Təhsil sistemində TEXNİKİ NASAZLIQ... - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 14-07-2023, 08:56 | Çap et
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalənin ƏVVƏLİ BURADA: Cənab Əmrullayevin buralara NƏZƏR SALMASI LAZIMDIR... - Ali təhsilin AzTU BATAQLIĞI...
Məqalənin davamında deyilir: "Məlum olduğu kimi, Respublikamızın ali təhsil sistemində 2005-ci ildən Bolonya sistemi (bəzən buna kredit sistemi də deyilir) adlanan Avropa ali təhsil sistemi tətbiq edilməyə başlanmışdır. Tətbiq edildiyi vaxtdan da hər 4-5 ildən bir tədris planları mərhələli olaraq yenilənir. Bunu da nazirlik onunla əsaslandırır ki, guya, bizim ilk başladığımız Bolonya sistemi onun əsli deyilmiş və beləliklə biz tez-tez “islahatlar” apararaq, əsl Bolonya sisteminə yaxınlaşırıq. Yalandır, tamamilə bunun əksinədir. İlk tətbiq edilən variant elə də pis deyildi. Amma hər dəfə “yeni təkmilləşdirilmiş variant” tətbiq edildikcə, biz əslində Bolonya sistemindən uzaqlaşır və təhsil sistemimizi daha da aşağı səviyyəyə endiririk. Nazirlikdən isə biz deyirlər ki, “sizin xəbəriniz yoxdur, Bolonya sistemi belə tələb edir”. İndiki informasiya əsrində əsl Bolonya sisteminin xarici universitetlərdə müxtəlif ixtisaslar üçün tətbiq edilən tədris planlarını tapmaq heç də çətin deyil. Bundan əvvəl 2012-ci ilin bakalavr səviyyəsi üçün İXTİSASLAR NOMENKLATURASI və TƏDRİS PLANLARI əsasında işləyirdik. 2019-2020-ci illərdə isə Təhsil Nazirliyi komissiya yaratdı ki, guya bunları yeniləşdirib, daha da “müasirləşdirəcək”, Bolonya sisteminə yaxınlaşdıracaqlar. Texniki ixtisaslar üzrə nazirliyin komissiyasına ADNSU-nin rektoru Mustafa Babanlı sədr təyin edildi. Nazirlik tərəfindən isə bu məsələni Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev kurasiya edirdi və faktiki olaraq, Azərbaycanda texniki təhsilin gələcəyini bu iki adam müəyyənləşdirirdi. Qeyd edək ki, Yaqub Piriyev ixtisasca yol tikintisi mühəndisi, Mustafa Babanlı isə metallurqdur. Onlar bütün texniki ixtisaslar haqqında necə qərar qəbul edə bilərlər axı? Komissiyanın tərkibində müxtəlif texniki yönümlü universitetlərin nümayəndələri iştirak etsələr də, heç kimə məhəl qoymadan elə özlərinin ilkin hazırladıqları variantı təsdiq etdirdilər. Məsələn, əvvəlki texniki ixtisaslar nomenklaturasında ayrılıqda “İstilik energetikası mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi” ixtisasları var idi. İndi isə bu ixtisaslar bir “Energetika mühəndisliyi” ixtisasında birləşdirilib. Digər ixtisaslar da bunun kimi. Y.Piriyev və M.Babanlı başa düşmürlər ki, istilik energetikası və elektrik energetikası tamamilə müxtəlif sahələrdir və 3 il yarım, həftədə 22 saat (bunun da yarısı humanitar fənlər və qeyri-ixtisas fənləridir) tədris alan tələbə necə həm istilik energetikası, həm də elektrik energetikası mühəndisi ola bilər? Onlar bunu başa düşmürlər, yoxsa başa düşərək qəsdən edirlər? Və kim respublikanın bütün texniki təmayüllü universitetlərinin əvəzinə bu iki nəfərə belə strateji əhəmiyyətli məsələdə özbaşına qərar qəbul etmək səlahiyyəti verib? Deyə bilərsiniz ki, bəs komissiya yaradılıb. Bizdə təəccüblü deyil ki, komissiya-zad formallıq üçündür, qərarı sədr və ondan da yuxarılar qəbul edir. Digər texniki ixtisaslar da bunun kimi təhrif edilib və eybəcərləşdirilib. Yenə təkrar edirik ki, texniki mütəxəssislərin hazırlanması, xüsusən müasir mürəkkəb siyasi dövrdə ölkəmiz üçün strateji, həyati əhəmiyyətli məsələdir. Bu məsələlər təsadüflərin, məsuliyyətsizliyin, qeyri-professionallığın nəticəsidir, yoxsa düşmən qüvvələrin, keçmiş imperiyanın 5-ci kolonunun qəsdən törədilən təxribatıdır? Bu suala müəyyən qədər cavab tapmaq üçün 5-ci kolonun Elm və Təhsil Nazirliyində bizə məlum olan bir izini göstərək. Ramiz Mehdiyevin komandasının fəal üzvlərindən biri olan, Milli Məclisin yaxın keçmişdə çox populyar deputatı Rəbiyyət Aslanovanın o vaxtlar Prezident Administrasiyasında Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsini tutan oğlu Elnur Aslanov Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin qohumu – bacanağıdır və Y.Piriyev o vaxtlar həmin vəzifəyə Elnur Aslanovun proteksiyası ilə təyin olunub. Ondan əvvəl Y.Piriyev Azərbaycan Memarlıq və İnşaat Universitetində dekan işləyirdi. Qayıdaq yenə Bolonya sisteminə. Ölkəmizin ali təhsil sistemi 2005-ci ildə Bolonya sisteminə keçəndə Təhsil Nazirliyindən ali məktəblərə deyirdilər ki, bu hələ əsl Bolonya sistemi deyil, onun müəyyən keçid formasıdır. Deyirdilər ki, mövcud təhsil sistemindən Bolonya sisteminə – kredit sisteminə birdəfəlik keçmək mümkün deyil, çünki, bizim mövcud sistem çox fərqlidir, bizdə humanitar fənlər var və s. Deyirdilər ki, hər 4-5 ildən bir sistem yeniləşdirilərək, reforma edilərək, tədricən Bolonya sisteminə çatacağıq. Keçən dövrdəki reallıq isə bunun tam əksini göstərdi. Hər dəfə “islahatlardan” sonra görürük ki, biz Bolonya sistemindən daha da uzaqlaşırıq və bizə də deyirlər ki, “siz bilmirsiniz, Bolonya sistemi belədir”. Biz niyə bilmirik ki, indiki informasiya texnologiyaları dövründə istənilən məsələ haqqında dərhal informasiya əldə etmək mümkündür və biz də bunu edirik. Görürük ki, real Bolonya sistemində bizim əvvəlki nomenklaturada olan texniki ixtisaslar da qalır, həftəlik dərs saatı da 22 saat deyil, hətta 28-30 saat da var, kurs işləri, kurs layihələri də var, yekun buraxılış işi layihəsi isə texniki ixtisaslar üçün var və ümumu qəbul edilmiş bir şeydir. Amma xaricdəki Bolonya sistemində humanitar fənlər yoxdur! Deməli, 2005-ci ildən bizim ali texniki təhsilimizin başında dayananlar ölkəmizin texniki təhsilini tamamilə əks istiqamətdə aparırlar və aparmaqda da davam edirlər".
DAVAMI VAR...
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Bu gün, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Bu gün, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
|