Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib .....                     Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? .....                     Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... .....                     Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu .....                     “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” .....                     Benziya niyə hələ də Azərbaycana qayıtmayıb? .....                     Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib .....                     Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib .....                     Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış .....                     Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir .....                     Ermənistan sürpriz edə bilər .....                     “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq .....                     İcra başçısı vətəndaşların müraciətini dinləyib .....                     "Zümrüd hansısa insanların oyununun qurbanıdır..." .....                     Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət .....                     DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... .....                     Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb .....                     Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? .....                     İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti .....                     "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında .....                     Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub .....                     Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... .....                     Nə sən doymaq biləsən, nə səndən doyan ola... .....                     Nazirlikdən getdi, müşavir təyin edildi .....                     Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? .....                     Əməliyyat zamanı ad günü keçirilən klinika .....                     Yeni işğal planı açıqlandı, dünya təşvişdə: .....                     Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: .....                     Regional təhsil idarəsində kütləvi ixtisar... .....                     İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib .....                     Tiktoker "Xan" ilə bağlı .....                     Əməliyyat zamanı doğum gününü qeyd edən həkim .....                     Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib .....                     DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... .....                     Ayxan Hacızadə Paşinyana .....                     Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." .....                     Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı .....                     ADNSU-nun rektorundan daha bir alim şikayət etdi .....                     Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm .....                 

1 milyon manat təzminat tələb olunan qadınlar aman diləyir - Xoşqədəm Hidayətqızından da 700 min manat təzminat tələb olunub?
Tarix: 29-03-2017, 09:19 | Çap et
1 milyon manat təzminat tələb olunan qadınlar aman diləyir
“Tanınmış idmançı 8 ildir günahsız yerə həbsə atılıb?” başlıqlı yazının Hurriyyet.org-da dərcindən sonra redaksiyamıza bir qrup şikayətçi gəlib. Onlar ölkə başçısına etdikləri müraciəti “Hürriyyət” qəzeti və Hurriyyet.org saytı vasitəsilə işıqlandırılmasını xahiş ediblər.

Qeyd edək ki, “Tanınmış idmançı 8 ildir günahsız yerə həbsə atılıb?” yazısında Şəki rayon Qoxmuq kənd sakini, təqaüdçü müəllim Hacər Maqsudinin ölkə başçısına ünvanladığı və mətbuatda yayımlanan müraciətində tanınmış idmançı, Qarabağ müharibəsi veteranı olan oğlu Azad Məmmədovun günahsız yerə həbsə atılması yer alıb. 3 uşaq atası olan oğlunun şərlənərək həbs olunduğunu yazan ananın sözlərinə görə, oğlunun azadlığa çıxması üçün prezidentə etdiyi video-müraciətdə heç bir təhqir elementi olmadığı halda, oğlunun həbsində təqsirli bildiyi qarşı tərəf öz şərəf-ləyaqətinin müdafiəsi maddəsilə ondan və digər 4 qadından 1 milyon manat məblğində təzminat istəyir.

Həcər Maqsudinin bəhs elədiyi 4 qadın - Gülxarə Səfərova, Həqiqət Yusubova, Gülxar Sadıqova, Bəsdi İsmayılova da bildirirlər ki, vəkil Elçin Sadıqovla anası Sahibə Həsənova onlar haqqında haqsız yerə məhkəmə iddiası qaldırıb.

Redaksiyamıza gələn Gülxarə Səfərova, Həqiqət Yusubova, Gülxar Sadıqova dedilər ki, ötən ilin martında S.Həsənovanın törətdikləri əməllərlə bağlı keçirilən mətbuat konfransında zərərçəkən kimi iştirak ediblər. Onların redaksiyaya verdiyi ifadə aşağıdakı kimidir: “Mətbuat konfransının keçirilməsinə 2005-ci ildə itkin düşmüş Elsevər Əliyevin ölümündə S.Həsənovanın günahlandırılması və bu məsələnin 10 il sonra - 2015-ci ildə Xoşqədəm Hidayətqızının verilişində üzə çıxması səbəb olub.

Xoşqədəm Hidayətqızından 700 min manat təzminat tələb olunub?

Belə ki, Xoşqədəm Hidayətqızının ANS telekanalında apardığı “Sən tək deyilsən” verilişində günahlandırılan şəxs olan S.Həsənovanın qızı G.Sadıqova bu məsələni ictimailəşdirib. Bildirib ki, E.Əliyevin öldürülməsində anasının günahkar olmasına əmindir. Həmin verilişdə vəkil Adəm Məmmədov ekspert qismində iştirak edib. E.Əliyevin atası İsmayıl Əliyev vəkil A.Məmmədovdan xahiş edib ki, oğlunun haqlarını müdafiə etsin.

Verilişdən sonra S.Həsənova və oğlu E.Sadıqov şərəf və ləyaqətlərinin tapdanması iddiası ilə “ANS” telekanalı, Xoşqədəm Hidayəqtıqızı və Gülxar Sadıqova haqqında məhkəməyə müraciət edəcəklərini, 700 min manat məbləğində təzminat tələb edəcəklərini bildirərək, hədə-qorxu gəliblər.

Bundan sonra biz zərəçəkən olaraq cəsarətlənib öz haqqımızı geri almaq istəyilə jurnalist Seymur Verdizadənin iştirakı keçirilən mətbuat konfransında iştirak etdik”.


H.Yusubovanın sözlərinə görə, 2007-ci ildə evini “Standartbank”a girov qoyaraq 29 min 700 manat məbləğində girov götürərək S.Həsənovaya borc verib ki, dəri biznesiylə məşğul olsunlar. Sonradan ona məlum olub ki, S.Həsənova onu aldadır: “S.Həsənova Bəsdi İsmayılovadan 6 min manat, Gülxarə Səfərovadan 500 manat və digər bir çox şəxslərdən pul alıb, qaytarmayıb. Pullarını istəyən Bəsdi, Minayə, Mahirə, Qənirə, Məlahət, Nərminə adlı qadınlara deyib ki, o bu pulları işbirliyinə girdiyi nüfuzlu idmançı Azad Məmmədova verib. Ona inananlar Azad Məmmədovun üzünə durublar. Sahibənin 6 min manat borc aldığı Bəsdi İsmayılova sonradan aldandığını başa düşüb və bunu mətbuat konfransında etiraf edib”.

G.Sadıqovanın dediklərinə görə, hadisə bu mətbuat konfransında bir daha ictimailəşəndən sonra qardaşı və anası onu və oğlu amansızlıqla qətlə yetirilən İsmayıl Əliyevi məhkəməyə veriblər ki, yalan ifadəyə görə şərəf-ləyaqətləri tapdanıb: “Bundan sonra 2016-cı ilin martında Bakı şəhər Prokurorluğunda müstəntiq Kamran Məmmədovun apardığı istintaq əməliyyatı nəticəsində mənim həmin verilişdə dediyim kimi Elsevər Əliyevin cəsədi doğranıb, yandırılmış şəkildə Bərdə rayonunda aşkarlandı.


Bundan sonra vəkil Adəm Məmmədov da mətbuat konfransı keçirdi.

Cəsəd aşkarlanandan və məsələ ictimailəşəndən sonra şərəf-ləyaqətlərini müdafiə edən vəkil və anası geri çəkildi”.

Amma ötən ilin fevralın 2-də yenidən mətbuat konfransında iştirak edən şikayətçilər – G.Səfərova, H.Yusubova, G.Sadıqova, B.İsmayılova yenə də S.Həsənova və oğlu E.Sadıqov Göygöl rayonunda məhkəməyə verilib: “Bir il bizi məhkəmədə süründürdülər, 2016-cı ilin dekabrında ədalətsiz qərar verildi, amma buna da qane olmayıb, qarşı tərəf bizdən 1 milyon təzminat istəyir”.

“Oğru elə bağırır, doğrunun bağrı yarılır”

Həqiqət Yusuobova: “Mən bilmirəm günahım nədir? Sahibə Həsənova həm evimin girovda qalmasına səbəb olub, həm 43 qram qızılımı mənimsəyib, onun üzündən 40 min manat borca düşmüşəm, haqqımı tələb edəndə isə məni məhkəməyə verib şərləyir. Oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Hətta mən mətbuat konfransında çıxış da eləməmişəm, kimsənin şərəfini əksildən söz deməmişəm. Hansı haqla məndən şikayət edilir? Ölkə başçısından xahiş edirəm, bu ana-balanın haqqında ölçü götürülməsinə kömək eləsin, bizdən əl çəksinlər, pulumuzu qaytarsınlar ”.

500 manat borc vermişəm, şərlənib 500 min manat təzminat da ödəməliyəm?

Gülxarə Səfərova: “Sahibə Həsənovaya verdiyim 500 manatımı geri istəmişəm. Borcumu istəyəndə bildirdi ki, gəl Azad Məmmədovun üzünə dur, de ki, Azada 12 min manat borc vermişəm, borcunu qaytarım. Bu vicdansızlığa getməmişəm. Mətbuat konfransında çıxış da etməmişəm, sadəcə, iştirak etmişəm. Şəkər, təzyiq xəstəsiyəm. Ürəyim xəstədir. 70 yaşlı adam 200 manat pensiya ilə, yaşımın bu çağında şərə, məhkəmələrə düşmüşəm. Bu qədər təzminatı necə və niyə ödəməliyəm?! Cənab prezident, mənə kömək edin”.

“Anam deyilən o qadın məni də öldürəcəyi ilə hədələyir”

Gülxar Sadıqova: “Mən heç kəsin şərəf-ləyaqətini təhqir etməmişəm. Bildiyim həqiqətlərin bir qismini açmışam. Dilim də gəlmir ona ana deyim. Məni dünyaya gətirən Sahibə 16 yaşımdaykən məni ərə verib. 2 övladım olub. Çalışmışam ki, həmişə ailəmi qoruyum. Amma keçmiş həyat yoldaşım Vüqar Yusifov anam deyilən Sahibəylə cinayət əlaqəsinə girib. Bunu əminliklə deyirəm.

Azad Məmmədov da Sahibənin fitvasına tuş gələn bir qurbandır. 3 övlad atası 8 ildir ki, həbsdədir. Mən bildiyim həqiqətləri geniş izahatla yazmışam, ölkə başçısına göndərmişəm. Susmadığım üçün anam deyilən o qadın məni də öldürəcəyi ilə hədələyir.

Məhkəmədən tələb edirlər ki, vəkil Adəm Məmmədovun keçirdiyi mətbuat konfransında onların barəsində səsləndirilən həqiqətlər guya yalan, şər, böhtan olduğu üçün, bu məlumatları yayan apa.az, modern.az, lent.az, basta.info saytlarından qaldırılsın.



“Mənə dəli damğası vurub susdurmaq istəsələr də, əlimdə sübutum var”

Ailəmizdə 6 övladıq. Qardaşım Elçin Sadıqov, vaxtilə Daxili İşlər Nazirliyində dəftərxana işçisi olan bacım Ceyhunə Sadıqova anamın törətdiyi bəd əməllərə şərik olub, susublar. Digər qardaş-bacım da ehtiyat eləyib, qorxub, haqsızlıqlara göz yumurlar. Mən isə haqqı pozulan, edilən bunca ədalətsizliklərə dözməyən biri kimi susmadığım üçün mənə “dəli” damğası vururlar. Budur baxın, mənim heç bir psixoloji problemimin olmaması haqqında əlimdə faktiki sübutum da var.



Möhtərəm prezidentimizdən qəzetiniz vasitəsilə də xahiş edirəm: Bir ailə mafiyası insanların qanunların aliliyinə güvənini azaldır. Xahiş edirəm, məhkəməyə və Sizə təqdim elədiyim izahatların sübuta yetirilməsi, araşdırlması üçün xüsusi komissiya təşkil olunsun”.

Vəkil Elçin Sadıqov: “Tələb edirik ki, iddiamız tam təmin olunsun”

Vəkil Elçin Sadıqovla əlaqə saxladıq. Bildirdi ki, anasının və onun şərəf-ləyaqətinin müdafiəsilə bağlı Göygöl rayon Məhkəməsində adıçəkilən şəxslər haqqında iddia qaldırıb. Məhkəmə onun və anasının iddiasını qismən təmin etdiyi üçün iş üzrə yenidən Gəncə Apelyasiya Məhkəməsinə müraciət ediblər: “Biz tələb eləyirik ki, iddiamız tam təmin olunsun”.

Xoşqədəmdən müəmmalı cavab...

Yazıda adıçəkilən Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamaq istədik. Müxtəlif nömrələrdən mobil telefonuna bir neçə dəfə zəng etdik. Cavab almadıq. Tanımadığı nömrəni qaldırmadığını güman edib mesaj yazdıqdan sonra, zəngimizə cavab verdi. Telefondakı qadın səsi eynən öz səsi olsa da, (görünür, köməkçisinin səsi çox oxşar olub- müəl.) bizə dedi ki, danışan Xoşqədəm deyil, özü ilə əlaqə saxlayaq. Sonradan həmin nömrəyə təkrar zəngimizə isə belə cavab aldıq ki, Xəzər televiziyasının qaynar xəttinə müraciət eləyək(?).

Nigar İsmayıllı, Hurriyyet.org

Redaksiyadan: 5 şikayətçinin ölkə başçısına göndərdikləri, Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanova təqdim edəcəkləri geniş müraciətin surəti redaksiyamızın e-mailinə də göndərilib. Növbəti buraxılışlarımızda mövzuya qayıdarkən bunlardan bəhs olunacaq. Amma əslində biz redaksiya olaraq bu mövzunun heç də uzanmasını yox, tərəflərin razılığa gəlib, problemlərinin həllində maraqlıyıq. Çünki ittiham, münaqişə dolu bir mövzu onsuz da gərginlik yaşayan cəmiyyət üçün bir az da gərginlik yarada bilər. Amma “elin gözü tərəzidir prinsipilə” bu mövzunun ictimailəşməsi ona görə lazımdır ki, kimin haqlı, kimin haqsız olacağını müəyyənləşdirməli olan hüquq-mühafizə orqanları ictimai qınağa tuş gəlib hərəkətə keçsinlər. 12 il bundan öncə baş verən ölüm hadisəsinin iznə düşülüb, sonradan yarıda qalması və hər iki tərəfin şərə-böhtana məruz qalması iddiası hər halda hüquq-mühafizə orqanlarının – Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin yerli orqanlarının fəaliyyətlərinin səriştəsizliyini üzə çıxarır.

Ona görə də təkcə elə münqaişə dolu bu hadisəyə müvafiq qurumların obyektiv yanaşması cəmiyyətin həmin qurumlara inamına zəmin yarada bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29
Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27
Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24
Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22
“Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43
Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40
Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35
Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32
Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02
Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02
İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58
Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53
Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10
Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22
DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21
Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03
Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02
Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55
ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46
Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42
Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Dünən, 16:41
"Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Dünən, 16:39
"İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Dünən, 16:30
Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Dünən, 16:29
Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Dünən, 16:26
ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Dünən, 16:23
Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Dünən, 16:12
Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
Dünən, 16:10
"Yeməyə yox, kefimizə soğan doğrayacağıq" - Qiymət niyə bahalaşır?
Dünən, 15:53
Bakıdan verilən mesaj İranı çalxaladı – “İki tərəf arasındakı münasibətlər…”
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru