Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi .....                     “Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın .....                     Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi .....                     Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib .....                     İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? .....                     Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər .....                     Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib .....                     Putin yenə “Oreşnik”dən danışdı: .....                     Türk millətinin bir adı, bir dili var, o da bəllidir .....                     İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib .....                     Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib .....                     Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb .....                     Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? .....                     İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: .....                     “Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” .....                     Zelenski ABŞ-nin yaratdığı "canavardır" .....                     Azərbaycan mediasına kiberhücum .....                     “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” .....                     Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır .....                     Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə .....                     “Rus dilini bilən kadrlara ehtiyac azala bilər” .....                     "Abbas öz sənətindədir, mən öz sənətimdə..." .....                     Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib .....                     Tramp məcburetmə əməliyyatına başlayıb: .....                     İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? .....                     "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." .....                     Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub .....                     Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... .....                     Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... .....                     Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun .....                     Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” .....                     Şahin Bağırov onu rəis təyin etdi .....                     Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar .....                     SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? .....                     “Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək” .....                     “Melissa Park”a xəbərdarlıq edildi .....                     Qaib yazılmır, axşam dərsləri ləğv edilib .....                     Nikol bu şəhər uğrunda savaşa başladı: .....                     “Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib .....                     "Mənim dediklərimi kim necə anlayır, özü bilər" .....                 

ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Tarix: Dünən, 00:07 | Çap et
ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur?
“120 min xristianı erməni Artsaxda dəhşətli təqiblərə və məcburi köçürülməyə məruz qalanda Kamala Harris heç nə etmədi. Kamala Harris ABŞ prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaq. Mən prezident olanda, təqib olunan xristianları müdafiə edəcəm, zorakılığı və etnik təmizləmələri dayandıracam və Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəm”. “Newsweek” jurnalı yazır ki, Donald Tramp keçən ilin oktyabr ayında ABŞ prezidenti seçkiləri zamanı “Truth” sosial hesabında belə bəyanat verib.

Məqalədə qeyd olunur ki, Trumpın çox vaxt məntiqə və əxlaqa zidd olan digər bəyanatlarından fərqli olaraq, “onun erməni xalqı ilə bağlı qiymətləndirməsi tamamilə doğrudur”.

“Azərbaycan son dörd ildə Ermənistanı və onun Cənubi Qafqazda mövcudluğunu məhv etməyə çalışıb. Bu, 2020-ci ilin payızında mübahisəli Dağlıq Qarabağ (Artsax) ərazisi uğrunda qanunsuz və səbəbsiz müharibə ilə başladı və 120 000-dən çox erməninin bölgədən etnik təmizlənməsi ilə başa çatdı. Bu, 1915-ci il erməni soyqırımından sonra ermənilərin ən böyük köçürülməsi oldu”, – nəşr yazır. Daha sonra iddia edilir ki, Azərbaycan həmin əraziləri “ələ keçirdikdən” sonra erməni kilsələri, monastırları, xaçkarları və “min illər boyu” qorunub saxlanılan digər tarixi yerləri davamlı “mədəni məhv edilmə kampaniyasına” başlayıb.

Nəşrin köşə yazarı (erməni əsilli ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis) Stefan Peçdimalci iddia edir ki, Azərbaycan “Ermənistana təzyiq göstərməyə və səmimi olmayan sülh sazişləri bağlamağa çalışıb, eyni zamanda öz əsas müttəfiqi Türkiyə ilə birlikdə Ermənistanın suveren torpaqlarını, o cümlədən iki ölkə arasında həyati əhəmiyyət kəsb edən Zəngəzur dəhlizini ələ keçirməyə cəhd edib”.

Müəllifin sözlərinə görə, Bakının ritorikası xüsusi narahatlıq doğurur. “Biz bu nifrətin erməni hərbi əsirləri ilə amansız rəftarda, işgəncələrdə və əsir götürülmüş erməni əsgərlərinin edamında özünü necə göstərdiyini gördük”, – nəşr qeyd edir. “Newsweek” əlavə edir ki, hüquq müdafiəçiləri və vəkillər onların günahsız olduqlarını bildirməsinə baxmayaraq, Azərbaycan bu ilin əvvəlində erməni “siyasi məhbuslar”, o cümlədən “filantrop” və keçmiş “dövlət naziri” Ruben Vardanyana qarşı “saxta” məhkəmə prosesi başlayıb.

Məqalə müəllifi vurğulayır ki, bütün bu “cinayətlər və insan hüquqlarının kobud şəkildə pozulması” ABŞ-ın keçmiş prezidenti Co Baydenin hakimiyyəti dövründə baş verib. Azərbaycanın “hərbi cinayətlər və vəhşiliklərə” görə məsuliyyətə cəlb edilməməsi xarici siyasətində insan hüquqlarını prioritet elan edən prezidentin bioqrafiyasında ləkə olaraq qalacaq. Onun susqunluğu və laqeydliyi Azərbaycana cəzasız qalmaq üçün yaşıl işıq yandırıb.

Nəşr vurğulayır ki, məhz bu səbəbdən prezident Trampın Baydenin edə bilmədiyini etmək və Azərbaycanı məsuliyyətə cəlb etmək kimi unikal fürsəti var.

Məqalədə bildirilir ki, Tramp aşağıdakı addımları ata bilər:

Azərbaycanın hökumətinə hər hansı xarici yardımı qadağan edən “Azadlığa Dəstək Aktına 907-ci düzəlişi” dəstəkləyə;

ABŞ-ın “erməni soyqırımını” tanıma siyasətini davam etdirə;

Hazırda Azərbaycanın həbsxanalarında saxlanılan bütün erməni məhbusların, o cümlədən hərbi əsirlərin dərhal azad edilməsini tələb edə;

Sülh prosesinə daha çox şəffaflıq və prosesdə şəxsən iştirak edə;

Azərbaycanın “Artsaxdakı erməni abidələrinə və dini məkanlarına qarşı dini təqibləri” dayandırması üçün təzyiq göstərə və Ermənistanın suverenliyinə qarşı mümkün hücumlar üçün bəhanə kimi istifadə oluna biləcək bütün tarixi revizionizmi pisləyə;

Azərbaycanın Ermənistan ərazisindən qoşunlarını çıxarmasını və ermənilərin “Artsaxa” qayıtmasını tələb edə bilər.

“Prezident Tramp bildirib ki, ikinci müddətində sülh qurucusu olmaq və bütün müharibələrə son qoymaq istəyir. O, bunu Azərbaycanın məsuliyyətə cəlb olunması və erməni xalqına qarşı zorakılığın dayandırılması ilə başlaya bilər. Məsuliyyət olmadan sülh ola bilməz”, – nəşr yazır.

Aydındır ki, Stefan Peçdimalci erməni diasporunun Qərbdə yaydığı fikirləri nüfuzlu “Newsweek” nəşrinin rəsmi mövqeyi kimi təqdim etmək üçün əlindən gələni edib. Bu isə jurnal rəhbərliyinin məsuliyyətini də artırır, çünki məqalədə Ermənistan-Azərbaycan münasibətlərindəki problemlər tamamilə birtərəfli təqdim olunub. Müəllif açıq şəkildə Trampı Azərbaycan əleyhinə yönləndirmək istəyir, hazırda dünya nizamının pozulmaq təhlükəsi olduğu bir vaxtda ABŞ prezidentini hansısa separatçılar və ya Cənubi Qafqazda mübahisəli tarixi abidələrin taleyinin narahat etməli olduğunu düşünür. Halbuki belə məsələlərin ABŞ üçün ön planda olması şübhə doğurur.

Amerika ermənisinin məşhur jurnalda dərc olunan bu məqaləsini necə qiymətləndirmək olar? Bu, təsadüfi yazıdır, yoxsa məqsədyönlü fəaliyyətin nəticəsidir? Bu, köşə yazarının şəxsi fikridir, yoxsa nüfuzlu nəşrin ümumi mövqeyidir? Məqalənin məqsədi nədir və o öz məqsədinə çata bilərmi? Trampın Azərbaycan və ya Ermənistanla bağlı konkret bir mövqeyi varmı və bu mövqe dəyişə bilərmi?

Pressklub.az-ın suallarını politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu cavablandırıb.

O, ilk olaraq qeyd edib ki, Donald Tramp və onun komandasındakı insanlarla bağlı danışanda “məntiq”, “ağıl” və “sağlam düşüncə” kimi sözlərdən imtina etmək lazımdır. Çünki burada həmin parametrlər işləmir.

“Onun bəyanatları, o cümlədən ermənilər barədə “Newsweek”də qeyd olunan seçki bəyanatı, Trampın hər zaman istifadə etdiyi populist jestlərdir. O, bunu demokratları ittiham etmək üçün istifadə etməli idi. Halbuki, Qarabağın azadlıq üçün 2020-ci ildə müharibə başlayan zaman Donald Tramp özü prezident idi. Amma bu çəkişmələr, necə deyərlər, onların daxili işidir, qoy özləri aralarında həll etsinlər.

ABŞ-dəki ermənipərəst lobbiçilərə gəldikdə, təbii ki, onlar Trampın bu bəyanatlarından istifadə edərək onu Azərbaycanı qarşı qaldırmağa çalışırlar. Unutmayaq ki, yeni dövlət katibi Marko Rubio həmişə ermənipərəst mövqeyə sahib olub. Və burada xristian faktoruyla əlaqəli oyunlar başlayır. Xristian kartı oynanılır, çünki Tramp açıq islamofobdur. Bunu hər kəs yaxşı anlayır, bilir. Və o da bunu gizlətmir.

Bəs o, Azərbaycandan nə tələb edə bilər? Mən təsəvvür edirəm ki, Tramp istənilən şeyi tələb edə bilər. Amma mən ona da əminəm ki, Azərbaycan onun bəzi tələblərinə tüpürə də bilər. Vəssalam”, - o, deyir.

Politoloq, hazırkı şəraitdə Azərbaycana müəyyən təzyiq ola biləcəyini istisna etmir.

“Biz buna hazır olmalıyıq. Birincisi, bütün bu separatçı cinayətkarlar məhkəməyə çıxarılmalı və onlar həbs cəzasına məhkum edilməlidirlər. İkincisi, Azərbaycan Türkiyə isə əlaqələrini möhkəmləndirməlidir. Və bunu çox sürətlə və çox böyük miqyasda etməlidir.

Bəli, anlayıram ki, Ərdoğan danışıqlara asan gedən və ya tərəfdaş olan şəxs deyil. Amma bütün bunlara baxmayaraq, biz bunu etməliyik. Xüsusilə, Tramp Putinlə, Putin isə Trampla yaxınlaşanda, biz çox diqqətli olmalıyıq. Və bizim güvənə biləcəyimiz yalnız bir ölkə var, o da Türkiyədir. Azərbaycanla bağlı impulsiv, düşünülməmiş, ekstremist addımların qarşısını almaq üçün. Bunlar isə istisna olunmur. Mən bunu tam məsuliyyətlə deyə bilərəm. Xüsusilə Tramp və onun komandası barədə. Onlar hər şey tələb edə bilərlər, amma bu, o demək deyil ki, Azərbaycan bu tələbləri yerinə yetirməlidir. Bəli, ermənilər bu vəziyyətdən öz maraqları üçün, öz faydaları üçün istifadə etməyə çalışacaqlar. Amma bu, o demək deyil ki, biz əllərimizi qoynumuza qoyub oturmalıyıq. Düşünürəm ki, belə məqalələr çox olacaq. Onlar bu üsullarla Trampa təsir göstərməyə çalışacaqlar. Amma düşünmürəm ki, Tramp mətbuat vasitəsilə təsir altına alınacaq bir insandır. O, hətta bunları oxumur. İnanıram ki, onun mətbuat xidməti onun yalnız öz şəxsiyyətinə aid olan media xülasələrini toplayır və o, yalnız bunları oxuyur. Onun eqosuna təsir edən şeyləri. Onun üçün bundan vacib heç nə yoxdur.

Amma yenə də deyirəm, biz diqqətli olmalıyıq. Çünki bugünkü Vaşinqton liderindən hər cür absurd addım gözləmək olar.

Xoşbəxtlikdən, Türkiyə bu gün Vaşinqtonun dostları arasında deyil. Çünki Qəzza məsələsi var. Tramp Fələstin əhalisini oradan deportasiya etmək istəyir. Türkiyə üçün isə buna qarşı dayanmaq nüfuz, şərəf və regiondakı təsir məsələsidir. Düşünmürəm ki, Türkiyə buna razı olsun.

Və görünür, Ərdoğanın bu məsələ ilə bağlı sərt bəyanatı Vaşinqtonda düzgün qəbul olunub. Ən azından oradan heç bir reaksiya gəlməyib.

Türkiyə, Böyük Yaxın Şərqdə öz sözünü deyən ölkədir. Azərbaycan da bu regionun bir hissəsidir. Buna görə də, biz Türkiyə ilə maksimum yaxınlaşmağa ehtiyac duyuruq. Bununla da bütün bu potensial fəlakətləri önləyə bilərik. Demirəm ki, bu mütləq olacaq. Amma Tramp impulsiv bir insandır, o, spontan olaraq hərəkət edir və onun düşünülmüş addımları yoxdur.

Amma Tramp birdən Azərbaycana qarşı nəsə etməyə başlasa, ona sərt cavab vermək lazımdır. Mən onun ilk prezidentlik dövrünü izləmişəm, indi də izləyirəm. Belə bir nəticəyə gəlmişəm ki, ona hörmət edilməyəndə, ona qarşı tənqidlər olanda, çox qorxur. Ümid edirəm ki, Azərbaycanın rəsmi şəxsləri bu şərhi oxuyacaq və nəzərə alacaqlar. Sadəcə olaraq onu aqressiv və sərt şəkildə görməzdən gəlmək lazımdır. O, bunu sevir. Bilmirəm, bu nə ilə bağlıdır, amma bu faktdır. Mənim şəxsən müşahidə etdiyim şeydir. Yuxarıda dediyim parlaq nümunə - Ərdoğanın Qəzza ilə bağlı sərt bəyanatı və Tramp susdu, bir kəlmə belə demədi”, - Oruclu bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05
“Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02
Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Dünən, 21:56
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Dünən, 21:49
İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Dünən, 19:00
Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Dünən, 18:58
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Dünən, 18:07
Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Dünən, 18:06
Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Dünən, 18:03
İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Dünən, 18:00
Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Dünən, 17:55
Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Dünən, 17:52
Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 17:49
İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: - Ermənistanın taleyi artıq Bakıda həll olunur
Dünən, 17:47
“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” - ETİRAZ
Dünən, 17:42
Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"
Dünən, 17:35
Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb?
Dünən, 17:26
“İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” - NARAZILIQ VAR...
Dünən, 17:21
Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır - DETALLAR
Dünən, 17:11
Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə - Ali Məhkəmədən qərar
Dünən, 17:09
“Rus dilini bilən kadrlara ehtiyac azala bilər” - deputat
Dünən, 17:02
"Abbas öz sənətindədir, mən öz sənətimdə..."
Dünən, 16:57
Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - KİV
Dünən, 16:50
Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Dünən, 16:39
İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Dünən, 16:36
"Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Dünən, 16:31
Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Dünən, 16:20
Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:12
Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Dünən, 16:09
Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Dünən, 16:00
Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Dünən, 15:57
Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Dünən, 15:56
Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Dünən, 15:54
SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Dünən, 15:52
“Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Dünən, 15:47
“Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Dünən, 15:46
Qaib yazılmır, axşam dərsləri ləğv edilib - Qarlı havada universitetlərdə...
Dünən, 15:19
Nikol bu şəhər uğrunda savaşa başladı: - xüsusi təyinatlılar yeridir
Dünən, 15:15
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO
Dünən, 15:09
"Mənim dediklərimi kim necə anlayır, özü bilər" - Ayaz Salayev
Dünən, 15:04
Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı – Ofis icarəyə götürüb
Dünən, 15:02
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Dünən, 15:00
"Paşinyan mənim ideoloji və sinfi düşmənimdir..." - Mxitaryan
Dünən, 14:58
"Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi - FOTO
Dünən, 14:43
Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır - RƏYLƏR
Dünən, 14:02
İşçilərini bədbəxt hadisələrdən sığorta etməyənlər cərimələnəcək - Məcəllə dəyişir
Dünən, 14:00
"Amerika silahı, maliyyə dəstəyi olmadan, Ukrayna Rusiyaya qarşı duruş gətirə bilməz" - deputat
Dünən, 13:58
"Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər" - AÇIQLAMA
Dünən, 13:07
Rus ordusu Çasov Yardakı mikrorayonu ələ keçirdi
Dünən, 13:05
Ermənistanın ABŞ-dəki səfiri Pentaqonda strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru