Əməkdar artist həbs oluna bilər - Qalmaqal
Tarix: 28-11-2016, 08:37 | Çap et
Xəbər verdiyimiz kimi əməkdar artisti Röya Ayxan Heydər Əliyev Sarayında baş tutan konsertinə media nümayəndələrinin bir qismini buraxmayıb.
BiG.AZ xəbər verir ki, əməkdar artistin bu addım barədə musavat.com saytı maqazin jurnalistləri arasında sorğu keçirib, sorğuda səsləndirilən fikirlər isə sənətçinin xoşuna gəlməyib. O, “İnstaqram” səhifəsində Qafqazinfo.az saytının əməkdaşı Elvin Elxanı rəyinə görə təhqir edib: “Elvin, çox gülməlisən. Yaxşı maaş alsaydın, sənə dava açardım. Amma yazığım gəlir sənə. Odur ki, dinmirəm. Bu arada “Xəzər” televiziyası ilə müqavilə var, mən 100 yox, 4 verilişə çıxmışam. Ağıllı ol, çünki 5 il çox vaxt deyil, mənə vaxt qoyanlar arasına girmə, oğulcuq. Gələndə o qədər axmaq-axmaq suallar verirsiniz ki, adamın olmayan əti tökülür. Sizin yeriniz “İnstaqram”-dır, oradan oğurlayıb, yazın. Elvinsən, nəsən, şübhən varsa, biletlər 2 ay öncə satılıb”. Əməkdar artist daha sonra jurnalist barədə ikinci statusunu yazıb: “Konsertə yazarları buraxmayanlara “çox sağ ol” deyirəm. Heydər Əliyev Sarayı bu qanunu yaxşı ki, çıxarıb. Qoy, gedib hesablarını ora ilə aparsınlar. Elvin Elxan, bir də başından böyük qələt edib, adımı yazarsan, eşitdin? Vəkillər startdadır”. Röya daha sonra statuslarını silib. Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə açıqlamasında Röyanın jurnalistlərin Saray əməkdaşları tərəfindən konsertə buaxılmaması barədə rəyinə aydınlıq gətirib. O, bildirib ki, Röyanın açıqlaması əsassızdır: “Sarayın adı hallanır, amma olanların Sarayla heç bir əlaqəsi yoxdur. Heç bir media nümayəndəsi qapıdan geri qaytarılmayıb. Yalnız Apa-dan fotoqraf dostumuz Ramil buraxılmayıb. Onu da mən izah etmişəm ki, fotoqrafları buraxmırlar. Çünki özləri foto çəkib kimə lazımdırsa, göndərirlər və bir sıra informasiya agentliklərinə dəvətnamə veriblər ki, tamaşaçı kimi gəlib baxsınlar. Və şəxsən mən mənimlə əlaqə saxlayan bir sıra media nümayəndəsi dostlarımıza əvvəlcədən vəziyyəti izah etmişdim. Bir sözlə tədbir mətbuata qapalı deyildi və təşkilatçılar media nümayəndələrinə dəvətnamə verdiklərini, dəvətnaməsiz də heç kimin içəri keçməyəcəyini bildirmişdi”. Röya-jurnalist qalmaqalı barədə hüquqşünas Ruslan Əhmədoğlu fikir bildirib. O, saytımıza açıqlamasında qeyd edib ki, şantaj, hədə-qorxu ilə tələb etmə halında həmin şəxs cinayət məcəlləsinin 182 maddəsinə əsasən 3-8 ilə qədər həbs edilə bilər: “Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Bununla yanaşı Kütləvi İnformasiya Vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir. Qanuni şəkildə jurnalist fəaliyyəti göstərən şəxsin hüquqların məhdudlaşdırmaq birmənalı hüquq pozuntusudur! Şantaj, təhqir və şərəf ləyaqətinə toxunan sözlər ilə jurnalist üzləşibsə, aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət etməyi məqsədə uyğundur. Şantaj, hədə-qorxu əmlak tələbinə bağlı olmadığı üçün mülki qaydada baxıla bilər. Şantaj, hədə-qorxu ilə tələb etmə halında cinayət məcəlləsinin 182 maddəsinə əsasən 3-8 ilə qədər həbs edilə bilər” Qeyd edək ki, Elvin Elxan jurnalistlərin konsertə buraxılmaması barədə bunları demişdi: “Biz artıq müğənnilərin bu cür söz-söhbətlərindən bezmişik. Röya axır vaxtlar eyforiyaya qapılıb, başının üstündə ulduzlar fırlanır. Özü də bilmədən elə qərarlar çıxarır ki, lap insanın gülməyi gəlir. Bizim sənətçilər hələ də jurnalistlərin gücünü başa düşməyiblər. Röyaya xatırladaq ki, mətbuatla arasının soyuq olduğu üçün konsertinin də reklamı zəif oldu. Bir telekanalda gün ərzində 100 verilişə çıxdı, onun sayəsində biletlərinin satışı oldu. Belə getsə, yaxın 5 ildə Röyanın şou-biznesdə izi-tozu qalmayacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55 |
|
|
|
|