Qarabağ dəhşətlərini dünyaya çatdıracaq bir film yoxdur - ETİRAZ
Tarix: 3-10-2020, 09:17 | Çap et
Asif Qəhrəmanov - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunudur. Uşaqlıqdan incəsənətə sevgisi olan qəhrəmanımız fotoqrafiya ilə maraqlanıb, fotolar çəkməyə başlayıb. Müsahibimiz Sputnik Azərbaycan-a danışarkən bildirib ki, anasının təkidi ilə İqtisadiyyat Universitetinə qəbul olunub, amma incəsənətə olan sevgisinə görə həmin universiteti yarımçıq qoyub: "Atam həmişə deyirdi ki, yaxşı olar ki, sən operator olasan.
Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə (ÜDKU) daxil olsan, yaxşı olar. Amma o zamanlar Rusiyada vəziyyət gərgin idi. Mən məktəbi bitirdikdən sonra anam da dedi: "Yox, incəsənət adamlarının vəziyyəti pisdir, sən də ac qalacaqsan". Doğrudan da o dönəmlərdə incəsənət sahəsində çalışan insanların vəziyyəti çox çətin idi. Məcburən İqtisadiyyat Universitetinə qəbul oldum, amma oranı könülsüz oxudum. O qədər könülsüz oxudum ki, heç diplom müdafiəsinə girmədim, diplomdan imtina etdim. 2 il sonra İncəsənət Universitetinə - operatorluq fakültəsinə qəbul oldum. İlk işim, Yavər Rzayevin "İlahi məxluq" filmində bir müddət çalışdım. Bir neçə müddət Bakıda bir neçə studiyada fəaliyyət göstərdim".
Daha çox sənədli filmlərə fokuslanan operator deyir ki, sənədli filmlər bədii filmlərə nisbətən daha çox məsuliyyət tələb edir: "Sənədli film həm operativlik, həm də diqqət tələb edir. Tutaq ki, hansısa tarixi hadisə ilə bağlı sənədli film çəkilirsə, həmin tarixi hadisənin hər detalını araşdırmaq lazımdır ki, sonradan ona baxan tamaşaçı səhv tapmasın. Sənədli film faktlar üzərində qurulub. Bu gün çəkilən sənədli filmlərdə ən böyük problem budur".
"Bu gün dövlət büdcəsi hesabına şəhidlərimiz haqqında sənədli filmlər çəkilir. O filmləri necə qiymətləndirirsiniz?" sualına Asif Qəhrəmanovun cavabı belə olub:
"Açığını deyim, o filmləri quş qoymaq üçün çəkirlər. Milli qəhrəman haqqında filmi milli qəhrəmana layiq, kinodan başı çıxan adam çəkməlidir. Milli qəhrəmanın həyatını ən azından bir il araşdırmaq lazımdır. Mövcud filmlərin keyfiyyəti çox aşağıdır. Ona görə də baxa bilmirəm, hövsələm çatmır". Həmsöhbətimiz bildirir ki, Azərbaycan kinosundakı problemlərin kökündə ADMİU-nun təhsil sistemindəki problemlər dayanır: "Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin maddi-texniki bazası bizim universitetdən çox yüksəkdir. Bizim ADMİU-da, demək olar ki, heç nə yoxdur. Hətta həvəskar kameralar belə çox zəifdir. Amma bizim çox savadlı müəllimlərimiz var. Mənim ADMİU-da kurs rəhbərim Əməkdar incəsənət xadimi Amin Novruzov olub. ÜDKU-da isə kurs rəhbərim Amin müəllimin qrup yoldaşı oldu. Kurs rəhbərim dedi ki, Amin Novruzov çox yaxşı tələbə olub, əlaçı olub. Həmin Universiteti "qırmızı diplom"la bitirib. Amin müəllim mənə bu sahənin nəzəriyyəsinin 90%-ni çatdırıb. Oraya gedəndə müəllimlərimin dedikləri artıq Amin müəllimdən eşitdiklərim idi".
Qəhrəmanovun fikrincə, ADMİU Təhsil Nazirliyinin balansından çıxıb, Mədəniyyət Nazirliyinin balansına keçməlidir: "İncəsənət Univeristeti büsbütün Mədəniyyət Nazirliyi üçün kadrlar hazırlayır. Belə olan təqdirdə universitetin keyfiyyəti yüksələr. Mədəniyyət Nazirliyi də öz kadrlarının keyfiyyətli hazırlanması üçün maraqlı olar. İncəsənət Universitetinə xaricdən müəllimlər gəlməlidir. Bizim müəllimlər də xaricə transfer olmalıdır. Tələbələr göndərilməlidir".
"Bizim universitetimizdə operator ixtisası üzrə təhsil səviyyəsi olduqca zəifdir. Müasir texnikalardan xəbəri yoxdur. Mən tam əminliklə deyə bilərəm ki, təkcə tələbələr yox, elə müəllimlər var ki, heç onların heç birinin müasir texnikadan xəbəri yoxdur.
Nə vaxtsa lent doğrayan adam gəlib montaj dərsi deyir. Başa düşməlidirlər ki, lent doğramaq tarixə qovuşub. Tələbələrə müasir montaj proqramları keçilməlidir. Amin müəllim bizə "Konstantin Vasiliç" kamerası haqqında dərs keçirdi. O kamera artıq muzeydədir, o, eksponatdır. Mən ona heç toxuna bilmərəm. Axı tarixə qovuşmuş kamera tələbənin nəyinə lazımdır? "Mercedes", BMW-ni sürmək üçün "Moskviç"i sürməyə ehtiyac yoxdur. Qınamıram Amin müəllimi, o, onu keçib", - deyə bildirdi. 30 ildən artıqdır ki, milli kinomuz tənəzzül dövrünü yaşayır. Müsahibimiz düşünür ki, kino azad olarsa, inkişaf edə bilər: "Diktə olunan kino inkişaf edə bilməz. Dövlət maraqlı ideyası, ssenarisi olan insanlara, əsl film çəkmək istəyən insanlara dəstək olmalıdır. Xarici studiyalarla müştərək işləməyə şərait yaradılmalıdır. Kinostudiyamızı inkişaf etdirmək lazımdır. Ora kino işçilərinin "pir"i, müqəddəs məkanı olmalıdır. Əlində maraqlı ideyası olan tələbə, məzun və ya hansısa kino işçisi oraya gedib, oranın texniki bazasından istifadə etməlidir".
Həmsöhbətimizin sözlərinə görə, kommersiya filminin inkişafı sənətlə paralel getməlidir: "Dünyada kino yarananda kommersiya xarakteri daşıyıb. Kino incəsənətin bir qolu yox, biznesin bir qolu kimi yaranıb. Sonradan incəsənətin bir qolu kimi inkişaf edib. Bizdə kommersiya inkişaf edir, amma sənət qalıb kənarda. Təbii ki, kinoteatrda popkorn yeyən tamaşaçı heç vaxt sənətə baxa bilməz. Kommersiya filmi melodram da, dram da, triller də ola bilər. Bizimkilər yapışıblar komediyadan".
"Deyirlər, azərbaycanlılar komediya sevirlər. Xeyr! Azərbaycanlılar "Təhminə"ni sevməyiblər? Bu xalq təkcə "Əhməd haradadır?"a baxmayıb ki. "Yeddi oğul istərəm"ə də baxıblar, "Arxadan vurulan zərbə"yə də baxıblar, "Qara "Volqa""ya da baxıblar. Hər şeyi "dadlı bişirmək" lazımdır", - deyə Qəhrəmanlı əlavə edib.
Ötən əsrin 60-70-ci illərində kifayət qədər müharibə mövzusunda filmlər lentə alınıb. 1941-45 müharibəsi illərində kinematoqrafçılarımız arxa və ön cəbhədə xalqımızın hünərindən bəhs edən onlarla sənədli film, o cümlədən xeyli sayda bədii film çəkiblər. 30 ildən artıqdır ki, Azərbaycan müharibə şəraitində yaşayır. Amma təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi, müharibədə ön və arxa cəbhədə qəhrəmanlıq göstərən insanlar haqqında çox az filmlər çəkilir. Halbuki erməni qəsbkarlarının cinayətlərini dünyaya çatdırmaq üçün kino əvəzedilməz sahədir: "Təəssüf ki, Qarabağ dəhşətlərini dünyaya çatdıracaq bir film yoxdur. "Fəryad" filmi var, amma tək gül ilə bahar olmaz. Bəzi filmlər pul xətrinə çəkilib. Niyə lazımi filmlər çəkilmir? Bu sualı hazırda Mədəniyyət Nazirliyindəki vəzifəsindən uzaqlaşan Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədova və sabiq nazir Əbülfəs Qarayevə vermək lazımdır ki, niyə bu filmləri maliyyələşdirmisiniz? Gəlin o filmə baxaq. Sənədlərdə o filmə ayrılan maliyyəni kadrda görürük? - Yox! Səbəb elə budur".
Müsahibimiz bildirir ki, müharibə mövzusunda çəkilən filmlərin uğursuz alınmasının səbəbi həm də ssenarilərin zəif olmasıdır: "Əgər ssenarilərin qəbulu obyektiv keçirilsəydi, o seçimlərdə daha savadlı, demokrat, istedadlı insanlar iştirak etsəydilər, yaxşı filmlər çəkilərdi. Dövlət düzgün kino siyasəti aparsa, düzgün kino strategiyası aparsa, filmlərimiz "Kann"a da, "Berlin"ə də, hətta "Oskar" da gedə bilər. Arif Babayev, Tofiq Tağızadə, Rasim Ocaqov və s. rejissorlar da bu torpağın insanlarıdır. Niyə onlar bacardılar, biz yox? Baxmayaraq ki, onların zamanında çox böyük senzura var idi. Burada təhsilin də rolu var. Onlar ÜDKU-da oxuyublar".
Qəhrəmovun sözlərinə görə, milli kinomuzdakı mövcud problemlərdən biri də tələbələrin test üsulu ilə qəbul olunmasıdır:
"Mən imtahan verəndə bir nəfər də mənimlə birlikdə imtahan verirdi. Fotoları möhtəşəm idi. Sonradan onu qrupumuzda görməyəndə məyus oldum. Testdən yüksək bal toplayan daxil olub, hansı ki, bu, onu qətiyyən maraqlandırmır. Amma sənəti sevən qalıb kənarda. ADMİU-nun 4-cü kursunda oxuyanda bir tələbə yaxınlaşdı ki, gəl film çəkək. Dedim çəkək. Dedim, bədii ssenaridir, yoxsa rejissor ssenarisi? Dedi, nə? Təsəvvür edin, adam universiteti bitirir, o da 4-cü kursda oxuyur. Hələ bunun fərqini bilmir. Dedi, əşi, neyləyirəm kinonu, mən DJ olacam. DJ olmaq istəyəni gətirib rejissorluğa salandadır günah. Bizim qrupumuzda 18 nəfər idik, hanı o operatorlar? - Yoxdur". Müsahibimiz özünü bu sahədə nakam hesab edir: "Mən ÜDKU-ya daxil olanda ərizə yazdım. Mənə öhdəlik yazdırdılar ki, 5 il gəlib Azərbaycanda kinematoqrafiyanın inkişafına dəstək verə, lazım gələrsə də pedoqoji təhsillə də məşğul ola bilərsən. Çox sevindim, həqiqətən də mənim müəllimlik etməyə həvəsim var. İstəyirəm, burada gördüyüm təhsili yox, orada gördüyüm təhsili burada tətbiq edim. Mən operatorluqdan nakam qalmışam. İstəmirəm, indiki gənclər nakam qalsınlar. Atam da aktyor sənətindən nakam qalıb. Onun da gənclik illəri müharibə dövrünə təsadüf edib, məcburən uzaqlaşıb. İstəmirəm, o uşaqlar nakam qalsınlar. Gəldim ADMİU-ya, bundan əvvəlki rektor Fərəh Əliyeva ilə görüşdüm. O razılaşdı, amma kino kafedrasının müdiri Rafiq Quliyev soruşdu ki, "sən bədii filmə quruluş vermisən?" Dedim, "xeyr". İnandırım sizi ki, bizim universitetdə elə müəllimlər var ki, onların kinodan anlayışları yoxdur. Mənim çəkdiyim 20-dən artıq sənədli filmim film sayılmır?"
Asif Qəhrəmanov əlavə edib ki, son vaxtlar gənclərin xarici festivalda iştirak etməsi kino sahəsinin inkişafına təkan yarada bilər: "Son vaxtlar kino sahəsində irəliləyiş var. Kinomuzu Mədəniyyət Nazirliyi yox, xarici festivallarda iştirak edən gənclər dirçəldəcəklər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
|