Əsas Səhifə > Manşet, Sosial > "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..."

"Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..."


Bu gün, 09:08
"Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..."
"Şikayətim "Bank of Baku"dandır". "DİA-AZ" bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Aygül Quliyeva adlı istifadəçi qeyd edib.

Narazı vətəndaş dahsa sonra bildirir: " "Bolkart" kredit kartı sistemində maksimum dərəcədə fırıldaqlıqla müştərinin cibinə girib haram pul yeyirlər.

Heç bir məbləği aylara bölmək imkanı təqdim etmir, faizlə özü bir illik bölür.

Hər ay üçün ödəniş sms-lə "guya" göndərir, ki sonra daha da artıqlaması ilə pul istəyib söysün...

Tətbiqdə məlumat sıfır! Çıxarışı 3 aydan artıq müddət üçün əks etdirmir, ki müştərinin əlində sübutu olmasın.

"Bank of Baku"... bu yaxında çökəcəksiz, hazırlıqlı olun..."

Geri qayıt