Bakıda 15 illik uşaq bağçası bağlanır .....                     Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq .....                     Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... .....                     “Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini .....                     Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... .....                     BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” .....                     SOCAR-da yüksək vəzifəyə TƏYİNAT .....                     Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... .....                     Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır .....                     Dələduzla hakim arasında nə kimi əlaqə var? .....                     "Makron iqtidarı Azərbaycana düşmənçilik edir" .....                     Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... .....                     Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... .....                     Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır .....                     İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? .....                     Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR .....                     Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? .....                     HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... .....                     Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? .....                     Mənzil bazarında İPOTEKA TƏLƏSİ .....                     Rusiyadakı azərbaycanlılara yeni təhlükə .....                     Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                     Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi .....                     Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır .....                     Daha bir qadın yüksək vəzifəyə təyin olundu .....                     9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                     Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat .....                     150 min insanı salamlayan yeni Papa çağırış etdi .....                     Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər .....                     Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                 

Trampın xüsusi elçisinin Bakıya sirli gəlişi, yaxud Yəmənlə savaşın pərdəarxası - GƏLİŞMƏ
Tarix: 16-03-2025, 11:47 | Çap et
Trampın xüsusi elçisinin Bakıya sirli gəlişi, yaxud Yəmənlə savaşın pərdəarxası
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya lideri Vladimir Putinlə görüşəndən sonra Bakıya səfər edib.

Musavat.com-un məlumatına görə, təyyarələrin uçuşunu və marşrutunu izləyən "Flightradar" portalı bu barədə məlumat yayıb.

Xidmətin məlumatına görə, Stiven Uitkoffun olduğu təyyarə Moskva vaxtı ilə saat 01:54-də hava limanından havaya qalxaraq cənuba istiqamət alıb. Həmin təyyarənin Bakı vaxtı ilə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına endiyi qeyd olunur.

Maraqlıdır ki, bu hadisədən bir gün sonra ABŞ prezidenti Donald Tramp Yəmən husilərinə qarşı müharibə elan edib. O, dünən “Truth Social” vasitəsilə yaydığı paylaşımında husilərə və İrana müraciət edərək Qırmızı dənizdə "gəmi və təyyarələrə qarşı dəniz quldurluğunu, zorakılıq və terroru" dayandırmağı tələb edib, əks halda “Yəmənin başına cəhənnəm atəşi yağacağını” bildirib. Bu ultimatumdan dərhal sonra isə Yəmən ABŞ-ın hava hücumuna məruz qalıb.

Sual oluna bilər: bu üç hadisə arasında hansısa bir əlaqə varmı? Bir ucu Moskvadan başlayıb Bakıya və Yəmənə qədər uzanan bu fərqli coğrafiyaları hansı maraqlar birləşdirir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, geosiyasi proseslərin inkişafında təsadüfi hallar olmur: “Bəzən ilk baxışdan fərqli məkanlar kimi görünən coğrafiyalarda baş verənlər arasında çox mühüm və ciddi əlaqələr ortaya çıxır. Böyük ehtimalla, Stiven Uitkoffun Moskvaya və ardınca Bakıya səfəri, bundan sonra isə ABŞ-ın Yəməni bombalaması arasında da hansısa üzvi əlaqələr var. Və yəqin ki, yaxın gələcəkdə bu səfərin detalları ortaya çıxacaq”.

Heydər Oğuzun fikrincə, Trampın nümayəndəsi kimi Moskvaya məhz Stiven Uitkoffun səfər etməsi başlı-başına bir müəmma idi: “Çünki səfərin sırf Ukrayna danışıqları ilə bağlı olduğu bildirilirdi. Halbuki, Trampın Ukrayna ilə bağlı danışıqlarda nümayəndəsi Uitkoff yox, istefada olan general-leytenant Kit Kelloqdur. Kit Kelloq isə nə Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə aparılan danışıqlarda, nə də Moskvada Putinlə görüşdə iştirak edib. ABŞ-ın bəzi nüfuzlu media orqanları bu müəmmanı Rusiyanın Kit Kelloqla görüşmək istəməməsi ilə əsaslandırırlar. İddia olunur ki, guya, Rusiya Prezidenti Vladimir Putin Kelloqu həddindən artıq “ukraynayönümlü” hesab edib və bu səbəbdən də onun danışıqlar prosesindən çıxarılması məsələsini qaldırıb. ABŞ prezidenti də guya, Putinin bu arzusunu nəzərə alıb rus rəsmiləri ilə danışıqlara başqalarını göndərir. Açığını desəm, bu iddia mənə inandırıcı gəlmədi. ABŞ prezidentinin elə bir istəyi olsa, Kelloqu dərhal vəzifədən uzaqlaşdırıb yerinə istəyini birini təyin edə bilərdi. Kelloq hələ də öz vəzifəsində qalırsa, deməli, Trampın başqa bir planı var”.

Heydər Oğuzun fikrincə, bu mülahizəni ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ceyms Hyuitt də təsdiqləyib: “O, məsələ ilə bağlı jurnalistlərin sualına cavab verərkən qeyd edib ki, Kit Kelloq, xüsusilə Avropa müttəfiqləri ilə əlaqələndirmə məsələlərində “komandanın dəyərli üzvü” olaraq qalır. Məncə də, o haqlıdır. Böyük ehtimalla, Tramp da Putinlə danışıqların hansısa nəticə verəcəyinə inanmır, odur ki, Rusiyaya qarşı kəskin mövqeyi ilə seçilən Kelloqu öz yanında tutmaqla rusiyalı həmkarına “mənimlə razılaşmasan, Kelloqla hesablaşmalı olacaqsan” demək istəyir”.

Siyasi şərhçinin fikrincə, Putinlə danışıqları aparmaq üçün Moskvaya Stiven Uitkoffun göndəriməsinin əsl səbəbi başqadır: “Fikrimcə, ABŞ rəsmilərinin həm Səudiyyə Ərəbistanında, həm də Moskvada apardığı danışıqlarda Ukrayna məsələsi 1 nömrəli müzakirə predmeti olmayıb. Bəlkə də əsl müzakirə predmeti Yaxın Şərq məsələsi olub. Ukrayna məsələsi isə sövdə predmetinə çevrilib. Görünür, bu səbəbdən də Səudiyyə Ərəbistanında aparılan müzakirələrə Ukrayna dəvət olunmayıb. Məşhur bir aforizmdə deyildiyi kimi, “masa arasında deyilsənsə, deməli, masa üzərindəsən”. Başqa sözlə desək, Tramp indiyədək Ukrayna məsələsinə Rusiya ilə müzakirələrdə masaya yatırılan mövzu kimi baxıb. Stiven Uitkoffun Ağ evdəki rəsmi vəzifəsi də bundan xəbər verir. Məlum olduğu kimi, Stiven Uitkoff Trampın Yaxın Şərq məsələləri üzrə nümayəndəsidir və bu mənada onun Moskvada işini tamamladıqdan sonra Bakıya səfər etməsi təəccüblü sayılmamalıdır”.

Heydər Oğuzun fikrincə, Stiven Uitkoffla Putin arasında aparılan danışıqlarda “Ukrayna müqabilində Yaxın Şərq” sövdələşməsi baş tutub: “Sözsüz ki, bu sövdələşmənin baş tutmasında ABŞ-dakı yəhudi lobbisinin də böyük əməkləri olub. Ümumiyyətlə, son zamanlar beynəlxalq siyasətə nəzər salanda ABŞ-Rusiya-İsrailin eyni cəbhədən çıxış etdiyini görə bilərik. Hətta deyərdim ki, Rusiyanın son zamanlar Suriyanı tərk etməsi də bu üçlüyün birgə razılaşması əsasında baş verib”.

Bu sövdələşmədə Azərbaycanın yeri amilinə gəlincə, Heydər Oğuzun fikrincə, ABŞ, Rusiya və İsrail arasında bağlanan üçlü razılamada, böyük ehtimalla, İranın vurulması da nəzərdə tutulub: “Bu da istər-istəməz İranın regiondakı ABŞ və İsrail hədəflərinə hücumu ehtimalını ağla gətirir. Məlumdur ki, ABŞ strateqləri bu zamanadək məhz İranın region dövlətlərinə təsiri amilini nəzərə alıb bu ölkəyə hücum etməyiblər. 2012-ci ildə İrana hücumların müzakirə olunduğu Qlobal Təhlükəzilik-2012 Forumundakı çıxışında dünyaca ünlü strateq Zbiqnev Bjezinski İrana qarşı "planlaşdırılmamış" hücumun hər şeydən öncə, “qonşu regionlara dağıntılar gətirəcəyini” vurğulamışdı. O demişdi ki, “Azərbaycanda bu, Qərbin enerji maraqlarını böyük zərbə altına qoya bilər. İran öz ətrafında gərginliyin artması fonunda bir müddətdir ki, Azərbaycanın nəbzini yoxlamağa başlayıb və təəssüf ki, bu oyunlar səngimək bilmir”.

Bjezinski həmin çıxışında İrana hücum zamanlı Gürcüstanın da eyni dərəcədə təhlükə altına düşəcəyini vurğulayaraq bildirmişdi: “İrana qarşı mümkün hərbi əməliyyatlar Cənubi Qafqazda müharibə ocaqlarını yenidən alovlandıra bilər. Xüsusilə Rusiya bu vəziyyətdən Gürcüstana qarşı növbəti hücum üçün mütləq yararlanacaq”.

Heydər Oğuzun iddiasına görə, 2012-ci ildə ABŞ-ın və İsrailin İrana hücum planları məhz bu təhlükələr nəzərə alınaraq, təxirə salınıb: “İsrail Baş naziri Bünjamin Netanyahu sonraki illərdə verdiyi açıqlamalarda da bu faktı etiraf edərək, ən azı iki dəfə İrana hücum qərarından son anda vaz keçdiyini bildirmişdi. Onu da etiraf etmişdi ki, qərarın təxirə salınmasında ABŞ-dan gələn təzyiqlər də böyük rol oynamışdı. İndi isə ABŞ rəsmisinin Moskvaya səfərindən dərhal sonra Tramp Yəmənə hücum etdi və İrana sərt şəkildə barmaq silkələdi. Görünən budur ki, İsrailin təzyiqi ilə üz-üzə qalan Tramp hakimiyyəti artıq İranla savaşa qərar verib. Əgər belədirsə, onda ABŞ regiondakı maraqlarını da gözdən keçirməli və onun təhlükəsizliyini təmin etməlidir. Mənim fikrimcə, son zamanlar ABŞ-da bəzi nüfuzlu güc mərkəzlərinin “Azadlığa dəstək haqqında akt”a əlavə edilən 907-ci düzəlişdə Azərbaycana qarşı məhdudiyyətlərin aradan qaldırılması məsələsini gündəmə gətirməsi də bununla bağlıdır.

Bir sözlə, görünən budur ki, Rusiya və ABŞ Ukrayna müqabilində İran və Yaxın Şərq məsələsində ümumi razılığa gəliblər. Yəmən savaşı da məhz bu razılıq əsasında baş verir. Bəs cənub qonşumuz İran necə, növbəti hədəf olmaqdan yayına biləcəkmi? Könül istərdi ki, İran rejimi bu sual ətrafında dərindən düşünəcək və daha ağır dağıntılarda uğramadan onu gözləyən təhlükələri adlayacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:14
Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov
Bu gün, 10:09
“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC dividendlərin verilməsini - MÜZAKİRƏYƏ ÇIXARIR
Bu gün, 10:04
Artıq daha cəsarətli çıxışlar etmək lazımdır... - ÇAĞIRIŞ
Bu gün, 09:51
BU NƏDİ BELƏ: “İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” - Tanınmış həkimdən SƏRT REAKSİYA
Bu gün, 09:47
SOCAR-da yüksək vəzifəyə TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 09:24
Əmrullayevin ÇÖKDÜRDÜYÜ TƏHSİL SİSTEMİ... - Daha nələr olmalıdır ki...
Bu gün, 09:21
Sensasion iddia: Azərbaycanda “Suriya ssenarisi” cızılır – DETALLAR
Bu gün, 09:17
Dələduzla hakim arasında nə kimi əlaqə var? - İNAM KƏRİMOVUN NƏZƏRİNƏ...
Bu gün, 09:12
"Makron iqtidarı Azərbaycana düşmənçilik edir" - BU FAKTDIR...
Bu gün, 09:00
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası... - Ekspert danışır...
Bu gün, 08:56
Paşinyan bu gecə Moskvada Çin lideri ilə də görüşdü... - "Armtimes"
Bu gün, 08:51
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır - BAĞLANIR
Bu gün, 08:44
İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir? - ŞƏRH
Bu gün, 08:38
Naxçıvanda vətəndaş TƏHDİD OLUNUR - Qabil Məmmədova rüşvətxor dediyinə görə...
Bu gün, 08:28
Romada ərşə qalxan sonuncu ağ tüstü KİMLƏRİ BOĞACAQ? - AKTUAL
Bu gün, 08:24
HAZIR OLMALIYIQ: Üstümüzə Putin gəlir... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:21
Hesablama Palatası Turizm Agentliyinin YAXASINDAN DÜŞDÜMÜ? - GƏLİŞMƏ
Bu gün, 08:18
Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08
Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Dünən, 17:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru