Qarabağ Qazisi məhkəmə ədalətsizliyi ilə ÜZ-ÜZƏ... - AXI NİYƏ?..
Tarix: 2-04-2025, 09:52 | Çap et
 Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın 60-cı maddəsində doğrulanıb: “Hər kəsin hüquqlarının və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraatda və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.2 maddəsinə görə, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsız sayılır. Konstitusiyanın, mülki prosessual qanunvericiliyin tələblərini diqqətə çatdırmaqda amacımız Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının məhkəməyə müraciət hüququna kobud qadağa qoymasından, hətta konstitusion hüquqdan yararlanan qazi-vətəndaşa 400 manat cərimə tətbiq etməsindən media yolu ilə 2025-ci ili “Konstitusiya və suverenlik ili” elan edən Prezidenti, ali dövlət hakimiyyəti orqanlarını bilgiləndirməkdir. Bakı Apellyasiya Məhkəməsinin Xumar Mərdanova, Sabit Bəhrəmzadə, Vahid Sadıqovdan ibarət üçlüyünün 18.03.2025 tarixli 1-ci dərəcəli Qarabağ qazisinə MPM-in 174.5 maddəsi əsasında 100 manat “güzəştlə” 400 manat cərimə tətbiq etməsindən, cərimə aktı üzrə 19.03.2025-ci ildə “icra vərəqi” tərtib etməsindən, “Novruz axşamı hədiyyə-cəriməsi”ndən təsadüfən on gün sonra xəbər tutmuşuq. Gec duyuq düşməyimiz məhkəmənin günahıdır, nə sms-bildirişlə, nə də emaillə bilgi verməyiblər, gizlin cərimə “hədiyyəsi” yolu seçiblər. Bu gizlilik “sağ əlin verdiyini sol əlin bilməməsi” prinsipindən qaynaqlanır. Bəs MPM-in 174.5 maddəsində nə yazılıb ki, xəstə yatağındakı 1-ci dərəcəli Qarabağ qazisinə ən çoxu 500 manatlıq cərimənin 400 manatı tətbiq olunub? (Buna da şükür, 100 manat güzəşt edilib; çox “nazik”, “humanist” aktdır) MPM-in 174.5 maddəsi: “Məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİ, onların nümayəndələrini və vəkillərini 500 manatadək cərimə edə bilər”. Qərardaddan şikayətə yazılı icraat qaydasında, yəni tərəfləri çağırmadan və iclas keçirmədən baxan Bakı Apellyasiya Məhkəməsi İŞDƏ İŞTİRAK ETMƏYƏN 1-ci dərəcəli Qarabağ əlilinin işə düzgün və tezliklə baxılmasına, onun həll edilməsinə aşkar maneçiliyini, dəfələrlə əsassız vəsatət , şikayətlər verməsini necə aşkarlaya bilib? Bəlkə 1-ci dərəcəli Qarabağ əlili xəstə yatağından məhkəmənin cərimə yazan əlini tutub, yazılı icraata maneçilik törədib? Absurd deyilmi? Məhkəmənin absurd cərimə qərarını əsaslandırmasının özü Konstitusiyaya ziddir: “Ərizəçi TƏKRARƏN EYNİ MƏZMUNLU İDDİA ƏRİZƏ İLƏ , o cümlədən DƏFƏLƏRLƏ ŞİKAYƏTLƏRLƏ MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİYİNDƏN 400 manat MĞBLƏĞİNDƏ CƏRİMƏ EDİLSİN”. Harada, hansı kitabda, hansı məcəllədə, hansı konstitusiyada yazılıb ki, məhkəməyə təkrar müraciət etmək, razı olmadığın aktdan şikayət vermək qanun-qayda pozuntusu olsun və inzibati cərimə tətbiq olunsun?
Biz Konstitusiyanı da tam oxuduq, MPM-i də, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin Plenum qərararlarına da baxdıq, belə cərimə “hədiyyəsi” tapa bilmədik. Bəlkə Məhkəmə Hüquq Şurası tapdı? Qeyri-prosessual, sifarişli cərimə qərarından Prezidentə də, 1-ci vitse-prezidentə də, Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədrinə də şikayət edilib. Hələ üstəlik Heydər Əliyev Fondundan cəriməni ödəməyə yardım etməsi xahiş edilib. Axı məhkəmə qərarları dövlətin adından çıxarılır və dövlət başçılarına şikayətə görə də cərimə tətbiq etmək məhkəmənin qələmində su içmək qədər asandır… Məğrur Bədəlsoy P.S. 1-ci dərəcəli Qarabağ əlili, ümumiyyətlə, iddia ərizəsi yox, döyüşlərdə yaralanma, müalicədə olma barədə sənədlərin ona məxsus olması hüquqi faktının müəyyən olunmasına ərizə verib. Bu hüququ ona Konstitusiya, MPM, “Ali Məhkəmə Plenumunun “Xüsusi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli Qərarı verir. Məhkəməyə “təkrarən eyni məzmunlu ərizə ilə müraciət etmək” də elə MPM-də, Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 15.4-cü bəndində yazılıb: “…ŞƏXSİ EYNİ TƏLƏBLƏ ÜMUMİ QAYDADA MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏK HÜQUQUNDAN MƏHRUM ETMİR”. Eyni ərizəyə, eyni işə 9 dəfə eyni hakimin təyin edilməsi (və anında geri qaytarılması aktı) isə nə MPM-də yazılıb, nə qanunda, nə də Konstitusiyada.
"DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Dünən, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Dünən, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Dünən, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Dünən, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Dünən, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Dünən, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Dünən, 07:21 |
|
|
|
|