bunların səbəbkarı koronavirusdur ki, o görünməz düşməndir. Erməniyə qalib gəldik, qaldı koronavirus. Buna da qalib gəlsək bizə ölüm yoxdur.
- Bəs bu günlər ərzində necə dolanırsınız?
- Mən elə bir insanam ki, aza da çoxa da qane oluram. Sənətim olsa da, olmasa da gözəl ailəm var. Mən ev xanımı kimi evimdə otururam. Bəs insana ailə hansı gündə lazımdır? Bəlkə mən ifaçı deyiləm, o zaman ailəm mənə baxmayacaq? Bu gün sənətimi atsam təbii ki, o zaman mənə həyat yoldaşım baxacaq. Hazırda işim yoxdur, evdə oturub balalarıma baxıram. Yoldaşım da bizə baxır. Pandemiya günlərində heç bir maddi çətinliyim olmayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
|