Əsas Səhifə > Manşet, Hadisə > "Bunların mənim 25 manatıma ehtiyacları var?"

"Bunların mənim 25 manatıma ehtiyacları var?"


Dünən, 09:17
"Bunların mənim 25 manatıma ehtiyacları var?"
"Xahiş edirəm... "Baktelecom" adlanan şirkət barədə araşdırma aparın... Çünki iddia edirəm ki əməkdaşlar korrupsiya qarşılığında işə götürülür, yoxsa..." "DİA-AZ" xəbər verir ki, bu barədə "müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında hərbçi olduğunu iddia edən vətəndaşımız bildirir.

Narazı vətəndaş daha sonra əlavə edir: "Yoxsa üzərlərinə düşən vəzifəni layiqli operativ yerinə yetirməyə bu xalqa borcludurlar. Hər ay internet pulu ödənir və çeklər əlimizdədir, lakin 2-ci dəfədir ki bağlanır və pul tələb edilir açılması üçün internetin. Çeki təqdim etdikdə isə "Məsələni Araşdırma" üçün 15 gün vaxt istəyirlər...

İnternet xidmətləri operativ olmalıdır. Niyə mən hərbçi ola-ola ailəmlə rahat danışa bilmirəm?! Bunların mənim 25 manatıma ehtiyacları var? Niyə mənim pulum boşuna getməlidir? Xahiş edirəm, şikayətimi nəzərə alın!

Mən bezmişəm əsəb dərmanı almaqdan bunlara görə..."

"Bunların mənim 25 manatıma ehtiyacları var?"

Geri qayıt