Aktrisa görənləri DƏHŞƏTƏ GƏTİRDİ: - “Qışqırırdılar ki, ölməyib, sağdır”
Tarix: 3-03-2017, 08:36 | Çap et
Əvvəl əmisi, mərhum rejissor Hüseynağa Atakişiyev kimi rejissor olmaq arzusu ilə alışıb-yansa da, tale onu başqa səmtə yönəldib. Rejissorlar onu atkrisa kimi qəbul edib. Teatrda bir-birinin ardınca maraqlı səhnə əsərlərində yer alan gənc aktrisanı daha çox seriallar məşhurlaşdırıb. Gənc Tamaşaçılar Teatrının aktrisasını deyirəm, türk rejissorun kəşf etdiyi Asya Atakişiyevanı…
Onun Yeniçağ.az-a müsahibəsini təqdim edirik.
– Asya gənc olsan da bir çox serialların baş qəhrəmanısan. İlk dəfə səni hansı rejissor kəşf etdi ki, əli belə düşərli oldu?
– “Qayınana”serialı üçün kastinq keçirilirdi. Mən də istədim ki, bəxtimi sınayım. Tamaşadan çıxmışdım, çox yorğun idim, istəyirdim ki, kastinq tez başa çatsın. Bir kənarda sakit oturduğumu görən türkiyəli rejissor mənə dedi ki, sualın varmı? Mən də bir kəlmə soruşdum ki, qrim, saç, geyim sizdən olacaq? Dedilər ki, bəli. Elə həmin günün səhəri mənə ssenarini göndərdilər. Həmin bir kəlmə söz mənə yol açdı.Yoxsa ki, əksər aktyorlar kimi kastinqlərdə əziyyət çəkməli olmadım.
– Səndə nə xoşlarına gəlmişdi ki?
– Mən bunun səbəbini çəkiliş zamanı anladım. İlk çəkiliş günü rolumun gözəl alınması üçün bir qədər şirinlik eləmək istədim. Rejissor mənə dedi ki, lazım deyil, sən onsuz da şirinsən, əlavə şirinlik etməyinə ehtiyac yoxdur. Belə başa düşdüm ki, xasiyyətimdəki şirinlik rejissorun diqqətini cəlb eləmişdi.
– Səncə uğurun açarı nədədir-mükəmməl ssenaridə, rejissor işində, yoxsa elə öz oyununda?
– Məncə hamısı vəhdət təşkil etməlidir. Hamının öz payı var bu uğurda. Durum deyim ki, yalnız aktrisanın oyunu uğurun təminatçısıdır, yalan demiş olaram. Bu bir komanda işidir və bir nəfər axsasa, hamı geriləyəcək. Hər kəs zəhmət çəkməlidir.
– “Qayınana” ilə başladın və digər seriallarla davam etdin. Səncə, hansı rolunla daha çox sevildin?
– “Həyat sən nə qəribəsən” serialındakı Həyat obrazı ilə. Çünki hara gedirdimsə, məni “Həyat” deyib cağırırdılar.
– Yəqin ki, tamaşaçıların sosial şəbəkədə sənə öz fikirlərini yazır. Daha çox iradlar olur, yoxsa xoş sözlər?
– İradlar da olur, xoş sözlər də.
– Xoş sözlər bəllidir, iradlardan danış görək, nə yazırdılar?
– Bəziləri yazırdı ki, bu qız niy əbütün günü qaşlarını çatır, ağlayır, ağlayanda kifir olur və s. Adam ağlayanda kifir görünər də, gözəl olmaz ki. Bəziləri də yazırdılar ki, sənə gülmək yaraşır, çalış gül. Mən serialda guya ölmüşdüm axı. İnsanlar da elə bilirdilər ki, həqiqətən də ölmüşəm. Hətta məni yolda görəndə dəhşətə gəlirdilər, qışqırırdılar ki, ölməyib, sağdır. Çoxları serialın real olduğuna inanır. Bəzən mənə yazırdılar ki, Ağca səni aldadır, ona inanma. Serialdakı Ağcanın həqiqətən də məni aldatdığını düşünürdülər. Demək ki, rolumun öhdəsindən məharətlə gəlmişəm.
– Asyanın bir aktrisa kimi kompleksləri varmı?
– Etiraf edim ki, həyatda çox utancağam. Hətta azacıq tərif eşidən kimi yanaqlarım qızarır. Amma səhnəyə çıxan kimi utancaqlığım yoxa çıxır. Məncə, bu, səhnəyə dəlicəsinə vurğunluqdan irəli gəlir.
– Bu yaxınlarda çalışdığın Gənc Tamaşaçılar Teatrında yeni və fərqli bir quruluşda “Leyli və Məcnun” tamaşası təqdim olundu. Sən də baş rolda çıxış elədin. Leyli obrazı sənə görə çətin olmadı ki?
– Əvvəlcə mənə çətin gəldi, amma sonradan bütün potensialımı o tamaşada qoya bildim. Açığını deyim ki, uşaqlıqdan Cülyetta obrazında çıxış etmək istəmişəm. Amma Leylini oynayandan sonra fiikrləşdim ki, Leyli Cülyettadan daha yaxşıymış.
– Həyatda Leyli olmadan Leylini oynamaq mümkündürmü?
– 50-50-yə. Hətta mən deyərdim ki, 80-in 20-yə… Obrazı hiss etmək üçün həyatda Leyli olmaq lazımdır.
– Amma deyirlər indi Leyli-Məcnun sevgisi yoxdur.
– Şəxsi həyatımla bağlı danışmaq istəmirəm. Ona görə də bu sualı cavablandırmayacam.
– Əslində, sualın cavabını verdin. Dedin ki, Leyli olmaq üçün 80 faiz həyatda Leyli olmaq lazımdır ki, rolu hiss edə biləsən. Məncə, sən səhnədə kifayət qədər aşiq olan bir Leyli idin. Xobbindən danışaq bəlkə, eşitdiyimə görə afişalardan ibarət maraqlı kolleksiyan var…
– Afişa yox, lap çoxdan həm oynadığım, həm də baxdığım bütün tamaşaların proqramlarını yığıram. Onların içində elə tamaşalar var ki, bəlkə də çoxlarının həmin tamaşanın varlığından heç xəbəri belə yoxdur. Xoşuma gəlir, hərdən oturub o proqramlara baxıram.
– Nə vaxtsa, onların aqibəti necə olacaq?
– Heç düşünməmişəm. Amma indi mənə maraqlı gəlir. Hətta elə proqramlar var ki, pul verib almışam.
– Sənin sənətə gəlişində əmin, rəhmətlik rejissor Hüseynağa Atakişiyevin nə dərəcədə rolu olub?
– Mənə sənətin sirlərini əmim öyrədib, elə mən də uşaqlıqdan onun kimi rejissor olmaq arzusunda olmuşam. Amma iş elə gətirdi ki teatrda məni aktrisa kimi işə götürdülər. Nə gizlədim, aktrisa olmaq istəmirdim.
– Bəs sonralar, fikrin dəyişdi, yoxsa yenə də könülsüz oynayırsan?
– Peşman deyiləm, çünki baxıb görürəm ki, rejissor sənəti daha çətindir.
– Türk seriallarını izləyirsən?
– İzləyirəm və bəyəndiyim türk aktrisaları da var.
– Kimlərdir?
– Bərgüzar Korel çox xoşuma gəlir.
– Türk həmkarlarının bizim aktrisalardan nəyi artıqdır səncə?
– Onların texniki imkanları daha mükəmməldir. Bizim aktyorlar onlardan heç də geri qalmırlar.
– Qonorar sarıdan da?
– Təbii ki, onların qazandıqları pulların heç olmasa bir faizini bizim aktyorlara versələr, görün nələr edərlər.
– Yeri gəlmişkən, qonorar səni qane edir?
– Mən filmə, serial çəkiləndə birinci pulu düşünmürəm. Əsas olan ssenaridir, rol xoşuma gəlməlidir.
– Niyə ki, pul da önəmlidir. Səhnə adamı gözəl görünmək üçün ən azı geyimlərinə pul xərcləməlidir axı…
– Bəlkə də inanmazsınız, amma mən geyimə pul xərcləməyi sevmirəm. Əlimə pul düşən kimi ölkədən çıxıram. Səyahəti çox sevirəm. Gedirəm, gəzirəm, beynim açılır. İldə heç olmasa, iki dəfə səyahət edirəm.
– Bəlkə deyəsən qarderobda ən bahalı paltarının qiyməti nə qədərdir?
– Geyimdə mənim üçün qiymət önəmli deyil; əsas rahatlıqdır. Deyim ki, ağ maykaları çox xoşlayıram. Ayda bir-iki dəfə mütləq özümə ağ rəngdə maykalar alıram. Cins şalvar, maykalar, rahat ayaqqabı mənə yay boyu bəs edir. Amma efir, tədbirlər, çəkilişlər olur deyə, məcbur qalıb arada başqa geyimlər də alıram.
– Adətən, balacaboylu xanımlar dikdaban ayaqqabıdan daha çox istifadə edir…
– Yox. Mən rahatlığı çoxsevirəm.
– Boyun nə qədərdir ki?
– 160. Hərdən küçədə gedəndə deyirlər bu ki, arıq, balaca qızdır… Çox adam məni uşağa bənzədir.
– Nəsə çox sakit götünüşün var, maraqlıdır hansı halda, üzün dönür?
– Nəsə xoşuma gəlməyəndə əsəbiləşirəm. Hətta kobud da cavab verə bilərəm. Sakitəm, hər şeyi yola verirəm, amma ayağımı kimsə tapdalayanda dönüb, sanca bilərəm. O da gərək nə qədər güclü tapdalasın ki, reaksiya verim. Çünkü səbrli insanam.
– Bürcün nədir?
– Dolça. Deyib-gülən və pozitiv insanam, amma əhvalım olmayanda çalışıram heç kimin gözünə görünməyim, çünki istəmirəm başqalarının da kefinə soğan doğrayım. Həmin vaxt evdə tək olmağa üstünlük verirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
|