
Şikayətçi deyir ki, Şəmkir rayonu Çinarlı qəsəbəsi 2- saylı körpələr evi uşaq bağcasında gözətci vəzifəsində işləyir. Lakin həmin bağçanın müdiri Səmaya Budaqova Asif qızı onu gözümçıxdıya salıb.
"DİA-AZ"ın məlumatına görə, şikayətçi iddia edir ki, Budaqova ondan şirinlik umur və hətta rüşvət vermədiyi üçün ona hədə-qorxu gəlib. Şikayətçinin iddiasına görə, 2024-cü ilin noyabır ayının maaşını yazmaq üçün ondan 100 manat pul istəyib, verməyəndə isə ona hədə-qorxu gəlib və hətta nalayiq söyüşlərlə təhqir belə edib.
O aidiyyatı qurumlara müraciət edərək Səmaya Budaqovanın cəzalandırılmasını xahiş edir.