Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... .....                     Burun əməliyyatından sonra vəfat edən qızın atası: .....                     Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib .....                     “Qarabağ” Juninyonun yerinə onu alır? .....                     3 evi olduğunu deyən AYSUN: .....                     Hüseynbala Mirələmovun oğlu da namizəd oldu .....                     Başqasının maşınına girib, özünü yandırdı .....                     “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” .....                     Bəxtiyar Hacıyevə hökm oxunub .....                     Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı .....                     "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə .....                     Samir Şərifov niyə işdən çıxarıldı? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR .....                     Nazir Kəpəzə polis rəisi təyin etdi .....                     Paşinyan Ermənistan "Titanik"ini batırır .....                     Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır .....                     Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? .....                     Zəngəzura Ermənistan nəzarət edəcək .....                     2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə .....                     Naxçıvanda “dədə-baba” qaydası təyinatlar .....                     Naxçıvan Ali Məclisində yeni təyinat .....                     Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub .....                     Naxçıvanda təhsilin evini elə yıxıblar ki... .....                     "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" .....                     Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... .....                     "Bu münasibətlər zamanın sınağından keçib" .....                     Palata UNEC-də yoxlama apardı .....                     İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... .....                     KAPİTAL BANK-dan total narazılıq olsa da... .....                     Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub .....                     Prokuror gənc sevgilisini öldürən qadına .....                     Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... .....                     “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi .....                     Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb .....                     Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. .....                     ADNSU ilə bağlı qalmaqal davam edir .....                     İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi .....                     Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib .....                     Azərbaycanlı Ukraynada itkin düşdü .....                 

Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ - İTTİHAM
Tarix: 21-10-2020, 09:35 | Çap et
Adı "Nurgün" olan şirkətin QARANLIQ ƏMƏLLƏRİ
Ölkəmizdə azad sahibkarlığın inkişafı üçün yaradılan hərtərəfli şərait nəticəsində bir çox sahələrə yerli və xarici iş adamları tərəfindən böyük yatırımlar edilir. Təbii ki, bütün bunlar iqtisadiyyatın inkişafı,yeni iş yerlərinin yaradılması baxımından ürəkaçan mənzərədir. Təəssüf ki, bəzi işbazlar (belələrinə iş adamı deməyə adamın dili gəlmir) yaradılan əlverişli şəraitdən sui-istifadə etməklə şəxsi mənfəətləri naminə qanunlara məhəl qoymur, vergi qaçaqlığı və digər çirkli əməllərlə məşğul olurlar.

Azərbaycanda yetərincə tanınan iş adamı Nuru Əliyevin fəaliyyəti ilə bağlı internet üzərindən araşdırma apararkən ən çox oğlunun sərxoş halda “avtoşluğu”, polis əməkdaşları ilə qalmaqalları, həbs olunması və s. mövzulu xəbərlərə rast gəlinir. Onun iş həyatı ilə bağlı apardığımız araşdırmalar da heç də oğlunun həyat tərzindən fərqlənmir. Belə ki, N.Əliyevin rəhbərlik etdiyi şirkətlərdə baş verən qanunsuzluqlar barədə kifayət qədər məlumatlar əldə etmək mümkündür. “Nurgün” Holdinqin sahibi olan N.Əliyev müstəqilliyimizin ilk illərində aeroportda gömrük rəisi vəzifəsində çalışıb. Elə buradaca ulduzu parlayan gələcək oliqarx iş həyatına atılır və ölkənin ən böyük holdinqlərindən birinin əsasını qoyur. Aeroport gömrüyünü öz nəzarətində saxlaması ona yüzlərlə xarici brendin distribütorluğunu alaraq ölkəyə keçirib qısa müddətdə fantastik dərəcədə varlanmasına şərait yaradır. Onun ölkəyə gətirdiyi məhsulların spektri çoxsaylı xarici avtomobil brendlərindən tutmuş, siqaretlərə qədər geniş idi.

N.Əliyev tərəfindən əsası qoyulan "Nurgün" holdinqə çoxsaylı şirkətlər və distribütorluqlar daxildir. Holdinqə daxil olan şirkətlərin siyahısını nəzərdən keçirsək onun nə qədər geniş spektrdə fəaliyyət göstərdiyinin şahidi olarıq.

"Nurgün Motors"
- Nissan Azərbaycan
- Infiniti Azərbaycan
- Ford Azərbaycan
- Renault Azərbaycan
- Maşın bazarı
- Çoxsaylı avtomobil salonları və servis mərkəzləri, “Rəvan Sığorta” , keçmiş NBC Bank, Nurgün İnşaat, “Bella” Yuyucu vasitələr fabriki, Salyan süd zavodu, Nurgün Trading (Şirkətin 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, 6 regional anbarı fəaliyyət göstərir),

Kaspian Transport, “Kontinental” mağazalar şəbəkəsi, “Ailə” supermarketlər şəbəkəsi, NICOS kosmetika məhsulları, Active qabyuyan mayeləri, BIOSENSE şampunları, Rocchetta, Vittel və Erikli sularının, Havoline və Ardeca yağlarının idxalçısı və s.

Bu qədər geniş əhatə dairəsinə malik olan iş adamının fəaliyyətində kifayət qədər nöqsanların olduğu bildirilir. İlk əvvəl N.Əliyevin müəyyən sahələr üzrə monopolist mövqeyi bazarda rəqabət mühitini boğur, qiymətlərin bahalaşmasına və əksər hallarda keyfiyyətsiz məhsulların yüksək qiymətlərlə alıcıya satılmasına şərait yaradır.

Məsələn Nurgun Motors"dan nağd, kredit və ya lizinqlə avtomobil alan şəxs fərqinə varmadan monopoliya toruna düşür və sonradan baş verən hadisələrdən, təəssüf ki, onu nə qanunlar, nə dövlət qurumları qorumur. Alıcının necə tora salınması mexanizminə nəzər salsaq bunun hansı dərəcədə təhlükəli olduğunun şahidi olarıq.

İlk öncə avtomobili mütləq "Aypara lizinq" şirkətindən alacaqsınız. Daha sonra lizinq və ya kredit faizlərini mütləq "NBC bank" təyin edəcək. Məsələn, 5 illik lizinq və ya kredit şərtləri ilə avtomobil alsanız, avtomobilin dəyərindən daha çox faiz ödəyəcəksiniz.

Avtomobili mütləq "Rəvan Sığorta"da kasko sığorta etdirməlisiniz və öncədən pulunu ödəməlisiniz. Sığorta üçün müraciət ərizənizə mütləq sizin mənafeyinizə və Azərbaycan qanunvericiliyinə zidd müddəalar daxil ediləcək və sizə "bu adi müraciət ərizəsidir, zəhmət olmasa bura qol çəkin" deyib, sizi aldadacaqlar.

Avtomobili yalnız "Nissan Servis" mərkəzlərində od qiymətinə təmir etdirə bilərsiniz. Adi yağ dəyişməni belə, başqa servisdə etsəniz, sizin qarantiyanızı ləğv edəcəklər. Aldığınız avtomobilin doğrudan da yeni və orijinal olduğuna heç bir təminat yoxdur. Hər hansı qəza törədildikdə kasko sığortanızı ala biləcəyinizə dair heç bir təminat yoxdur.

Xatırladaq ki, yuxarıda adıçəkilən bütün qurumlar "Nurgün" şirkətlər qrupuna daxildir və bu açıq-aşkar istehlakçı hüquqlarının kobud sürətdə pozulmasıdır. Bəs görəsən, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, habelə digər aidiyyatı qurumlar buna niyə göz yumur?

Həmçinin holdinqə daxil olan çoxsaylı şirkətlərin vergidən yayınması barədə çoxsaylı məlumatlar mövcuddur. Dəfələrlə zamanında Vergilər nazirliyi tərəfindən müvafiq aktlar hazırlansa da nədənsə bunlara da məhəl qoyulmayıb. Vergidən yayındırılan məbləğ isə milyonlarla manat həcmindədir. Müharibə aparan bir ölkədə belə hallara yol verilməsi ən azından müharibə qanunları ilə də mühakimə olunmalıdır.

Holdinqin Salyanda fəaliyyət göstərən filialında araşdırma aparılsa qanunsuzluqlar, külli miqdarda vergidən yayınma və mənimsəmələr aşkarlana bilər. Bildirilir ki, “Nurgün” holdinqin Salyanda yağ-pendir istehsal edən sexi var. Amma şirkətin əsas fəaliyyəti heç də süd məhsulları istehsal etmək deyil. Burada süd məhsullarının istehsalı sadəcə gözdən pərdə asmaq məqsədi daşıyır. Şirkət həmin sexin anbarında böyük miqyasda topdansatış mallarının dağıdılması ilə məşğul olur. Bütün çeşidlərdə ərzaq və məişət malları həmin sexdən Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı Sabirabad rayonlarındakı və Şirvan şəhərindəki mağazalara paylanılır. Sexdən paylanılan külli miqdarda ərzaq və məişət mallarının paylanılması isə bir qayda olaraq qanunsuz həyata keçirilir.

Göründüyü kimi, ölkəmizdə biznes üçün yaradılan əlverişli mühitdən yararlanan N.Əliyev əslində normal şərtlər daxilində deyil, daha çox “kölgə iqtisadiyyatı” prinsipləri ilə fəaliyyət göstərir. Bu gün “hər şey Vətən üçün, hər şey cəbhə üçün” prinsipi əsas olmalıykən qanunsuz yollarla milyonlar qazanmağa nə ad vermək olar? Adı “Nurgün” olan bir şirkətin qaranlıq əməlləri çoxmu davam edəcək?
Rubrika.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir keçmiş hərbçiyə ƏSASSIZ İMTİNA cavabı... - "Aylarla çöllərdə qala bilmirəm..."
Bu gün, 13:31
Burun əməliyyatından sonra vəfat edən qızın atası: - "Həkim günahkardı, təkid edib..."
Bu gün, 13:22
Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib - Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Bu gün, 13:20
“Qarabağ” Juninyonun yerinə onu alır?
Bu gün, 13:15
3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06
Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04
“Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59
Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56
Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
"Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44
Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36
Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33
Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27
Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10
Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08
Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08
Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04
2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57
Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53
Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51
Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48
Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45
"Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42
Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40
"Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33
İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30
KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26
Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09
Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04
Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00
“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54
Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50
ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45
Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41
Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39
Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37
Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34
Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32
Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23
Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15
Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11
Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09
DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04
Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56
İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru