Daha bir oliqarx hədəfdə: İcraçı Kredit Agentliyin rəhbəri Arif Əliyevlə bağlı ilginc iddialar – Söbət yenə də milyonlardan gedir...
Tarix: 22-05-2015, 08:24 | Çap et
DİA.AZ: - “İcraçı Kredit Agentliyin rəhbəri Arif Əliyev kredit təşkilatlarının rəhbərləri ilə əlbir olaraq Dünya Bankından ayrılan milyonlarla dollar vəsaitləri mənimsəməklə məşğul olub və bu failiyyətini bu gün də davam etdirir”. Bu ittiham DİA.AZ-a göndərilən bir məqalədə yer alıb.
Xəbər müəllifinin diaaz.space-ın elektron ünvanına yolladığı məqalədə daha sonra deyilir: “O, yaxın ətrafına məxsus ayrı-ayrı şəxslərin adına kənd təsərrüfatı və sahibkarlığın inkşafı adı altında bir neçə milyon dollar kredit götürərək bu vəsaiti özünün başqa biznesinə istifadə edib. Bu əməliyyatların bir çoxunun Salyan rayonunda həyata keçirir.
“İcraçı Kredit Agentliyi”nin rayonlarda fəaliyyət göstərən kredit təşkilatlarına ayrılan vəsaitlərdə Arif Əliyevin və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Kənd Təsərrüfatı Kreditlər Üzrə Dövlət Agentliyi”nin sabiq baş direktoru Razim Vəliyevin də “faizi” var.
Adı çəkilən Bank Olmayan Kredit Təşkilatı - İKA məhz Kənd Kreditləşməsi Layihəsi üçün yaradılmış təşkilatdır və uzun illər onun təsisçisi “Azərbaycan Kredit İttifaqları Assosiasiyası” İctimai Birliyi (AKİA) olmuşdur. Lakin Arif Əliyev Assosiasiyanın İdarə Heyətinin Sədri Ayaz Quliyevlə əlbir olaraq qeyri-qanuni yollarla Bank Olmayan Kredit Təşkilatı - İKA-nı öz adına və ona yaxın olan adamların adına özəlləşdirməyə nail olmuşdur. İKA-nın qeyri-adi özəlləşdirmə strategiyası ondan ibarətdir ki, İKA-nın nizamnamə kapitalındakı payını azaldaraq Arif Əliyev başda olmaqla kənardan naməlum fiziki şəxslər və kredit ittifaqları bu təşkilatın yeni təsisçiləri kimi AR-nın Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçirtməyə nail olmuşdur. Hal-hazırda dövlət zamanəti ilə Dünya Bankından alınan 18,8 milyon ABŞ Dollarını “özünün özəl təşkilatı”-nın vəsaiti kimi istifadə edir və Dövlətin büdcəsinə qaytarmağa tələsmir.
Onu da qeyd etmək istərdim ki, bu vəsaitin ölkəmizə gətirilməsi və İKA vasitəsilə Kİ-lərə paylanılması müvafiq Hökumət qurumu və Dünya Bankı tərəfindən İKA-nın təsisçisinin tam olaraq İctimai Birlik, yəni AKİA-nın olması təqdirində razılaşdırılmışdır. Yəni İKA-da 18,8 milyon ABŞ dolları vəsaitinin dövriyyəsindən əldə olunan mənfəət heç bir fiziki şəxsin marağı olmadan ilin sonu nizamnamə kapitalına əlavə olunmalı və Layihə bitdikdən sonra Dövlət Büdcəsinə ötürülməli idi.
Arif Əliyev, mütəmadi olaraq Kredit İttifaqlarının sədrlərini öz otağında toplayaraq onları bu strategiyanı həyata keçirməyə məcbur edir və əks halda onları kreditdən məhrum etməklə hədələyirdi. Absurd odur ki, kredit ittifaqları Assosiyanın üzvü olmalarına baxmayaraq, Kİ Sədrlərindən pul yığmaqla onları ikitərəfli təsisçi etmələri heç bir məntiqə sığmır. Həmçinin Dövlət Layihəsini icra edən və kapitalı dövlət vəsaitindən ibarət olan təşkilatın naməlum fiziki şəxslər tərəfindən özəlləşdirilməsi də bir daha Dünya Bankının vəsaitinin mənimsənilməsi analoqu olmayan rüşvət mexanizmidir. Paradoks ondan ibarətdir ki, Layihə çərçivəsində kəndlli fermerlər və kiçik sahibkarlar Kredit İttifaqları (Kİ) vasitəsilə aldıqları kredit vəsaitlərindən istifadə edərək öz güzəranlarını yaxşılaşdırmalı idilər. Dövlətə çatası olan mənfəət müxtəlif təsisçilərin adıyla özəlləşdirilərək Arif Əliyev və ona himayədar olan şəxsə çatdırılırdı. Bunun həyata keçirilməsində Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin keçmiş Baş Direktoru və hal-hazırda Maliyyə Nazirliyində Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışan Razim Vəliyevdir”.
Daha sonra mənbə diaaz.space-a yazır: “Beləliklə Arif Əliyev İKA-nı məhz özünə qulluq etmək üçün İKA-nı özəlləşdirərək Kredit İttifaqları və İKA-nı talamaqda davam edir. Hələ 1999-cu ildə Kredit İttifaqları ulu öndər mərhum Prezidentimiz Heydər Əliyevin qərarı və dəstəyi ilə yaradılmışdırlar və onların əsas məqsədi dünyanın bütün ölkələrindəki kimi beynəlxalq prinsiplərə əsaslanaraq yoxsul təbəqənin həyat tərzini yaxşılaşdırmaqdan ibarətdir. Lakin Arif Əliyev bu kimi açıq-aydın cinayətlə Dünya Bankı tərəfindən ayrılan vəsaitin “özəlləşdirməsi”ni sabotaj -yəni xalqın hökumətə qarşı çıxması kimi adlandırmaq olar. Bu da ölkəmizin imicini beynəlxalq səviyyədə gözdən salır, kredit ittifaqlarını müflis edir. Nəticədə ötən il Dünya Bankı ilə imzalanan sazişə əsasən yeni kredit xətti ayırılanda Dünya Bankının nümayənədələri Kredit ittifaqlarının vasitəsilə işləməyi qəti şəkildə imtina etmişdirlər.
İKA utanmadan öz strategiyasında 2015-ci ildə beynəlxalq donor təşkilatları ilə əməkdaşlıqdan bəhs edir. Bunlar hansı əməkdaşlıqdan bəhs edirlər? Halbuki, dünyanın ən böyük donor təşkilatı olan Dünya Bankı üç ildən çoxdur ki, bunlardan üz döndərmiş, layihənin saxlanmasını tələb etmiş və hətta onların çirkin əməllərindən Azərbaycanın rəsmi dairələrinə şikayət edərək tədbir görməyi tövsiyyə etmişdir. Belə ki, İKA Dünya Bankından alınan kreditləri tam büdcəyə geri qaytarmadan özlərinin gəlir əldə etməsi üçün istifadə edir, gələcəkdə isə bu borc hökumətin üzərində qalaraq Azərbaycan xalqı tərəfindən ödənilməlidir.
Ümumiyyətlə dövlətin büdcəsini talayan, beynəlxalq təşkilatlar qarşısında ölkəmizin nüfuzunu aşağı salan, kasıb fermerləri ölkədən didərgin salan, Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Kredit İttifaqlarını və bu gün onlara Prezident İlham Əliyevin dəstəyi ilə ölkənin müxtəlif layihələrinə cəlb olunan həmin Kredit İttifaqlarını müflis edən Arif Əliyev və onunla əlbir olan saxta yolla Azərbaycan Kredit İttifaqları Assosiasiyasının İdarə Heyətinin Sədri vəzifəsinə seçilən Ayaz Quliyev bu əməlləri ilə kimə nə demək istəyir? Xalqamı, yoxsa dövlət rəsmilərinəmi meydan oxuyurlar? Arif Əliyev “Aşıxlı”, “Tərəkəmə”, “Yüzbaşlı-2”, , “Aran”, “Ləman”, “Masallı”, “Hindarx” kredit ittifaqlarının və digərlərinin adı ilə təşkilatdan külli miqdarda pullar çıxarıb və onlara az miqdarda kredit göndərir.
Salyan rayonunun Alçalı, Bəydili, Arbatan, Ərəbqardaşbəyli, Qızılağac və Salyan şəhərinin 19 nəfər sakinin əmlakı satışa çıxarılıb. Göstərilən vətəndaşların böyük əksəriyyəti əslən salyanlı olan İçraçı Kredit Agentliyinin rəhbəri Arif Əliyevin qohumları və ona yaxın olan şəxslərdir. Məhkəmə qərarları faktiki olaraq formal xarakter daşıyır. Çünki mülkləri satışa çıxarılan sakinlərin hamısı həmin evlərdə bu gündə yaşayır və biznes sahələrindən istifadə edirlər. İKA-nın regional nümayəndəsi, Arif Əliyevin yaxın qohumu Vaqif Islamov «ümidsiz kreditlər» sayəsində milyonerə çevrilib və onun bütün maliyyə maxinasiyalarında yaxın dostu «Dollar» Rüstəm olaraq tanınan məşhur sələmçi iştirak edir. Faktiki olaraq İKA-nın yüz minlərlə manat vəsaiti sələmçilər tərəfindən dövriyyəyə buraxılır və Vaqif Islamov bu biznesdən böyük gəlirlər əldə edirlər və bu kreditlərin isə, Arif Əliyevin şəxsi pulu olduğu deyilir.
Bildirək ki, “İcraçı Kredit Agentliyi” Azərbaycan höküməti ilə Dünya Bankı arasında imzalanmış Kredit sazişinə müvafiq olaraq həyata keçirilmiş “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi” Layihəsinin Kənd Yerlərnin Maliyyələşdirilməsi komponentinin icra edilməsi çərçivəsində 2002-ci ildə yaradılıb. Layihəninin əsas məqsədi Kənd təsərrüfatı sahəsində çalışan fiziki və hüquqi şəxslərə xidmət göstərmək, Kredit İttifaqlarının və borcalanlar qrupunun yaradılmasına, inkişaf etməsinə köməklik etmək və onlara kreditlərin verilməsini təmin etmək olub”.
Bütün bu iddialarla bağlı diaaz.space olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq... Mövzu diqqətimizdədir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Bu gün, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Bu gün, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Bu gün, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Bu gün, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Bu gün, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Bu gün, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Bu gün, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Bu gün, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Bu gün, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Bu gün, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Bu gün, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Bu gün, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Bu gün, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Bu gün, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Bu gün, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Bu gün, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Bu gün, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Bu gün, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Bu gün, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Bu gün, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Bu gün, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Bu gün, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Bu gün, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Bu gün, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Bu gün, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Bu gün, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Bu gün, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Bu gün, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Bu gün, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Bu gün, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Bu gün, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Bu gün, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Bu gün, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Bu gün, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Bu gün, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Bu gün, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Bu gün, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Bu gün, 12:51 |
|
|
|
• Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• Yanğınsöndürən Babək “Sea Breeze”də niyə öldü? - İşdən sonra fəhləlik edirmiş
Bu gün, 12:44 |
|
|
|
• Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər – Amma Ukraynanı suçlayırlar
Bu gün, 12:42 |
|
|
|
• Ermənistanla Türkiyə diplomatik müsanibətləri bərpa edir? - AKTUAL
Bu gün, 12:34 |
|
|
|
|