Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti işçi şikayətini açıqlayaraq olduqca ilginc bir məqama toxunaraq əlaqədar qurumlardan izahat da tələb edib.
"DİA-AZ" xəbər verir ki, "Şirkətdə vakant yer elan olunur, ardınca portal bağlı olur... Niyə? Məqsəd nədir?" deyə sual edən M.Qəhrəmanlı daha sonra şikayətin mətnini təqdim edib:
"SOCAR Neft Daşları NQÇİ-də yeni açılan 1646 saylı meydançaya 5-ci dərəcəli neft-qaz çıxarma operatoru vakansiyasına elan verilsə də, portal yenə də işləmir ki, işçilər oradan qeydiyyatdan keçsinlər".
Qeyd edək ki, anoloji problem sözügedən qurumda bundan əvvəl də müşahidə olunub...