Kürün “qulağının dibində”... susuzluq - Muğan əhli hələ də içməli suyu baha qiymətə avtomobillərlə daşıyır
Tarix: 23-12-2015, 08:58 | Çap et
Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin adları çəkilən və Sabirabad rayonunun 121 kəndinin ümumilikdə 470 min nəfər əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədilə inşa edilən Şirvan-Muğan qrup su kəmərinin tikintisi dalana dirənib.
Xatırladaq ki, 2012-ci ilin iyulun 16-da kəmərin təməlqoyma mərasimində layihənin 2013-cü ilin sonunadək başa çatdırılacağı elan edilmişdi.
Amma verilən vədlər, bəslənilən ümidlər özünü doğrultmadı.
Üstündən 3 il keçsdə də bu layihənin nə vaxt başa çatdırılacağı məlum deyil. Ümumi uzunluğu 107 kilometr olan Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir. Bu sistem 1970-ci ildə Hacıqabul rayonunun Kiçik Talış kəndində yaradılıb və buradan Bakı şəhərini içməli su ilə təchiz edən üçüncü, daha sonra isə dördüncü kəmər işə düşüb.
2010-cu ilin sonunda Oğuz-Qəbələ-Bakı kəməri istifadəyə veriləndən sonra Kür-Bakı kəmərlərindən birindən nəql edilən içməli suyun Kürətrafı ərazilərə verilməsi məsələsi gündəmə gəldi.
Qeyd edək ki, həmin il ölkədə baş verən təbii fəlakət nəticəsində bölgədəki yerüstü su mənbələri kəskin çirklənməyə məruz qalmışdı və əhali onun mənfi təsirlərini hələ uzun illər hiss edəcək. 107 kilometr uzunluğunda magistral kəmərin tikintisindən sonra 2013-cü ilin aprelin 15-də Hacıqabul, iyulun 1-də Şirvan, sentyabrın 4-də isə Biləsuvar şəhərlərinə bu kəmər vasitəsilə su verilməyə başlanılıb.
Amma Salyan və Neftçala rayonlarının su təchizatı üçün heç bir iş görülməyib.
Layihəyə əsasən Hacıqabuldan kəmər vasitəsilə vurulan içməli su dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşən Salyanın Babazanan dağında inşa ediləcək anbara doldurulmalı və buradan öz axımı ilə Salyan, Biləsuvar və Neftçala rayonlarına verilməli olsa da, bu anbar yalnız kağız üzərində mövcuddur.
Əslində anbarın əsası qoyulsa da inşasına başlanmayıb.
Bu rayonlardakı mövcud şəbəkələr ötən əsrin 50-ci illərində yaradılıb. Onlar istismar müddətini çoxdan başa vurduğundan Kür sahilində yaşayan əhali həyat və sağlamlıq üçün təhlükəli sudan istifadə etməkdə davam edir.
Layihənin əhatə etməli olduğu 5 rayon ərazisində 121 kənd yerləşir ki, burada ümumilikdə 230 min nəfər əhali yaşayır. O kəndlər ki, ərazisində su sistemi heç yerli-dibli mövcud olmayıb. Kəmərə qoşulmaq üçün bu yaşayış məntəqələrində yeni şəbəkə yaradılmalı, hidrotexniki qurğular tikilməlidir.
Layihənin daha bir “dolaşıqlığı” şəhərlərin su-kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlıdır.
Şirvan (bir hissəsi) və Biləsuvar şəhərlərində su-kanalizasiya sistemlərinin bərpası Şirvan-Muğan qrup su kəməri ilə bağlı layihənin tərkib hissəsi olsa da, Salyan, Neftçala və Hacıqabulda ayrıca smetası olan layihələrin icrası nəzərdə tutulur. Üstəlik bu layihələrin maliyyə mənbəyi də məlum deyil.
Ekspertlərə görə, Şirvan-Muğan qrup su kəmərinin təchiz edəcəyi yaşayış məntəqələrinin bəzilərində modul tipli su təmizləyici qurğuların quraşdırılması hökumətin bu sahədə aydın siyasətinin olmamağından xəbər verir.
Paradoksal vəziyyət yaranır: əgər ayrı-ayrı kəndlərdə quraşdırılan modul tipli təmizləyici qurğular əhalinin içməli suya olan təlabatını ödəyirdisə, xeyli xərc hesabına Şirvan-Muğan qrup su kəmərindən həmin yaşayış məntəqələrinə su borularının çəkilməsinə nə ehtiyac var idi?
Yox, əgər qurğular təminatı tam ödəmirdisə, kəmər çəkilməzdən əvvəl onların quraşdırılması külli miqdar təşkil edən büdcə vəsaitindən səmərəsiz istifadə deyilmi?
Axı məntiqlə əhaliyə içməli su bu iki layihənin biri əsasında verilə bilərdi. infom.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ekipaj üzvlərinin cənazələri vida mərasimi üçün hava limanına gətirildi - VİDEO
Bu gün, 09:52 |
|
|
|
• Bankdan yox... işçidən NARAZILIQ - MÜRACİƏT
Bu gün, 09:47 |
|
|
|
• Azərbaycanda yeddigünlük bayram tətili başlayır - Sabahdan
Bu gün, 09:42 |
|
|
|
• Əgər rəhbərlik belə göstəriş verməyibsə... - GİLEY
Bu gün, 09:41 |
|
|
|
• Qara fəhlənin QARA DÜNYASI: 4-cü ildir ki, eyni maaşa işləyəcəyik... - NARAZILIQ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vardanyan ömürlük həbs edilə bilər - DETALLAR
Bu gün, 09:14 |
|
|
|
• Rusiya ABŞ ilə silahlara nəzarət üzrə heç bir danışıqlar aparmayacaq - Lavrov
Bu gün, 09:10 |
|
|
|
• Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb
Bu gün, 08:46 |
|
|
|
• Kollecin sabiq direktoru köməkçi təyin olunub - İcra başçısı bacanağını vəzifədən azad edib
Bu gün, 08:18 |
|
|
|
• Təyyarəmiz vurulduqdan dərhal sonra Kadırovun dəhşətli əmri… - "İctimai rəyi başqa istiqamətə yönəltməyə çalışdılar..."
Bu gün, 08:14 |
|
|
|
• Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir - AKTUAL
Bu gün, 08:11 |
|
|
|
• Kadırovdan QUDURĞAN TƏHDİD: Təyyarənin vurulmasına görə məni ittiham edənləri... - Bu küçük sahibinə güvənib hürür...
Bu gün, 08:08 |
|
|
|
• Gürcüstanın yeni prezidentinin inauqurasiyası keçiriləcək - Bu gün
Bu gün, 08:04 |
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
|