“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                     20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" .....                     “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları .....                 

Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Tarix: Bu gün, 10:51 | Çap et
Ermənistanı qorxuya salan
Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan diqqətçəkən açıqlama verib. O, Gümrü müqaviləsinin ləğv olunaraq Ermənistanın Qərbi Azərbaycan adlandırılacağını iddia edib: “Türkiyə Gümrü müqaviləsindən çıxacaq. Artıq Ermənistanın Qərbi Azərbaycan adlandırılması qərarı verilib. Proses tamamlandıqdan sonra Ermənistanla Rusiya sərhəd xidməti arasındakı müqavilə də ləğv ediləcək”.

Xatırladaq ki, Gümrü müqaviləsi Türkiyə ilə Ermənistan arasında 1920-ci il dekabrın 2-dən 3-nə keçən gecə imzalanıb. Bu 18 maddəlik müqaviləyə uyğun olaraq 1920-ci ilin sentyabr-dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoyulmalı idi. Müqavilənin şərtlərinə əsasən, Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Lakin daşnak hökumətinin nümayəndələri dekabrın 2-dən 3-nə keçən gecə Gümrüdə müqaviləni imzalamamışdan bir neçə saat əvvəl, İrəvandakı daşnak hökuməti Sovet Rusiyasının nümayəndəsi Leqranla Ermənistanda sovet hakimiyyətinin qurulması barədə müqavilə imzalayırlar. Bununla da 4 dekabrda İrəvana Sovet Rusiyasının ordu hissələri daxil olur. Nəticədə, Ermənistanda qurulan sovet hökuməti Gümrüdə imzalanmış müqaviləni tanımaqdan imtina edir və onun qüvvədən düşdüyünü elan edir.

Ermənistan niyə indi qorxuya düşüb, bu müqavilənin gündəmə gətirilməsində məqsəd nədir?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan bu gün müxalifətdədir və çox cahil bir insandır. Onun sərsəmləmələrini erməni mediasının nədən ciddiyə alması məlum deyil: “Çünki birincisi, Gümrü müqaviləsi imzalanandan sonra bir ay ərzində təsdiq olunmalıydı və təsdiq olunmadı. Sonradan sovet Ermənistanının hökuməti bu müqaviləni ləğv elədi. Ondan sonra Türkiyə ilə Rusiya arasında Kars və Moskva müqavilələri imzalandı. Yəni bu məsələlərin indiki proseslərə nə aidiyyəti ola bilər? Əgər Türkiyənin Ermənistanı Qərbi Azərbaycan adlandırmaq planı olsa, buna qüvvəyə minməmiş və ləğv edilmiş Gümrü müqaviləsi mane ola bilərmi? Üstəlik, bununla Rusiya ilə Ermənistan arasında imzalanmış Sərhədlərin birgə qorunması haqqında müqavilənin nə əlaqəsi var? Bu müqavilə məlumdur ki, Azərbaycan Ordusunun 1992-ci ilin iyununda başlayan uğurlu əməliyyatlarından sonra çarəsiz duruma düşən Ermənistan prezidenti Levon Ter-Petrosyan hakimiyyəti ilə Rusiya arasında 30 sentyabr 1992-ci ildə imzalandı. Və bu, müddətsiz bir müqavilədir. Bunu kim qüvvədən sala bilər? Əgər bu müqavilənin qüvvədən düşməsi məsələsi qaldırılsa, müqavilənin özündə nəzərdə tutulduğu kimi, bu barədə Ermənistan və Rusiya razılığa gəlməlidir. Bunun Türkiyə ilə nə əlaqəsi ola bilər? Yəni Ermənistanda müxalifətin bu qədər hazırlıqsız, bu qədər səviyyəsiz olduğu bir daha sübut olunmuş olur”.

A.Səmədov qeyd etdi ki, Ermənistanı qorxudan əsassız narahatlıqlar var: “Məlumdur ki, daim müxtəlif səviyyəli şəxslər, həm hakimiyyətdə, həm müxalifətdə olan siyasətçilər tərəfindən Azərbaycanın Ermənistanı guya işğal etmək planlarının olduğu barədə iddialar səslənir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan elan edib ki, qonşuların, o cümlədən Ermənistanın torpaqlarında gözü yoxdur, Praqada imzalanmış sənəd bunun təminatını verir, ermənilər yenə də əsassız narahatlıqlarını davam etdirirlər. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır və bu, ərazi bütövlüyünü sual altına qoymur. Delimitasiya və demarkasiya işləri hazırda aparılır. Belə olduğu halda, Edqar Qazaryan kimilərinin səviyyəsiz bəyanatlar verməsi, guya Azərbaycanın Türkiyə ilə birlikdə Ermənistan torpaqlarını işğal etmək planlarının olduğunu söyləməsi və bunu gətirib Gümrü müqaviləsi ilə əlaqələndirməsi anormallığın, səviyyəsizliyin göstəricisidir. Sadəcə olaraq, erməni əhalinin bir qrupu içərisində bu cür əsassız qorxular var və bu qorxuları ilk növbədə yaradan Ermənistanın Qazaryan kimi siyasətçiləridir. Bu qorxuların aradan qalxması üçün sülh sazişi imzalanmalıdır. Sülh sazişinin imzalanması üçün isə Azərbaycana olan ərazi iddiasından imtina olunmalıdır”.

Politoloq Yusif Bağırzadə bildirdi ki, Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan Paşinyan hakimiyyətinə qatı müxalif mövqeyi ilə yanaşı, qatı anti-Azərbaycan mövqeyi ilə də tanınan şəxsdir. O, davamlı şəkildə öz absurd və populist çıxışları ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqları, delimitasiya prosesini hədəfə alan mövqe ortaya qoyur: “O, hətta 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatı Paşinyan tərəfindən Ermənistan maraqlarının satılması kimi təqdim edən biridir. İndi də kommunikasiya xətlərinin blokadadan çıxarılması, konstitusiya dəyişikliyi ilə bağlı ən kəskin mövqedə dayanır. Onun hələ 2021-ci ildə Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparıldığı vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı necə hədəf aldığını, Qriqoryanın Azərbaycan maraqlarından çıxış etdiyini deməsini və hətta sülh olacağı halda Armen Qriqoryanın Azərbaycanın Ermənistandakı səfiri ola biləcəyi ilə bağlı dediklərini yəqin ki, çoxları xatırlayır. Bir sözlə, bu adam Azərbaycanla sülh istiqamətində atıla biləcək istənilən mövqeyə qarşıdır və Paşinyan hakimiyyətini də əsasən bu istiqamətdə hədəfə alır”.

Qazaryanın budəfəki sayıqlamalarına, yəni Türkiyənin Gümrü müqaviləsindən çıxacağı ilə bağlı dediklərinə gəldikdə isə politoloq dedi ki, bu fikirlər sözün əsl mənasında cəfəngiyyatdır. Çünki Gümrü müqaviləsi onsuz da qüvvədən düşüb: “Məlumdur ki, həmin müqavilədə Ermənistan hökumətinin Türkiyə torpaqlarına iddiasından əl çəkməsi, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaradılması kimi müddəalar var idi. Müqavilədə həmçinin Ermənistanın sayı 1500 nəfərdən çox olmayan bir orduya malik olması qeyd olunurdu və o da göstərilirdi ki, bu ordu 8 ədəddən çox topa malik ola bilməz, pulemyotların isə maksimal sayı 20 dən çox olmamalıdır. Həmin müqavilə ilə Ermənistan "Sevr müqaviləsi"nin qüvvədən düşməsini qəbul edərək öz nümayəndə heyətlərini Avropadan və ABŞ-dan geri çağırmağı öz üzərinə götürürdü, Türkiyə Ermənistan dəmir yollarının nəzarətini öz əlinə alırdı və Ermənistan ərazisində “hərbi tədbirlər görmək” imkanını əldə edirdi. Lakin İrəvandakı daşnak hökuməti Sovet Rusiyasının nümayəndəsi Leqranla Ermənistanda sovet hakimiyyətinin qurulması barədə müqavilə imzaladıqdan və dekabrın 4-də İrəvana Sovet Rusiyasının ordu hissələri daxil olduqdan sonra Ermənistanda qurulan sovet hökuməti Gümrüdə imzalanmış müqaviləni tanımaqdan imtina edir və onu qüvvədən düşmüş elan edir. Bundan sonra Ermənistanla Türkiyə arasındakı sərhəd məsələsi 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi ilə tənzimləndi. Bir diplomat olaraq Qazaryan yəqin ki, bunları bilməmiş deyil. Və bilə-bilə bu cür açıqlamalarla çıxış etməsi, sadəcə, aranı qarışdırmağa və tarixdən bixəbər olan kütləni Paşinyanın əleyhinə səfərbər etməyə çalışır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Bu gün, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Bu gün, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Bu gün, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Bu gün, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Bu gün, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Bu gün, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Bu gün, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Bu gün, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Bu gün, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru