"Son illərdə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil olan quş növlərinin mühafizəsindəki problemlər barədə yazırıq..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında ekoaktivist Zülfü Fərəcli qeyd edib.
O daha sonra əlavə edib: "Məsələn, elə bəzgəklərin istər yerli brakoynerlər tərəfindən ovlanaraq yol kənarında satması, istər də Ərəb yarımadasından müxtəlif laçınlıların (xüsusən Qətərdən) öz yırtıcı quşları ilə ovlaması onların sayını azaldır.
Lakin, hər il, xüsusən bölgələrdə olan elektrik xəttlərinə yüzlərlə quş çırpılaraq məhv olur. Hazırda bu barədə hər hansı statistika yoxdur.
Məsələn, elə aşağıdakı foto az öncə qarşılaşdığımız, Hacıqabulda olan elektrik xəttinə çırpılaraq ölmüş onlarla bəzgəkdən birinə aiddir.
Aidiyyəti qurumları bu mövzuda daha həssas olmağa çağırırıq. Elektrik xətlərinə quşlar üçün xüsusi işarələrin quraşdırılması hazırda mövcud praktikadır..."