Milyonluq sürət qatarları kimə həvalə olunub? - İTTİHAM VAR
Tarix: 28-03-2017, 09:14 | Çap et
Dünən Bakı-Sumqayıt sürət qatarının gecikməsi ilə bağlı yayılan məlumat hamının təəccübünə səbəb oldu. Avtomatik olaraq, ağıla bu sual gəldi: məgər, dövlət xərc çəkib sürət qatarını geçikmək üçün alıb? Az keçmədi ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti adından yayılan açıqlamada gecikməyə səbəb kimi qatar yolundakı elektrik xəttində yaranan problem göstərildi: “Keşlə stansiyası ərazisində elektrik xəttində qəfil problem yaranıb. Nəticədə Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatar 40 dəqiqə gecikmə ilə hərəkət edib. Xətdəki nasazlıq aradan qaldırılıb və qatar mənzil başına çatıb. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, normal qrafiklə hərəkət davam etdirilir”. Baş verən bu hadisə Azinforum.az olaraq iki il əvvəl xarici ölkələrin birindən bahalı qiymətə alınan və Bakı-Sumqayıt istiqamətində işləyən qatarlarla bağlı müəyyən araşdırma aparmağa vadar etdi. Elə bu istiqamətdə apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, sözügedən qatarlara göstərilən texniki xidmət heç də ürəkaçan səviyyədə deyil. Məlumat üçün bildirək ki, İsveçrə istehsalı olan ikimərtəbəli sürət qatarları “Stadler” firmasına məxsus “KİSS” markası kimi tanınır və onlara bütün cavabdehliyi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəhbəri Elyar Muradov daşıyır. Foto – Elyar Muradov Azinforum.az olaraq bildiririk ki, Sumqayıt-Bakı və əks istiqamətdə işləyən sürət qatarı həm də “EŞ-2” adı ilə tanınır. Bu qatarlar Azərbaycanda 2015-ci ilin sentyabr ayının 15-dən istismar olunmağa başlayıb. Hazırda Elyar Muradovun tabeçiliyində 5 belə qatar var. Onlardan əvvəl 3-ü, sonrakı etapda isə 2-si istismar olunmağa başlayıb. Dəyəri 10 milyon avro civarında ölçülən belə komplektasiyada olan qatarlar dünyanın çox az sayda ölkəsində xəttə buraxılıb. Belə ölkələr sırasında Azərbaycan, Gürcüstan və Rusiyanın adlarını çəkə bilərik. Şimal qonşumuz olan Rusiya hələ ki, bu qatarları tam istismara buraxmayıb, onları “obkatka” edir. Aydındır ki, bu cür bahalı qatarlara yaxşı texniki xidmət göstərilməlidir. Elə bu məqsədlə də qatarlar Azərbaycana gətiriləndən sonra, onlara texniki xidmət göstərmək üçün xüsusi bir qrup yaradılıb. Əvvəllər bu qurumda sırf professionallar təmsil olunsa da, hazırda vəziyyət bir qədər başqadır. Bu da onunla bağlıdır ki, deyilən yerdə əmək haqqı 1000 manat civarında olduğu səbəbindən, bəzi vəzifəli şəxslər hətta dəmir yol və elektik qatarları barədə elementar anlayışları olmayan doğmalarını həmin heyətin içinə zorla qatmaq istəyir. Məsələn, sırf bu sahəni kurasiya edən Elyar Muradovun müavini Hikmət Məmmədov belə bir arzusunu reallaşdıra bilib. Belə ki, o, Orxan Məmmədov adlı kürəkənini texniki servis mərkəzindəki tərkibə sala bilib. Bildirilir ki, Orxan Məmmədovun işi boş-boşuna vaxt keçirməkdən ibarətdi, hətta iş vaxtı əyninə lazım olan uniformanı belə geyinmir. Hazırda qatarlara texniki xidmət göstərən servis mərkəzində 7 nəfər çalışır. Görün, vəziyyət nə həddə çatıb ki, texniki servis mərkəzinin instruktoru Kərimov Fikrətə edilən təzyiqlər nəticəsində o, işçilərə lazım olan təlimatları keçə bilmir. Səbəb də bundan ibarətdir ki, işinin professionalı olan Fikrət Kərimov rəhbərliyin verdiyi heç bir qeyri-rəsmi göstərişlərə əməl etmir. Nə qədər təəccüblü olsa da, hazırda işçilərə təlimat keçmək səlahiyyəti dəmir yol işindən tamamilə uzaq adam olan, həndbol idmanı üzrə “idman ustası” fəxri adını daşıyan Axundova Fidana tapşırılıb.
Qeyd edilir ki, dövlətin vəsaiti hesabına alınan bu bahalı qatarlara çox bərbad səviyyədə texniki xidmət göstərilir. Misal üçün bildirək ki, hər qatarda sıxılmış havanı hasil etmək üçün 4 ədəd kompressor quraşdırılıb. Həmin qurğunun normal işləməsi üçün yağı 2200 saatdan bir və ya ildə bir dəfə dəyişdirilməlidir. “EŞ-2 003” qatarının kompressorunun yağları xeyli geçikdirilib. Bunun da nəticəsində həmin qatarın hava sistemi yağ ilə dolub. Bu da ehtiyat hissələrinin tez bir zamanda sıradan çıxmasına səbəb olur. Belə olan təqdirdə Elyar Muradovun işçiləri həmin nasazlıqları zavod xətası kimi sənədləşdirir. Sözügedən qatarlar eyni zamanda bahalı kondisioner qurğuları ilə təchiz edilib. Bakının küləkli şəhər olduğunu nəzərə alsaq, onda bilməliyik ki, həmin kondisionerlərin filtirləri ayda bir dəfə dəyişdirilməlidir. Ancaq birinin dəyəri 12 avro olan filtirlər yalnız bir dəfə 2015-ci ildə dəyişdirilib. Digər bir faktda göstərilir ki, “EŞ-2 003” qatarının ön şüşəsinin çatını təmir etmək üçün kənardan gətirilən ustaya cəmi 100 manat verilib, ancaq muhasibatlığı hesabatında bu 1100 manat kimi göstərilib. Fəhlələrin vaqonların üstündə işləməsi üçün nəzərdə tutulan təhlükəsizlik kəmərlərinin də qiyməti bazarda 25-30 manat olduğu halda, 150 manat kimi göstərilir. Qatarlar Azərbaycana yeni gələndə kontakt şəbəkəsində olan nasazlığa görə 6 ədəd cərayan qəbuledicisi sıradan çıxıb. Bunun da səbəbi cərayan qəbuledicilərdəki qoruyucu boruların Məmmədov Hikmətin göstərişinə əsasən lazımi miqdardan çox sıxılması olub.
Dövətimizin vəsaiti hesabına alınan qatarlara bəslənən laqeyd və səhlənkar münasibət yalnız bu faktlarla bitmir. Müəyyən araşdırmalardan sonra bu mövzu ilə bağlı daha ətraflı məlumat verməyə çalışacayıq. İnsafən bir faktı da qeyd edək ki, Cavid Qurbanov bu sahəyə rəhbər təyin edildikdən sonra, Bakı Dəmir Yol Vağzalı əsaslı şəkildə təmir edilərək ən müasir dünya standartlarına cavab verəcək vəziyyətə salınıb. Çox güman ki, Cavid Qurbanovun sürət qatarları ilə bağlı yaşanan acınacaqlı vəziyyət barədə məlumatı yoxdur. Ümidvarıq ki, bizim bu faktları ictimailəşdirməyimizdən sonra deyilən istiqamətdə əməli tədbirlər görüləcək və qatarlara texniki xidmət kimi məsuliyyətli iş kimlərinsə qohumları, dostlarına deyil, əsl peşəkarlara həvalə ediləcək. Xatırladaq ki, Elyar Muradov uzun müddətdir ki, bu sistemdə çalışır, sabiq nəqliyyat naziri Ziya Məmmədovun ən etibarlı adamlarından sayılır. Cavid Qurbanov baş dəmiryolçu təyin ediləndən sonra, KİV-lərdə Elyar Muradovun vəzifəsilə vidalaşacağı ilə bağlı çoxsaylı informasiyalar buraxılsa da, hələ ki, o postunu qoruyub saxlamağı bacarıb. Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34 |
|
|
|
• Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32 |
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29 |
|
|
|
• Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24 |
|
|
|
• Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22 |
|
|
|
• “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43 |
|
|
|
• Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40 |
|
|
|
• Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35 |
|
|
|
• Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33 |
|
|
|
• Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31 |
|
|
|
• Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22 |
|
|
|
• DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21 |
|
|
|
• Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03 |
|
|
|
• Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55 |
|
|
|
• ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46 |
|
|
|
• Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm - Zelenski
Dünən, 16:42 |
|
|
|
• Deputat qalmaqallı görüntülərdən danışdı: - "Xoş mənzərə yaratmır"
Dünən, 16:41 |
|
|
|
• "Azəriqaz"ın baş direktorunun müavini "Mersedes"lə ölümlə nəticələnən ağır qəza törətdi - TƏFƏRRÜAT
Dünən, 16:39 |
|
|
|
• "İlyas İsmayılovun vəziyyəti ağır-stabildir" - Sevil Nuriyeva
Dünən, 16:30 |
|
|
|
• Türkiyə Trampa bel bağlamalı deyil... - ÇÜNKİ...
Dünən, 16:29 |
|
|
|
• Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır - DİN AÇIQLADI
Dünən, 16:26 |
|
|
|
• ABŞERONNEFT-də işçiləri İNSAN YERİNƏ QOYMURLAR... - BU DA FAKT!
Dünən, 16:23 |
|
|
|
• Yeni qaydalar kredit faizlərini aşağı sala bilər - AKTUAL
Dünən, 16:12 |
|
|
|
|