"Bu gün hamı istəyir ki, nəsə etsin"
Tarix: 9-10-2020, 14:35 | Çap et
“Bu günlərdə, demək olar ki, bütün müğənnilər vətənpərvərlik mövzusunda mahnılar istəyir. Bu istək o qədər çoxdur ki, gün ərzində saatlarla işləməli oluram”.
Bu sözləri tanınmış bəstəkar, əməkdar artist Gövhər Həsənzadə Musavat.com-a açıqlamasında bildirib.
Bəstəkar deyib: “Bu günlərdə 3 mahnımı tam hazır etdim. Onlardan biri müğənni Samir Piriyev və xorla birgə işlədiyim “Sən tək deyilsən, Azərbaycan” mahnısıdır. Mahnının sözləri Abdulla Qurbaniyə məxsusdur. Bu mahnı artıq iki gündür ki, efirlərdə səslənir. Daha bir mahnım Xalq artisti Mübariz Tağıyevlə birgə işlədiyim “İgid şahinlər, bu il qələbə ilidir” mahnısıdır. Bu mahnı isə sabahdan etibarən efirlərdə səslənməlidir. Həmin mahnının da sözləri Abdulla Qurbaniyə məxsusdur. Hazır olan digər üçüncü mahnım isə Elnur Məmmədovla birgə işlədiyim “Qələbəyə gedən yol” mahnısıdır.
Qeyd edim ki, bu günlərdə böyük emosiyalar, dinamik bir haldayam, böyük fəxrlə işləyir və bundan yorulmuram. Mənə müraciət edən heç bir müğənnini geri qaytarmıram. Təkcə müğənnilər deyil, çoxlu sayda şairlər də mənimlə əlaqə saxlayır, vətənpərvərlik mövzusunda yazdıqları şeirləri təqdim edirlər.
Bu gün hamı istəyir ki, nəsə etsin, vətəni üçün borcunu yerinə yetirsin. Vacib deyil ki, hamı gedib ön cəbhədə olsun. Hər kəs öz yerində, işində öz rolunu yeri yetirsə bu o deməkdir ki, hamı səfərbərdir, hamı iş başında, döyüş meydanındadır”.
Gövhər Həsənzadə qeyd etdi ki, 30 il əvvəl vətənpərvərlik mövzusunda yazılan mahnılar ilə indiki dövrdə yazılan mahnıların arasında xeyli fərq var: “Biz indi tarixi qızıl hərflərlə yazırıq. İndiki dönəmdə yazılan mahnılar ilə 30 il əvvəl yazılan mahnıların arasında xeyli fərq var. Çünki emosiyalar fərqlidir. 30 il əvvəl yazılan məşhur mahnılarımız arzulardan ibarət idi. Amma indi mahnılarda arzuya çatmaq amili var. Bu gün üçün yazılan mahnılar məhz bu gün, keçirdiyimiz möhtəşəm hislər ilə yazılmalıdır və mən inanıram ki, buna nail olacağıq.
Yeni mahnıları yazarkən çoxlu sayda gənc vətənpərvər simalar ortaya çıxdı. Doğrusu, mən bu qədər gözləmirdim. İnanın ki, nə qədər təmənnasız ifaçılarımız, səs rejissorlarımız yeni mahnıların yazılmasında gecə-gündüz aktiv iştitak etdilər”.
Bu günə qədər heç bir yaradıcılıq gecəsi keçirməyən əməkdar artist söz verdiyi kimi bu arzusunu Qarabağda keçirəcəyini bildirdi: “Mən sözümün üstündə durdum. Hər dəfə də deyirdim ki, ilk konsertimi Qarabağda keçirəcəm. Ürəyimə damıb ki, tezliklə bu arzuma çatacam”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
|