Aydın Əliyev bir açıqlamasının güdazına gedə bilər – Dövlət Gömrük Komitəsinin ləğvi gündəmdə - GÖZLƏNTİ
Tarix: 6-06-2014, 10:52 |
Çap et
DİA.AZ: - Hakimiyyət yeni struktur islahatlarına gedə bilər. Bu barədə DİA.AZ-a xəbəri verən qaynaq iddia edir ki, söhbət Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsindən gedir.
Məlumatlara görə, belə bir islahatın zərurəti bir neçə dəfə hakimiyyətin üst düzəyində müzakirə olunsa da, sonradan bundan imtina olunub.
Mənbənin diaaz.space-a açıqlamasında iddia etdikləri: “Ola bilsin ki, Dövlət Gömrük Komitəsinin müstəqilliyi əlindən alınsın və Vergilər Nazirliyinin tərkimində departament statusu ilə fəaliyyət göstərsin. Hələlik birləşmənin formulu tapılmasa da, hansısa formada qərarın veriləcəyi şübhəsizdir”.
Xatırladaq ki, bu günlərdə KİV-lərə açıqlama verən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev özünün rəhbəri olduğu təşkilatın qüdrətindən danışaraq bunları söyləmişdi: “Bu gün DGK bir nazirlik qədərində səlahiyyətlidir”...
Görünür, Aydın Əliyevin özünü nazirlərə tay tutması “yuxarılarda” eyni sevinclə qarşılanmayıb.