Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                     Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət .....                     AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub .....                     ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... .....                     Ermənistanı qorxuya salan .....                     Manatı .....                     SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! .....                     Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik .....                     Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                 

Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Tarix: Dünən, 19:00 | Çap et
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi
Azərbaycan Prezidenti İlham Əliyev sabah Moskvada keçiriləcək İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümü ilə bağlı Qələbə Paradında iştirak etməyəcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə Paradına qatılmayacaqlar.

Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri APA öyrənə bilib. Məlumatda bildirilib ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb. Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib. Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan Milli Məclisinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub və deputat Moskvada aeroportda saxlanılaraq deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib.

Qeyd edilib ki, bütün bu amillər Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərib.

Ekspertlər hesab edirlər ki, Azərbaycan liderinin bu qərarı məntiqli və doğrudur. Çünki həqiqətən də Prezidentin Qələbə Paradına qatılmaması üçün Rusiya kifayət qədər səbəblər verib.

REAL Partiyasının sədri Natiq Cəfərli AYNA.AZ-a müsahibəsində mövzu ilə bağlı danışıb. Bildirib ki, İlham Əliyevin qərarının arxasında dayanan amillər yetərincədir:

- Sadalanan səbəblərin hamısı məntiqlidir. Ona görə də, hesab edirəm ki, Prezident doğru qərar verib, Moskvadakı Qələbə Paradı adlanan tamaşada iştirakdan imtina edib. Prezident Moskvaya mesaj vermiş oldu ki, Bakı şərtlərin yerinə yetirilməsini və Rusiyanın Azərbaycana qarşı atdığı addımların səbəblərinə izah gözləməkdə davam edir. Problemlərə aydınlıq gətirilmədən dostluqdan, tərəfdaşlıqdan danışmaq çətin olur. Məlumdur ki, Rusiya Azərbaycana qarşı atdığı addımların nə səbəbini izah edir, nə də hadisələrə aydınlıq gətirir. Bir növ, Azərbaycana qarşı hörmətsizlik nümayiş etdirilir. Azərbaycan rəhbəri də Rusiya tərəfindən edilən hörmətsizlikləri qəbul etmədiyini və etməyəcəyini nümayiş etdirdi.

Eyni zamanda, bu addım bir daha Azərbaycanın bölgədə Rusiyadan ən az asılı olan ölkə olduğunu, son beş ildə Rusiyanın bölgəmizdə zəiflədilməsində məhz rəsmi Bakının böyük rol oynadığını bir daha sübut edir. Lakin burada bir incə nüans var ki, bunu nəzərdən qaçırmamalıyıq. Söhbət 9 May Qələbə Günündən gedir. Bu bayramı Rusiyaya hədiyyə etmək yolverilməzdir. Mən bu barədə status da yazmışam. Çünki bu, bütün postsovet xalqlarının birgə qələbəsidir. Digər xalqlar olmasaydı təkcə ruslar heç vaxt faşizm üzərində qələbə qazanmazdı. Təkcə Ukrayna xalqı qələbə üçün milyonlarla qurban verdi, Azərbaycan nefti qələbədə ciddi rol oynadı. Bir sözlə, bu Qələbəni Kremlə bağışlamaq olmaz.

- Rusiyanın gərginliyi artıran addımlarının arxasında nələr dayanır?

- Əslində Rusiya-Azərbaycan münasibətlərində son beş ili təhlil etməliyik. Çünki ən vacib hadisələr son beş ildə baş verib. Dəfələrlə bildirmişik ki, Rusiya əslində Azərbaycana qarşı əsəbidir, sadəcə asılılıqlar mövcuddur. Elə amillər var ki, Rusiya istədiyi davranışı nümayiş etdirə bilmir. Məsələn, biri Türkiyə amilidir. Rusiyanın Türkiyə və Azərbaycandan bəzi məsələlərdə kritik asılılıqları var. Ona görə də Moskva əsəblərini saxlamağa məcburdur. Amma Moskvadan necə deyərlər, Azərbaycana qarşı qərəzli yanaşmalar da zaman-zaman görünür. Həm Rusiyanın media məkanında anti-təbliğat, həm təyyarə qəzası, Qarabağla bağlı verilən bəyanatlar, azərbaycanlı deputat Azər Badamova qarşı atılan addım, onun deportasiya edilməsi və bir çox digər addımlar atılıb. Ən əsası isə 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini Rusiya hələ də sinirə bilmir. Müharibə vaxtı Rusiya bacardığı, əlindən gələn qədər qələbəmizə əngəl törətməyə çalışdı, amma bacara bilmədi. Həmin vaxt siyasətdən xəbəri olmayanlar deyirdilər ki, “Rusiya ilə danmışılıb, razılaşdırılıb”, “Rusiya ərazilərimizin qaytarılmasına razılıq verib” və s. O zaman da bildirmişdim ki, belə deyil. Birincisi, Azərbaycanın qəhrəman oğullarının sücayəti nəticəsində, rəhbərliyin doğru addımları, xalqımızın fədakarlığı nəticəsində torpaqlarımızı azad edə bildik. Rusiya əksinə, nə qədər çalışsa da, qələbəmizə əngəl ola bilmədi və nəhayət, Azərbaycanın qələbəsinə dözməyə məcbur qaldı. Əvəzində Rusiyanın istəkləri də var idi ki, bunlar da alınmadı.

- Söhbət hansı istəklərdən gedir?

- Rusiya istəyirdi ki, Qarabağda hərbi bazaları olsun, bölgədə varlığını sürdürə bilsin. Sülhməramlı adı altında Azərbaycan ərazilərinə yerləşdirilən ordunun say tərkibini genişləndirmək, illərlə orada qalmaq və separatçılığın davam etməsini arzulayırdı. Həmin vaxt Moskvadan verilən bəyanatlara baxsaq, Rusiyanın istəklərini anlamaq çətin olmayacaq. Amma Azərbaycan Ordusunun zərgər dəqiqliyi ilə apardığı antiterror əməliyyatı ilə Rusiyanın bu arzularının da üstündən qalın xətt çəkildi. Bununla Rusiyanın demək olar ki, bölgədə varlığı laxladı, zədələndi. Əlbəttə, Rusiya bunları bağışlamaq niyyətində deyil və əsəbi də bununla bağlıdır. Azərbaycana qarşı atılan addımların da səbəbi məhz bu amillrədir.

Məsələ belədir ki, Rusiyanın Azərbaycana qarşı üzdə münasibəti xoş görünsə də, qarşılıqlı səfərlərdə müsbət bəyanatlar verilsə də, pərdənin arxasındakı siyasət tamam fərqlidir.

- Azərbaycan tərəfinin bu addımına Moskvadan reaksiya nə olacaq?

- Bilirsiniz, bu parad Moskva, xüsusilə də Putin üçün çox önəmlidir. Ona görə önəmlidir ki, Putinin ruslara təqdim etdiyi uğur hekayəsi yoxdur. Tək uğur hekayəsi İkinci Dünya müharibəsindəki qələbədir ki, bununla Rusiya cəmiyyətinin ovqatını yüksək saxlamağa çalışır. Putinin özünün 25 illik hakimiyyəti dövründə uğuru yoxdur ki, uğur hekayəsi də təqdim etsin. Ona görə də, 9 May Qələbə Gününün önəmi təkcə qələbənin 80 illik yubileyi ilə bağlı deyil. Bunun Putin üçün bir neçə önəmi var. Birincisi, Putin demək istəyir ki, izolyasiyada deyil, xarici qonaqlar gəlir-gedir, xoş münasibətlər haqqında bəyanatlar verir. İkincisi, dediyim kimi, uğur hekayəsi təqdim etmək, ruslara motivasiya verməkdir. Putin demək istəyir ki, babaları faşizmə qalib gəlib, indi ruslar Ukraynada da “faşizmə” qalib gəlməlidir. Üçüncü önəmi odur ki, gənclərin hərbiyə çağırılmasını stimullaşdırmaqdır. Bu gün Rusiyada gənclər hərbiyə, müharibəyə getmək istəmirlər. Çünki gənclər Rusiyanın qələbə qazanacağına inanmçır, müharibəni mənasız sayırlar. Putin qələbə günləri, paradlar keçirməklə təbliğat aparır, gənclərin beynində “Böyük Rusiya qalib olmalıdır” fikrini formalaşdırmağa çalışır. Putin üçün bu tədbir önəmli olduğu üçün orada xarici dövlətlərin liderlərinin iştirakının olması da önəmlidir. Azərbaycan Prezidentinin Qələbə Paradında iştirakdan imtina Rusiya hakimiyyəti üçün, Putin üçün arzuolunmazdır. Ona görə də əlbəttə, Kremlin nəzarətində olan media resurslarında anti-təbliğat geniş vüsət alacaq. Onsuz da, anti-Azərbaycan təbliğatı son beş ildə aparılırdı, hətta bir neçə aydır bu təbliğat genişlənib. Azərbaycana qarşı təbliğat yəqin ki, daha da güclənəcək. Bundan başqa Rusiya nə edə bilər ki? Dediyim kimi, Rusiya Azərbaycanın adekvat və addımlarına, haqlı addımlarına hücumla cavab verəsi deyil, vermək iqtidarında da deyil. Bəli, Kremlin nəzarətindəki ekspertlər, təbliğatçılar bu mövzunu çeynəyəcəklər, amma bundan uzağa gediləcəyi gözlənilmir. Çünki dediyim kimi, Rusiyanın məcburiyyətləri var ki, bu məcburiyyətlər onun Azərbaycana qarşı addım atmasının önündə əngəldir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru