“Acun media”nı Avropa Məhkəməsinə verəcəyəm” - “O səs Türkiyə”nin azərbaycanlı iştirakçısı
Tarix: 30-01-2017, 09:14 | Çap et
Vokal ifaçısı Gülşən İbadova: Bu adı həm Türkiyə, həm də Azərbaycan “O səs Türkiyə” yarışmasından sonra tanımağa başladı. Qeyri-adi səs imkanlarına, xüsusi istedada malik Gülşənin yarışmadakı iştirakı kimi, oradan uzaqlaşdırılması da səs-küyə, qalmaqala səbəb oldu. İfaçının Türkiyədən geri döndüyünü eşitcək onunla Bakı Musiqi Akademiyasında görüşüb, söhbətləşdik. Gülşən İbadova “Yeni Müsavat”a müsahibəsində professional ifaçı olmasına baxmayaraq, uzun müddətdir ki, Azərbaycanda işsiz qalmasından, “Acun median”nı məhkəməyə verməsindən söz açıb. Maraqlı müsahibəni təqdim edirik:
- Gülşən xanım, öncə oxuculara özünüz haqda qısa məlumat verməyizi istərdim...
- Rusiya Federasiyasında doğulmuşam, ailədə üç uşağıq. Uzun müddət orada yaşamışıq, daha sonra Bakıya köçmüşük. Musiqi ilə 6 yaşımdan məşğulam, amma professional olaraq 14 yaşımdan. Mənim musiqi həyatım demək olar ki, bu sinifdən başlayıb. Rəhmətlik professor Elmira Quliyevanın son tələbəsiyəm.
- Amma “O səs Türkiyə” yarışmasına qədər sizi ictimaiyyət tanımayıb. Səbəb nə idi?
- Bu sirr deyil ki, Azərbaycanda heç bir dayaqsız, maliyyə vəsaiti olmadan tanınmaq çox çətindir. Baxmayaraq mən konsertlərdə, dövlət tədbirlərində iştirak etmişəm, amma hamı məni “O səs Türkiyə” yarışmasından sonra tanıdı.
- Bəs hazırda Azərbaycanda işiniz varmı?
- Hazırda heç bir yerdə işləmirəm. Təəssüflər olsun ki, bəzi səbəblərdən ötən il Opera və Balet Teatrında da mənim üçün problemlər yaratdılar, ora məni yaxın buraxmadılar. Belə ki, mənə rol vermişdilər, Puççininin “Bogema” operasında Müzetta, “Arşın mal alan” operettasında Gülçöhrənin obrazını canlandıracaqdım, amma heç mənim də bilmədiyim səbəblərdən ordan uzaqlaşdırıldım. Onda çox böyük sarsıntı keçirmişdim.
- Teatrdan çıxarılmanıza bir səbəb göstərilmədi?
- Xeyr. Sadəcə, ora gələn gəncləri uzaqlaşdırırlar. Kobud şəkildə desək, monopoliyadır, eyni tərkib, eyni ifaçılar olmalıdır, kənar kadrların ora daxil olması müşkül məsələdir. Hazırda fərdi olaraq tələbələrim var, onlara vokal dərsləri verirəm. Yəni heç bir dövlət və ya təhsil müəssisəsinə bağlı deyiləm.
- Bəs “O səs Türkiyə”də nə baş verdi? Yarışmadan ayrılmağınız gəlişiniz kimi səs-küylü oldu.
- Orda da demişdim, yarışmada iştirak etməyim mənim üçün sürpriz olmuşdu. Yaxın dostum, həm də duet ortağım Mahmud Akan mənim xəbərim olmadan məni qeydiyyatdan keçirmişdi. Gözlənilmədən iki gün ərzində məni çağırdılar. Mahmud dedi ki, “Gülşən, səni qeydiyyatdan keçiriblər, İstanbula gedirik”. Məni orada çox gözəl qarşıladılar. Hələ çıxışımdan əvvəl mənə deyirdilər ki, ifam böyük ajiotaja səbəb olacaq, çünki mənim ifamla bağlı videomu izləmişdilər. Doğrudan da böyük səs-küyə səbəb oldu, Türkiyə xalqı məni çox sevdi, hətta çoxsaylı mənim pərəstişkarlarım oldu. Bu, çox sevindirici hal idi ki, “O səs Türkiyə”nin sayəsində təkcə Türkiyə deyil, məni Azərbaycan da tanıdı.
- Bəs həmin zaman iş təklifləri gəldimi?
- Mənim xəbərim olmadı. Çünki iştirak etdikdən sonra ordan uzaqlaşırdıq. Ona görə heç bir şeydən xəbərim olmadı. Amma şərhlərdə hansısa reaksiyaları görürdüm. Xüsusən də Azərbaycan dilində danışmağım xalqımızda rəğbətlə qarşılanmışdı. Hətta orda mənə dedilər ki, əgər mümkündürsə müsahibəni türkcə verin. Dedim ki, mən elə türkcə danışıram. İkinci turda artıq bilirdik ki, yarışmanı tərk edəcəyik. Çünki Göhkan və Hakan qardaşlarının qrupunda 85-90-a yaxın iştirakçı var idi. Onlar 6-lığa bölünmüşdülər, ümumi olaraq onların arasında 4 azərbaycanlı var idi, hər biri də fərqli-fərqli tərzlər idi. Bu, qeyri-professionallıq və öncədən planlaşdırılımış bir məsələ idi və bir ay əvvəldən “Acun media” tərəfindən çox baxış alan videolarımız silinəndə artıq biz bilirdik ki, burda nəsə düz getmir. Mənə sual vermişdilər ki, “ən çox hansı performansınız Azərbaycanda sevildi?”, dedim ki, “Sarı gəlin”, çünki bu, Azərbaycanın xalq musiqisinin tacıdır". Amma həmin hissəni təqdimat müsahibəmdə verməmişdilər. Bizə qarşı çox haqsızlıq edildi. Haqsızlıqdan əlavə təhqirə məruz qaldıq. Çünki fərqli-fərqli tərzdə olan azərbaycanlı iştirakçıları bir qrupa salıb onların yarışmadan uzaqlaşdırılmasına şərait yaratdılar. Biz orda öz sözümüzü dedik, lakin həmin hissələri vermədilər.
- Acunun köməkçisi Naz Sütçü bu ittihamlara cavab olaraq bildirmişdi ki, “Azərbaycandan bu il çoxlu sayda opera ifaçısı gəldiyindən onların arasından seçim etməli idik”.
- Bəs sual olunur, Azərbaycanın hansı opera ifaçısını seçdilər? Heç birini. Bu, Naz xanım tərəfindən verilən çox məntiqsiz bir açıqlama idi. Yarışmadan uzaqlaşdırılan azərbaycanlılar arasında İlham Nəzərov da var idi. Sonda ona sual verəndə ki, “siz niyə seçilmədiz?” İlham əli ilə bizim sıramızı göstərib dedi ki, “qonaq olduğumuz üçün”. Bu sözü Naz xanım hörmətsizlik kimi qəbul etdi. Amma bizə qarşı edilən hörmətsizlik o sözün yanında heç nədir.
- Azərbaycanda da sizin etirazlarınıza qarşı fikir səsləndirənlər, iki ölkə arasında narazılıq salmaqda ittiham edənlər oldu.
- Doğru deyil. “Acun media” bütün Türkiyə demək deyil. Türklər bizim qardaşımız, dostumuzdur, biz yalnız “Acun media”ya öz etirazımızı bildirmişik.
- Haqqınızı tələb etməyi düşünürsüzmü?
- Əlbəttə. Ola bilsin ki, mən təzyiqlərə məruz qalım, amma haqqımı tələb edəcəm. Birinci növbədə yarışmanın qanunları pozulub. Heç bir beynəlxalq yarışda gizli seçimlər olmur. Əvvəl bizi yarışa dəvət edib reytinq, maliyyə qazandılar, sonra da öz məqsədləri üçün çıxartdılar. Mənəvi haqqım pozulduğu üçün bu yaxınlarda “Acun medianı” Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəm. Hazırda vəkilim bununla bağlı son hazırlıqları aparır.
- Türkiyədən geri qayıtdıqdan sonra da sizə iş təklifləri olmadı?
- Avropadan təkliflər gəldi. Əvvəldən də mənim Almaniya ilə müqaviləm var idi. İnşallah, çox yaxın zamanlarda bu barədə sevindirici xəbərlərim olacaq.
- Yarışmada iştirak edərkən bildirmişdiz ki, səsinizin gücü ilə ətrafınızdakı hansısa əşyalara təsir edə bilirsiz. Bu barədə danışardız.
- Həqiqətən belə bir şey olub. Məlumatı olanlar bilir ki, stəkana təsir etmək üçün hansısa texnika var. Belə ki, səsin gücünü yoxlamaq üçün müəyyən “frekans” var ki, onu 15 saniyədən artıq saxlayanda nazik bakala təsir edə bilir. Səsimin gücü ilə bağlı isə çox maraqlı hadisə yaşamışam. Bir dəfə konservatoriyanın uşaqları ilə birgə karaokeyə getmişdik. Mənim ifamdan sonra karaokenin müdiri gəlib dedi ki, şikayət olunub. Dedi ki, “qızım, səsin çox yüksək olduğundan qonşular polisə şikayət edib” (gülür).
- İfaçılıqdan başqa hansı bacarığınız var? Bildiyim qədər bütün səhnə paltarlarınızın hamısını özünüz tikirsiz.
- Doğrudur. İlk paltarımı 8-ci sinifdə oxuyarkən tikmişəm. Sonralar bütün həm gündəlik həm də səhnə paltarlarımı özüm tikməyə başladım. Əynimdə hazırda gördüyünüz bu geyimi də özüm tikmişəm.
- Bu bacarığınızdan qazanc üçün istifadə etmisiz?
- Bu vaxta qədər yalnız bacım və özüm üçün paltar tikmişəm. Ola bilər ki, gələcəkdə özümə aid bir marka yaradım.
- Bacınızdan söz düşmüşkən, hərdən bacınız Dilşənlə sizi səhv salırlar. İkiniz də istedadlı ifaçısınız və sizi görkəmcə ayırmaq çətindir.
- Hətta uşaqlıqdan bizi səhv salırlar. Bəzən müəllimlər mənim qiymətimə ona, onunkunu da mənə yazırdılar (gülür).
-Əkizsiz?
- Yox. Bizi yalnız daha yaxından tanıyan fərqləndirə bilir. Amma efirdə həyatdan çox bir-birimizə bənzəyirik. Hətta yarışmadan sonra yerli mətbuatda yazdılar ki, guya mənim adım Gülşən deyil, Dilşəndir. Bu da mənə çox pis təsir etdi ki, mən niyə adımı gizlətməliyəm ki. Bacımın da çox gözəl səsi var. Amma səslərimizdə fərqlilik var, o daha çox estrada musiqisinə üstünlük verir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
|