NÖVBƏSİNİ GÖZLƏYƏN FAZİL MƏMMƏDOV... - Sabiq nazirin də “xidmətlərinin” nəzərə alınmasının vaxtı çatıb
Tarix: 27-04-2021, 09:06 | Çap et
Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi xəbəri istər-istəməz onun uzun illər əsas himayədarı hesab olunan sabiq Vergilər nazir Fazil Məmmədovu da yada salmağa əsas verir.
Xatırladaq ki, 17 illik nazirliyi dövründə F.Məmmədov Azərbaycanın ən varlı adamlarından birinə çevrilmişdi. Əgər ölkənin ən talançı, korrupsiyalaşmış, ziyankar məmurlarının siyahısı hazırlansa, F.Məmmədovun ilk beşliyə düşəcəyi heç bir şübhə doğurmur.
Vaxtilə mətbuatda F.Məmmədovun nazir işlədiyi dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı. Ümumilikdə isə sabiq nazirin ölkəyə, dövlətə, xalqa, iqtisadiyyata vurduğu ziyan 10 milyarddan artıq olar ki, əskik olmaz. Onun rəhbərlik etdiyi nazirliyin həmin illərdəki “iş prinsipi”ni nəzərə alsaq, yuxarıda qeyd olunan məbləğlər kifayət qədər inandırıcı görünür.
F.Məmmədovun öz başına müavinlər, müşavirlər, idarə rəisləri və s. qismində topladığı sözün tam mənasında əsl quldur dəstəsinin Azərbaycanın sahibkarlıq, biznes mühitinə, iqtisadiyyatına, büdcəsinə və s. vurduğu ziyanı yalnız ermənilərin Ağdama vurduqları ziyanla eyniləşdirmək olar. Bəli, heç bir şişirtməyə yol vermədən deyə bilərik ki, F.Məmmədov və onun quldur dəstəsi ölkənin biznes mühitini Ağdam kimi düzləmiş, məhv etmişdi.
Bu mühit hələ günü bu gün də özünə gələ bilmir. Vəziyyət o yerə çatmışdı ki, bu quldur dəstəsi MTN adlı digər bir quldur dəstəsinə “pas atmaqla” məşğul idi, az-çox imkanı olan iş adamlarının sahibkarların siyahısını Eldar Mahmudovun başkəsənlərinə ötürürdü ki, Vergilər Nazirliyinin taladıqları azmış kimi, qalan var-yoxlarını da MTN əllərindən alsın. Bunu yalnız erməni xislətinə malik varlıqlar edə bilərdi .
Ancaq nə olsun, F.Məmmədov və ətrafındakılar hazırda öz keflərindədirlər, vaxtilə oğurladıqlarını, taladıqlarını yeməklə məşğuldurlar, hamısınıın biznesi, var-dövləti öz yerində. Bəzilərisə hələ də yüksək vəzifələrdədirlər.
F.Məmmədovun özü də bütün əksər sabiq məmurlar kimi vəzifədən çıxarılandan sonra xəstəlik adıyla pərdələnib, taladığı vəsaitlərlə qurduğu biznes imperiyasının başındadır. Onun biznesinin bir hissəsi əlindən alınsa da, yenə “əlində-ovcunda” qalanların dəyəri yüz milyonlarla, bəlkə də milyardlarla ölçülə bilər.
Xatırladaq ki, F.Məmmədovun biznes imperiyasının bir hissəsi “Synergy Group” MMC şirkətlər qrupunda birləşmişdi, “ATAbank” da onun idi. Ötən il həmin bank bağlandı, nəticədə çoxlu sayda əmanətçiyə, iş adamına ziyan dəydi, bank əməkdaşları işsiz qaldı və s. Lakin F.Məmmədovun sərvəti, varidatı bu qeyd olunanlarla təbii ki, yekunlaşmır. Gəncədə xəstəxanadan tutmuş Şəmkirdə, Gədəbəydə, Bakıda saysız-hesabsız obyektlərə, müəssisələrə, bizneslərə, torpaq sahələrinə və s. qədər böyük varidata sahibdir.
Ancaq təbii ki, onun sərvətləri, biznesləri ölkə daxililə məhdudlaşmır. Sabiq nazirin İngiltərədə, Türkiyədə, Ukraynada və digər ayrı-ayrı ölkələrdə mal-mülkünün, hesablarının, biznesinin olduğu qeyd edilir. Məsələn, F.Məmmədovun xaricdəki biznesləri sırasında Ukraynanın kurort şəhəri Truskovetsdə yerləşən "Mir” adlı dəbdəbəli lüks oteli xüsusi yer tutur.
Bundan başqa, onun Kiyevdə 5 ulduzlu "11 Mirrors Design Hotel”inin, siqaret, təkər zavodlarında payının və böyük bazarının olduğu bildirilir. Kiyevdəki “Vladimirski” bazarı da sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir hissəsi sayılır. Doğrudur, bu bizneslərin nə qədərinin, hansı hissəsinin onun əlindən alındığı barədə dəqiq məlumat yoxdur. Ancaq bütün bunlara baxmayaraq, sabiq nazirin hələ də ölkənin ən varlı adamlarından biri olaraq qaldığı şübhə doğurmur. 17 il Vergilər naziri olmuş adamın varidatı asanlqla tükənə bilməz...
Son olaraq, onun kürəkəni, nazir işlədiyi illərdə müavini olmuş Namiq Əliyevin oğlu Əbdül Əliyevin adına Londonda yalnız bu il 3 şirkət açdığı və bununla da təkcə İngiltərədəki şirkətlərinin sayının 8-ə çatdığına dair məlumat yayıldı.
Belə görünür ki, sabiq nazir biznesinin böyük hissəsini İngiltərəyə köçürməkdə qərarlıdır. Ən əsası isə odur ki, bu adam Azərbaycan sahibkarına, iqtisadiyyatına vurduğu ziyan azmış kimi, buradan taladığı vəsaitin böyük hissəsini ölkəmizə yox, xaricə yatırıb.
Həmçinin, yaxşı olar ki, F.Məmmədovun ətrafında olmuş, onun adamlarlı kimi tanınan müavinlərindən tutmuş müşavirlərinə, idarə rəislərinə qədər hamısı ilə bağlı araşdırıma aparılsın. Bu adamların arasında F.Məmmədovdan da betər rüşvətxorlar, sahibkarın qanını içənlər, talançılar olub. Onların bəziləri hələ də bu və ya digər qurumda yüksək vəzifədədirlər. Və bu adamlar uzun illər Azərbaycanda olmuş, lakin son illər əsas başçıları vəzifədən kənarlaşdırıldıqdan sonra dağıdılmağa başlayan idarəçilik sisteminin məhsullarıdırlar.
Onu da xatırladaq ki, vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Binəqədinin başçısı Xaləddin İskəndərov və Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Gədəbəyin icra başçısı Ramiz Yediyarovla ona daha yaxın şəxslər sayılırdı. Xaləddin İskəndərovla sabiq nazir həm də yeznə – qayındır.
İnanın ki, F.Məmmədovun özünün, eləcə də ətrafında olmuş adlarını çəkdiyimiz və çəkmədiyimiz bu adamların varidatları bir yerə toplansa ortaya Azərbaycanın bir neçə illik büdcəsinə bərabər vəsait çıxar. “AzPolitika.info”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
|