Fətullah Gülənin Bakıdakı təhsil emissarı... - İTTİHAM VAR
Tarix: 31-10-2016, 11:18 | Çap et
Bir neçə gün bundan əvvəl redaksiyamıza daxil olmuş məlumatda bildirilirdi ki, Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə nəhayət ki, “Umud Babaşov problemi”nin öz həllini tapıb. Həmin məlumat əsasında qəzetimizin 13.10.2016-cı il tarixli sayında dərc etdiyimiz “Umud Babaşov öz yerini təhvil verdi” başlıqlı yazıda da biz bu barədə ətraflı bəhs etmişdik. Biz göstərmişdik ki, artıq bir neçə müddətdən bəri bu məktəbə rəhbərlik edən direktor əvəzi Umud Babaşov Təhsil Nazirliyinin əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Eyni zamanda da, aldığımız açıqlamalara əsaslanaraq məqalədə belə bir məqam da vurğulanmışdı ki, Heydər Əliyev adına liseydə Umud Babaşovun “idarəçiliyi” dövründə yaranmış bütün problemlərin həllindən danışmaq hələ tezdir. Çünki, keçmiş direktor əvəzi vaxtında müəyyən addımlar atmaqla, bu gün öz yerini yenə müvəqqəti də olsa, məhz özünün davamçısı olan Natavan Bədəlovaya təhvil verə bilmişdir. Məlum olduğu kimi, Natavan Bədəlova öz hamisinə bir çox işlərdə, xüsusilə məktəbdə nurçuluğun təbliğində, eləcə də pul yığımlarının həyata keçirilməsində hər zaman yaxından kömək etmiş və ilk növbədə məhz elə bu əsasla sonda müavin vəzifəsinə təyinat almışdı. Bu gün isə, Natavan Bədəlova artıq öz əməllərini birbaşa direktor kabinetində oturmaqla davam etdirir. Aldığımız açıqlamalarda vurğulanır ki, yeni direktor əvəzi hətta öz sələfinin aqibətindən də nəticə çıxarmayaraq, məktəbin pedaqoji kollekivinə qarşı yolverilməz münasibət sərgiləməkdədir: “Natavan Bədəlova yaşlı pedaqoqları belə təhqir etməkdən çəkinmir. Söyüşlər, ədəbsiz ifadələr onun danışığının ayrılmaz tərkib hissəsi olub. Bununla belə, liseyimizin İngilis dili kafedrasında onu dəstəkləyən və hətta təlqin etməyə belə çalışan bəzi müəllimələr də var. Belə ki, 5 oktyabr müəllimlər günü ərəfəsində də bu “xanımlar” Natavan Bədəlovanı bütün kollektiv adından təbrik etmək üçün dəridən-qabıqdan çıxmışdılar. Onlardan biri, Sülhiyyə müəllimə isə, daha irəli gedərək hətta öz mobil telefonundan ismarıc göndərməklə, məktəbin müəllimlərinə Natavan Bədəlova üçün 50 manatdan pul yığmaq təklifi ilə müraciət də etmişdi...” Dünən əldə etdiyimiz son açıqlamalarda isə, Heydər Əliyev adına liseyin sadəcə Umud Babaşovun burada yaratdığı problemlərdən deyil, həmçinin bu yarıtmaz kadrın özündən də hələ ki, tam qurtula bilmədiyi bildirilir. Bu barədə açıqlama verən mənbə, həmçinin son iki-üç həftə ərzində liseydə əməlli-başlı “ikihakimiyyətliliyin” bərqərar olması faktını da diqqət mərkəzinə çəkir. Məlumatda deyilir: “Umud Babaşov vəzifəsini tahvil verdikdən sonra liseyə yalnız axşam saatlarında, diqqətləri cəlb etməməyə çalışaraq gəlir. Hər iki-üç gündən bir baş tutan bu ziyarətlərin səbəbi isə, öz yerinə təyin etdiyi Natavan xanımdan ona çatan “hesabı” almaqdır. Məsələ bundadır ki, Heydər Əliyev adına liseydə, digər məktəblərdə olduğu kimi Təhsil Nazirliyinin xətti ilə məktəbə hazırlıq kursları açılmadı. Bunun əvəzində isə, həmin kursları Umud Babaşovun ideyası ilə, Natavan Bədəlova yaratdı. Həm də bu zaman digər məktəblərdən fərqli olaraq, bu kurslara görə valideynlərdən pul alınır. Belə ki, valideyn bir uşağa görə, hər ay 120 manat pul ödəməlidir. Pullar “mərkəzləşdirilmiş” qaydada, müəssisənin mühasibi Xəyyam tərəfindən yığılır və sonradan Natavan xanıma təhvil verilir. Hətta bu möhtəşəm maxinasiyaya qanuni don geyindirmək üçün, valideynlərə kompyuterdə özlərinin hazırlayıb çap etdikləri saxta “qəbzlər” də təqdim edirlər. İnsanları şirnikdirmək üçünsə, valideynlərə deyiblər ki, bu kurslarda hazırlıq keçə uşaqları sonradan liseyə pulsuz qəbul edəcəklər. Həyasızlığın dərəcəsinə baxın ki, liseyə şagird qəbulu müqabilində aldıqları rüşvəti artıq “qanuniləşdirmək” dərəcəsinə belə çatdırıblar. Umud Babaşov isə, öz yerinə təyin etdiyi Natavan Bədəlova ilə gəldikləri razılığa əsasən, liseydə yığılan bütün məbləğlərə şərikdir. Digər tərəfdən isə, liseyin İbtidai siniflər üzrə dərs hissə müdiri Hökümə Xələfli nə yeni, nə də köhnə direktor əvəzilərinin səlahiyyətlərini legitim hesab etmir. Bu səbəbdən də, hazırda liseydə faktiki olaraq ikihakimiyyətlilik hökm sürür. Məsələn, yuxarı siniflər üçün təşkil olunan hazırlıq (repetitor) məşğələlərindən müəllimlər hər şagirddən aldıqları 40-50 manat pulun 20 manatını Natavan Bədəlovaya təhvil verirlərsə, ibtidai sinif şagirdlərindən əldə olunan gəlirlər yalnız Hökümə xanımla bölünür...”
Materialda adı keçən hər kəsin öz mövqeyini bildirmək hüququ var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
• Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17 |
|
|
|
• Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01 |
|
|
|
• Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57 |
|
|
|
• Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək - Ermənistan XİN
Bu gün, 14:51 |
|
|
|
• Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb - FOTO
Bu gün, 14:50 |
|
|
|
• Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi - Rəsmi açıqlamada nə deyilir
Bu gün, 14:10 |
|
|
|
• Azərbaycan əleyhinə konsensus bitəcəkmi? - Bahəddin Həzi yazır...
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın himayədarı İrandır - BUNA GÖRƏ DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi
Bu gün, 13:58 |
|
|
|
• "Adil Əliyev bizi çağırıb dedi ki..." - DSX mayoru davadan DANIŞDI
Bu gün, 13:06 |
|
|
|
• Deputatlar Həcc ziyarətində - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? - AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• “Qara qutu” niyə Azərbaycana gətirilmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:59 |
|
|
|
• Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: - Novruz Qartalın ANIM GÜNÜDÜR
Bu gün, 12:57 |
|
|
|
• "Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır - "Dezo" çoxalacaq?
Bu gün, 12:54 |
|
|
|
• Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib
Bu gün, 12:49 |
|
|
|
• Tiktoker "Nurdan" həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43 |
|
|
|
• Baş prokurorluqda YENİ TƏYİNATLAR - ƏMR
Bu gün, 12:40 |
|
|
|
• Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, XİN məsələni nəzarətə götürüb
Bu gün, 12:33 |
|
|
|
• "Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi
Bu gün, 12:32 |
|
|
|
• Paşinyanla görüşlə bağlı Misir Mərdanovdan AÇIQLAMA
Bu gün, 12:31 |
|
|
|
• “İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib - “Tasnim”
Bu gün, 12:21 |
|
|
|
• Fransa əgər bizimlə dil tapmaq istəyirsə... - Makron buyurub BAKIYA GƏLƏ BİLƏR...
Bu gün, 12:19 |
|
|
|
• Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA
Bu gün, 12:12 |
|
|
|
• Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək - Paşinyanın müavini
Bu gün, 12:09 |
|
|
|
• “Deyirlər ki, get, hara istəyirsən şikayət et” - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Tramp Kopenhagendən də cavab aldı - “TV 2” telekanalı
Bu gün, 12:02 |
|
|
|
• Həbs edilən diplomatdan nə xəbər? - "Sözügedən məsələ ilə bağlı hələlik..."
Bu gün, 11:52 |
|
|
|
• Naxçıvanda nə baş verir: Talıbovları himayə edən qruplaşma var – ŞOK İTTİHAM
Bu gün, 11:49 |
|
|
|
• Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır
Bu gün, 11:41 |
|
|
|
• SOCAR İnsan Resursları Portalında NONSENS!!! - "Bu nə absurd bir vakansiya tərtibatıdır?"
Bu gün, 11:40 |
|
|
|
• "Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" - VİDEO
Bu gün, 11:30 |
|
|
|
• Müğənnilərin sayı NİYƏ ARTIB? - Nadir Qafarzadə belə İZAH EDİR...
Bu gün, 11:28 |
|
|
|
• “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”
Bu gün, 11:21 |
|
|
|
• Neft qiymətləri bahalaşır - NƏ BAŞ VERİR?
Bu gün, 11:20 |
|
|
|
|