Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Yaşayış Kompleksinin sakinləri yaşadıqları binanın keyfiyyətsizliyindən və bu barədə etdikləri şikayətlərin qulaqardına vurulmasından giley edirlər. "DİA-AZ" xəbər verir ki, bu barədəki müraciətlərində sözügedən yaşayış massivinin sakinləri bildirirlər ki, burada hər şey özbaşına qanunlarlala - yəni AAAF rəhbərliyinin uydurduğu qaydalarla tənzimləndiyindən tam qanunsuzluq hökm sürür.
Sakinlər yazır: "Öz istədikləri interneti sakinlərə təklif edirlər. Bu harda görünüb? Biz evi alsaq da, ev üzərindəki bütün hüquqlar onlara aiddir. İstədikləri formada aylıq komendant pulu müəyyəne dirlər. İcra hakimiyyəti də AAAF-dan gələn şikayətlərə baxmır...
Yaşadığımız binalar çox keyfiyyətsizdir. Qonşuların danışdığı hər şey digər qonşular tərəfindən eşidilir.
Bir dənə təmizlik normaldır... qalanı yazdığımız kimi - yəni FACİƏVİ...
Xırdalanda zəlzələ hiss olunanda bir il əvvəl... Binalarımız elə tərpəndi ki, elə bildik bu dəqiqə uçacaq...Allah qorudu ki, həm zəlzələ güclü deyildi... həm də ço çəkmədi...
Belə zülm olmaz. Kimsə bu özbaşınalıqlara - bina sahiblərinin özbaşınalıqlarına DUR deməlidir..."