“Qonorar üzündən peşəkarlar seriallara çagırılmır”
Tarix: 21-01-2017, 09:27 | Çap et
Fakturası yaradıcı potensialını üstələyib həmişə. Əslində onu sənətə gətirən də, tamaşaçıya sevdirən də nəsildən gələn yaradıcı gücdən daha çox, çəkici zahiri görünüşü olub. Yəqin elə bu üzdən rejissorlar çox vaxt ona aşiq rollarını yaraşdırıblar. Tamaşaçısı da ədalarını, təbii artistizmini məmnunluqla izləyib. İki sənət adamının qanını daşıması - Məlik Dadaşovla Sofa Hüseynovanın oğlu olması isə daha sonra yada düşüb. Hərçənd, yaradıçılığı boyu möhtəşəm Dadaşov soyadı hərdən qolundan tutub, üzünə qapılar açıb, hərdən də şöhrətinə sədd çəkib, həyatını dilə-dişə salıb, tənhalığına baiskar olub. Bu ay 71 yaşı tamamlandı. Yeni yaşın astanası ona hər şeydən əvvəl, unudulan yubileyini yada saldı. Özünü tox tutub, “heç kimdən inciməmişəm” desə də, gileylərini gizlədə bilmədi - Xalq artisti, tanınmış sənətkar Rafael Dadaşov:
“50 yaşda yubileyim yada düşdü, 70-də yox”
- Vaxtilə 50, 60 illik yubileylərimi çox gözəl keçiriblər. Tədbirlərin biri bizim teatrda, o birisi Naxçıvanda olub. Üstündən 20 il keçib. Amma həmkarlarım indiyədək də Naxçıvandakı tədbirı yada salırlar, deyirlər ki, o necə yaxşı yubiley, necə yüksək səviyyəli tədbir idi. Elə teatrda keçirilən də yaddaqalandı. Onu da çox yüksək səviyyədə hazırlamışdılar. Amma 70 illiyim qeyd olunmadı.
“Mənimçün də müəmmalıdır...”
- Niyə qeyd olunmadı?
- Açığı, bu, mənimçün də müəmmalıdır. Hələ də anlamıram ki, 70 illiyimə niyə belə laqeyd yanaşıldı. Heç kimdən tələb edə bilmərəm, amma çox, gözləyirdim yubileyim qeyd olunsun. Baxmayaraq ki, yanvarda doğulmuşam, bunu il ərzində də keçirə bilərdilər. Çünki 50 yaşım apreldə, 60 illiyimsə mayda qeyd olundu. Hökm deyildi ki, tədbir yanvarda olsun. Bütün ili gözlədim, keçirmədilər.
“Nə mən deyən oldu, nə də istədiklərini elədilər...”
- Səbəbiylə maraqlanmadınızmı?
- İnciklik, umu-küsü eləmədim. Sadəcə, maraqlandım. Cavab da qəribə oldu. Demək, bizim teatrda gözəl bir əsər hazırlanmalıydı. Hazırlandı da - Qoqolun “Müfəttiş” əsəri. Guya 70 illiyim həmin əsərlə bağlanmalıydı. Mən də etirazımı bildirdim ki, axı niyə belə yuvarlaq bir doğum günü tarixi tamaşayla keçirilsin. İstəyirdim teatrda ayrıca gecə təşkil olunsun, dövlət səviyyəsində, maraqlı... Gələnlər də bilsin ki, Rafaelin 70 illiyidir. Nə mən dediyim oldu, nə də öz istədiklərini elədilər. Heç tamaşayla da qeyd olunmadı. Nə deyim, yəqin belə məsləhətdir...
“Atamın taleyini yaşayıram”
- Elə sənətkarlar var ki, layiq olduqları fəxri adı onlara qısqanırlar. Siz də Xalq artisti adını 60 yaşında almısız...
- Anologiya aparmaq istəmirəm. Amma deyəsən, istər-istəməz belə alınır. Atam Məlik Dadaşov rəhmətliyin də 70 illiyi keçirilmədi.Yəqin onun oğlunun da aqibəti belə olmalıymış. Nə bilim vallah, bəlkə taleh təkrarlanır. Bir misal var, “Ümid sonda sönür”. Ona görə hələ də ümidliyəm.
“Qapılar üzümə bağlıdır”
- Demək istəyirsiz, bəlkə bu yazıdan sonra səhvi düzəldərlər hə?
- (Gülür) Bəlkə də... Sizə bir şey deyim, fikir vermisizsə, Rusiyada sənət adamlarının yubileyləri çox yüksək səviyyədə keçirilir. O tədbirlərdə incəsənət adamlarından başqa biznesmenlər, işgüzar sferanın adamları da iştirak edir. İstəmirəm kiminsə adını çəkim, amma bizdə nədənsə belə tədbirlərdə biznes adamları, məmurlar, o işgüzar dairəyə daxil olanlar heç vaxt iştirak eləmirlər. İnsan gəldi-gedərdi. Bu gün varsan, sabah yoxsan. Vaxtında insana ruh verəndə noolar ki... Təəssüf ki, bizdə bunlar yoxdur. Hətta müəyyən qapılara gedirsən, qapılar üzünə bağlıdır.
“Tək mənə yox, bəzi sənət adamlarına da biganəlik var”
- Rafael müəllim, nə ilə baglı ağız açmısız, istəyinizi geri çeviriblər?
- Geri çeviriblər nədir?! Heç qəbul olunmamışam. Çünki qapıların kandarından keçə bilməmişəm. Bu, dəfələrlə belə olub. Həm də bu, yalnız mənimlə yox, bir çox sənət adamlarıyla bağlıdır. Müəyyən strukturlar var ki, hətta xəbər tutanda da iştirak eləmirlər. Zamanı keçirirlər, sonra da deyirlər ki, bilməmişik.
“Anam tanınmış sənətkardı, itgisinə görə başsağlığı belə vermədilər”
Bu yaxınlarda anam rəhmətə getdi. Məsələ burasındadır ki, anam elə-belə adam deyildi. Xalq artistiydi, şöhrət ordenliydi. Amma Bakıdakı müəyyən strukturlar heç başsağlığı belə vermədilər. Hətta Naxçıvanın o mühitə aid olanları da... Axı toxunur adama. Anamın başdaşında “Xalq artisti, Prezident təqüdçüsü, Şöhrət ordenli” sözləri yazılıb. Sağlığında da bu titul onun üstündə idi, torpağın altında da. Sənətkar özü ilə bu dünyadan ad-sandan başqa nə aparır? Şikayət olmasın, yubileylə bağlı söz-sözü çəkdi, dedim...
“Nazir göstəriş verdi, amma...”
Mədəniyyət Nazirliyindən, Əbülfəz müəllim göstəriş vermişdi. Nazir də yubileyi tamaşayla əlaqələndirmişdi. Bu göstəriş də ötən ilin fevralında olub. Onun da forması belə olmalıydı ki, 4-5 nəfər səhnəyə çıxır, tamaşaçılara agah eləyir ki, filankəsin yubileyidir, sənətkarın 70 illiyidir, təbrik edirik, indi də tamaşaya baxın. Amma bu 70 yaşlı tanınmış sənətkara layiq idimi? Demirdim ki, sarayda, ya başqa böyük bir məkanda eləyin. Öz doğma teatrımda ayrıca bir gecə eləmək olardı.
“Azər Paşa Nemətovun buna səlahiyyəti çatmaz”
- Bu iradlarınızı Azərpaşa Nemətova demisiz?
- Azər Paşa müəllim hər şeyi həll eləmir axı... O, yerində olan bir insandır, yaxşı ki, teatra gəlib. Mənim istədiyim onun səlahiyyətində deyil. O, sadəcə fikrimi çatdıra bilər. Nə bilim vallah... Artıq 71-dir. ( gülür) Allah bizə bu yaşı veribsə, nə qismətdir o da olacaq.
“Sənətə Alen Delon kimi simama görə gəlsəm də...”
- Bəzi seyrçilərə görə, siz rejissorlar tam aça bilmədiyi sənət adamlarındansız.
- Mən elə deməzdim. Ola bilər tamaşaçı məni daha başqa amplualarda görmək istəyir. Onları başa düşürəm. Sağ olsunlar ki, hələ də məni sevirlər və dəyərləndirirlər. Hətta ixtiyarları çatır, tələb də edə bilərlər. Amma mən şikayət edə bilmərəm. Çünki mənim ampluamda çox müxtəlif rollar var. Mən yalnız “qeroy-lyubovnik” deyiləm. Düzdür, Alen Delonla kimi mən də simama görə sənətə gəlmişəm. O simaya görə də mən sevgili rollarını çox oynamışam. Amma xarakterik rollarım da az olmayıb.Yəqin ki, tamaşaçılar mənim səhnədəki bütün rollarımı görməyiblər. Son illər qoca klounu da oynamışam. İndi isə daha çox xarakterik rollar alıram. Şəhər Bələdiyyə rəisinin müfəttişi. Tamam mənim xarakterimə xas olmayan bir obrazdır. Amma oynayıram. Deyilənə görə də pis alınmayıb. Mənim narazılıq eləməyə yerim yoxdur. "MƏN YALNIZ "SEVGİ QƏHRƏMANI" DEYİLDİM..." “40 ildir səhnədə olduğumu da unutdunuz?”
40 ildir səhnədəyəm. Yubiley deyəndə yalnız yaşımı yox, sənətimin də yubileyini nəzərdə tuturam. Bu elə bir tarixdir ki, gərək unudulmayaydı...
“Məni canlı görmək istəyən “Azdrama”ya gəlsin”
İstəyirəm tamaşaçım məni canlı görsün. Bayaqkı suala qayıdıram. Demək istəyirəm, tamaşaçı məni teatrda az görür. Televiziya tamaşaları, kinolar, seriallar öz yerində, bunlar da yaxşıdır, amma teatrdakı rollarımdan da agah olsun ki, mən nə oynayıram.
“Peşəkar rolun peşəkar da dəyəri olmalıdır”
Serialda mafiya başçısını da oynamışam, mənfini də, müsbəti də. Son vaxtlar bir neçə seriala çəkildim. O da belə də... Peşəkar işin peşəkar da dəyəri olmalıdır. Qonorar veriləndə dedilər, gücümüz buna çatır. Belə şeylərə görə çox vaxt bizi dəvət eləmirlər. Çağırmırlar, çəkmirlər ki, peşəkar aktyora qonorar çox verməlidirlər. Düz bilirlər, aktyor kimi biz işimizin dəyərini bilirik. Nə oynayırıqsa, ona ürəyimizi qoyuruq. Onun əvəzində də halal haqqımız ödənməlidir. Bax, bu səbəbdən demək olar ki, bizə dəvətlər yox dərəcəsindədir. Amma televiziyalar qabaq çəkirdi. Həmin televiziya əsərləri artıq retroya çevrilib. “Ordan-burdan”ın 30 illiyini qeyd elədik. 87-ci ilin yanvarın 1-də efirə getmişdi. O əsərlər artıq klassikadır. Uzun sözün kəsəsi, mən rollarımdan narazı deyiləm.
(Davamı olacaq)
Rəna CUMAQIZI, Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
|