Əhməd Əhmədzadənin ətrafında Quliyevlər kabusu - İlginc iddialar
Tarix: 19-12-2015, 14:36 | Çap et
Ölkə mətbuatında daha çox tənqid olunan məmurlardan biri də “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadədir. Respublikada suvarma kanallarının, təsərrüfat su sistemlərinin istənilən səviyyədə qurulmamasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri sədri təqsirli bilirlər. Bu dövlət qurumu ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı çox ilginc faktlara və bşgicəlləndirici maxinasiyalara rast gəldik. Bu da səbəbsiz deyil. Çünki Əhmədzadənin rəhbərlik etdiyi ASC-də iş düzgün qurulmayıb. Birinci şəxs olduğu üçün Ə.Əhmədzadə daha çox diqqət mərkəzinə düşür. Onun müavinləri isə bu vaxta qədər mətbuatın gündəminə gəlməyiblər. Bu yazıda ASC sədri, müavinləri və gördükləri işlər barədə məlumatlar verəcəyik. Məlumat üçün bildirək ki, cəmiyyət Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmişdir. Qurumun aparatı 84 nəfərdən ibarətdir. Onun strukturuna Bakı şəhərində və respublikanın rayonlarında yerləşən 134 idarə və təşkilat daxildir. Meliorasiya və su təsərrüfatı sistemində 22 min 300 nəfər işçi çalışır. ASC-yə sədrlik edən Ə.Əhmədzadə 1945-ci ildə Qax rayonunda anadan olub. Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967- 1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir. 2006-cı ildən isə qurumun sədri kimi fəaliyyət göstərir. Cumhuriyyet.az bildirir ki, 67 yaşı olmasına rəğmən, hələ ki, istefa ərizəsi yazmaq fikrində deyil. Bir neçə dəfə işindəki nöqsanlara görə yuxarıların hədəfinə çevrilən sədr hər dəfə vəziyyətdən çıxmağı bacarıb. Amma deyəsən, artıq səhhəti ona işləməyə imkan vermir. Bir müddət əvvəl infarkt keçirən Əhmədzadənin son vaxtlar işə düz-əməlli çıxmadığı bildirilir. Həkimlər onun vəzifəsini icra edə bilməyəcək dərəcədə xəstə olduğunu deyirlər. İşə hər gün çıxa bilməməsi müavinlərinin işinə çox yarıyır. Bu müavinlərlə bağlı da cumhuriyyet.az olaraq mediada apardığımız araşdırmada ilginc faktlara rast gəldik. Məsələn, Quliyev Məmmədsadıq Zülqərneyn oğlu birinci müavindir. Azərbaycan Politexnik İnstitutunu bitirən məmurun 63 yaşı var. 1989 – 1998-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsində su ehtiyatları və sudan pullu istifadəyə nəzarət idarəsinin rəisi vəzifələrində çalışıb. 7 ildir birinci müavindir. M.Quliyev ASC-də əsasən su anbarlarının və magistral kanallarının istismarını kurasiyada saxlayır. Çünki bu sahəyə digərləri ilə müqayisədə daha çox pul ayrılır, həm də sənəd qeydiyyatında saxtakarlığa yol vermək çox asandır. Rafiq Aslanov da müavin vəzifəsini tutur. Füzuli rayonunda anadan olan məmur 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Sonuncu təhsil ocağına testdən kənar qəbul olduğu barədə bəzi məlumatlar var. 1993-2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. Və 2006-cı ildə cəmiyyət yaranandan sonra sədr müavini kimi fəaliyyətə başlayıb. “Əməkdar mühəndis” adına layiq görülsə də, ortaya qoyduğu işlə bunu sübut edə bilmir. Aslanovun çörəyi isə bəndvurmadan çıxır. Hər il daşqın təhlükəsi ilə bağlı olaraq ASC-yə bəndvurma və bərkitmə işlərinin həyata keçirilməsi üçün milyonlar ayrılır. Lakin bu məbləğin bir hissəsi müavinin əli ilə sanki qeybə çəkilir. Müavinlərdən biri də Quliyev Zakir Bəybala oğludur ki, onun haqqında daha çox məlumata sahibik. 1966-cı ildə Sabirabad rayonunda anadan olan Z.Quliyev 1998-2006-cı illərdə Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi vəzifələrində işləyib. ASC yaranan gündən isə müavin keçib. Araşdırmalara görə, Z.Quliyevin atası Bəybala Quliyev SSRİ dövründə, daha dəqiq desək, 1980-ci illərdə Sabirabadda 6 saylı sovxozun direktoru işləyib. Ancaq dövlət əmlakını taladığına görə, o vaxtkı Cinayət Məcəlləsinin 88.1-ci maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. İndi belə bir insanın, dövlət əmlakını mənimsəyən cinayətkarın oğlunu Əhmədzadə özünə müavin götürüb. Gör, bu qurum nə vəziyyətdədir. Vaxtilə atası dövlətin malını viran edən şəxs heç vaxt qanuni şəkildə işləyə bilməz. O da nə vaxtsa atasının əməllərini təkrar edəcək. Gələn saylarımızda Bəybalə Quliyevin övladları haqqında yazı dərc edəcəyik. Elçin və Namiq Quliyev qardaşlarının hansı vəzifələrdə çalışmasını sizlər də biləcəksiniz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ekipaj üzvlərinin cənazələri vida mərasimi üçün hava limanına gətirildi - VİDEO
Bu gün, 09:52 |
|
|
|
• Bankdan yox... işçidən NARAZILIQ - MÜRACİƏT
Bu gün, 09:47 |
|
|
|
• Azərbaycanda yeddigünlük bayram tətili başlayır - Sabahdan
Bu gün, 09:42 |
|
|
|
• Əgər rəhbərlik belə göstəriş verməyibsə... - GİLEY
Bu gün, 09:41 |
|
|
|
• Qara fəhlənin QARA DÜNYASI: 4-cü ildir ki, eyni maaşa işləyəcəyik... - NARAZILIQ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vardanyan ömürlük həbs edilə bilər - DETALLAR
Bu gün, 09:14 |
|
|
|
• Rusiya ABŞ ilə silahlara nəzarət üzrə heç bir danışıqlar aparmayacaq - Lavrov
Bu gün, 09:10 |
|
|
|
• Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb
Bu gün, 08:46 |
|
|
|
• Kollecin sabiq direktoru köməkçi təyin olunub - İcra başçısı bacanağını vəzifədən azad edib
Bu gün, 08:18 |
|
|
|
• Təyyarəmiz vurulduqdan dərhal sonra Kadırovun dəhşətli əmri… - "İctimai rəyi başqa istiqamətə yönəltməyə çalışdılar..."
Bu gün, 08:14 |
|
|
|
• Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir - AKTUAL
Bu gün, 08:11 |
|
|
|
• Kadırovdan QUDURĞAN TƏHDİD: Təyyarənin vurulmasına görə məni ittiham edənləri... - Bu küçük sahibinə güvənib hürür...
Bu gün, 08:08 |
|
|
|
• Gürcüstanın yeni prezidentinin inauqurasiyası keçiriləcək - Bu gün
Bu gün, 08:04 |
|
|
|
• ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26 |
|
|
|
• Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21 |
|
|
|
• Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11 |
|
|
|
• “Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02 |
|
|
|
• Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59 |
|
|
|
• Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57 |
|
|
|
• "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55 |
|
|
|
• Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53 |
|
|
|
• Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50 |
|
|
|
• Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04 |
|
|
|
• Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02 |
|
|
|
• "Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59 |
|
|
|
• “Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58 |
|
|
|
• Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55 |
|
|
|
• 4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17 |
|
|
|
• “Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13 |
|
|
|
• Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08 |
|
|
|
• "Heç bir güzəştdən söhbət gedə bilməz" - deputat
Dünən, 19:04 |
|
|
|
• Daha 24 cənazə Azərbaycana gətirilir
Dünən, 18:57 |
|
|
|
• Putin üzr istədi, bəs sonra: Günahkarlar cəzalanacaqmı, kompensasiya ödənəcəkmi - AKTUAL
Dünən, 18:53 |
|
|
|
• Azərbaycanda polis generalı təqaüdə göndərilib - ƏMR
Dünən, 18:50 |
|
|
|
• Prezident ARDNF-in 2025-ci il büdcəsini təsdiqləyib
Dünən, 18:00 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ballistik ekspertiza təyin edilib, 17 beynəlxalq ekspert cəlb olunub - Qazaxıstan hökuməti
Dünən, 17:59 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Dünən, 17:58 |
|
|
|
• Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzr istəyib
Dünən, 17:57 |
|
|
|
• Zelenski İlham Əliyevə zəng edib
Dünən, 17:54 |
|
|
|
• Təzyiqlərin heç bir nəticəsi olmayacaq -ŞƏRH
Dünən, 14:02 |
|
|
|
• Paşinyan niyə keçmişə qayıdır? - İNCƏLƏMƏ
Dünən, 14:00 |
|
|
|
• “Azəripək”in bundan sonrakı fəaliyyəti necə olacaq? - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
• Gəncə şəhər stadionunun yenidən qurulmasına 21,4 mln. manat ayrıldı
Dünən, 12:03 |
|
|
|
• Ərdoğan Kadırovun əlini niyə havada saxlamışdı: - Putinin Qafqazdakı adamının yaramazlıqları
Dünən, 12:01 |
|
|
|
• Bakıda yumurtanın qiyməti artıb? - AÇIQLAMA
Dünən, 11:59 |
|
|
|
• Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA – Gedəcəklər, yoxsa QALACAQLAR?
Dünən, 11:57 |
|
|
|
• “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir” - Qulamhüseyn Əlibəyli
Dünən, 11:56 |
|
|
|
• "Ehtiyatsızlıqdan baş verən hadisələr də cinayət sayılır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:41 |
|
|
|
|