
"Biz fəhlə kateqoriyasında olan neftçilər kimə lazımıq ki?" "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində SOCAR çalışanı Həmidə Məmmədova bildirir. O daha sonra əlavə edir:
"Bizdə 2-3 nəfər maksimum işçi 10-15 nəfərin əvəzinə işlədilir. Bizimkə sanki qul kimi davranırlar. İşçilərin böyük əksəriyyətini 2-3 il əvvəl ixtisara salandan sonra bu vəziyyət yarandı. İxtisar oldu, amma kiminsə maaşı artmadı, əksinə ixtisara düşənlərin də işlərini yüklədilər yerda qalanların üzərinə.
Neçə ildir ki, nə maaş artımı görürük, nə də bir şey... 2023-cü ilin bonusunu kəsdilər, keçən ilin dekabrdında işçilərə bir az dilənçi payı əlavə versələr də, vəzifə başında oturanlar yenə də sıravi fəhlələrə nəzərdəı tutulan pulların böyük həcmini mənimsədilər.
15 ildir işləyirəm, amma bu illər ərzində cəmi bir dəfə normal qaydada bonus ala bilmişik... 2024-cü ildə guya olmalı idi... vermədilər... sonra da bu ilin martına ertələdilər... yenə də vermədilər..."