
Sumqayıt Təcili tibbi yardım stansiyasında qanunsuz olaraq müayinəyə gələnlərdən ödəniş tələb olunur. "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Sumqayıt Təcili tibbi yardım stansiyasında rentgendən keçəndə 10 manat ödəniş tələb olunur, amma görüntünü telefonla çəkirsən...
Sonra da rentgenin nəticəsini istəyəndə saymazyana yanaşırlar, əhəmiyyət belə vermirlər.
Hörmətli TƏBİB izahat versin: Bu 10 manat xidmət haqqıdır belə?"