Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                     Trampdan ilham almış rus tarixçisi: .....                     Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? .....                     16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, .....                     Saxta plastik cərrahlar üçün SON GÜN .....                     Tramp və Paşinyanın sirli fotosu .....                     Paşinyan sülh layihəsindən danışdı .....                     Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı .....                     Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? .....                     “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” .....                     Tramp təyyarə qəzasını sabotaj hesab edir .....                     Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır .....                     DTX-dan xüsusi əməliyyat: .....                     Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır .....                     Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? .....                     Tehran və Moskvanın narahatlığı bəlli oldu .....                     Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: .....                     Jurnalistə bu universitetdə .....                     "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" .....                     Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı .....                     Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? .....                     “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" .....                     Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək .....                     Azərbaycanda bank faizləri çox yüksəkdir... .....                     20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib .....                     Bakı, Tiflis və İrəvan arasında nə baş verir? .....                     Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ .....                     Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var .....                     Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... .....                     Azərbaycanda karqo şirkəti .....                     Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi .....                     Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib .....                     Moskvadan Bakıya YENİ TƏKLİF: .....                 

Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? - ARAŞDIRMA
Tarix: Bu gün, 06:20 | Çap et
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir?
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın imzaladığı fərmanla ölkədə yaşayan qeyri-qanuni miqrantların kütləvi deportasiyası həyata keçirilir. O, prezidentliyə başladığı ilk gün ölkənin cənub sərhədində milli fövqəladə vəziyyət elan edərək bölgəyə qoşun yeridib. Tramp üçün başqa bir prioritet ölkəyə yeni gələnlərin qarşısını almaqdır. Onun bu kontekstdə atdığı imzalardan biri də sabiq prezident Cozef Baydenin dövründə istifadəyə verilmiş və təyinatla Meksika sərhədini keçməyə icazə verən "CBP 1" mobil tətbiqini bağlamaq olub.

Bununla yanaşı, o, ölkədəki müvafiq qurumlara sürətli deportasiya səlahiyyətlərindən daha fəal istifadə etməyi tapşırıb. ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib. Həmin Azərbaycan vətəndaşlarının kimliyi və ya onların hansı səbəbdən ABŞ-dən deportasiya olunacağına dair məlumat almaq üçün Azərbaycanın Vaşinqtondakı səfirliyinə müraciət etdik. Səfirlikdən müraciətə cavabda, bu mövzuda heç bir məlumat verə bilməyəcəkləri qeyd olunub.

“Report”un ABŞ bürosu baş verənlərlə bağlı Meksika sərhədindən Amerika Birləşmiş Ştatlarına qeyri-qanuni yollarla gələn azərbaycanlılardan biri, Nyu-York şəhərində məskunlaşan 30 yaşlı həmyerlimiz Kamran Abdullayevlə həmsöhbət olub. K. Abdullayev Amerikaya gəlişi və hazırkı vəziyyətlə bağlı suallara aydınlıq gətirib.

K. Abdullayev bildirib ki, o, 2022-ci ilin sentyabr ayında Rusiyadan Meksika sərhədinə gələrək, oradan qeyri-qanuni olaraq ABŞ-yə keçib:

“Meksikadan ABŞ-yə keçdiyim zaman sərhəddəki vasitəçilərə 2500 dollar pul vermişdim. Onlar məni sərhəddəki Amerika polisinə təhvil verdilər. Mən sərhədi keçəndə "CBP 1" mobil tətbiq proqramından qeydiyyatdan keçmişdim və həmin proqramda haqqımda bütün məlumatlar öz əksini tapmışdı. Polislər məni 8 saat həmin bölgədəki sığınacaqda saxladılar və barmaq izimi götürdükdən sonra Amerikaya hansı məqsədlə daxil olduğumu müəyyən edən sənəd verdilər. Nyu-Yorka gəldim və vəkil tutaraq burada iş icazəsi üçün müraciət etdim.

8 aydan sonra müraciətim əsasında dövlət mənə iş icazəsi verdi. İndi Nyu-Yorkda məşhur türk restoranlarından birində işləyirəm. Mənim artıq ABŞ-də qanuni iş icazəm var və bu səbəbdən dövlətin məni deportasiya etməyə heç bir hüquqi əsası yoxdur”.

Kamran Abdullayev deyir ki, ABŞ-yə gələn bir çox azərbaycanlı onun qədər şanslı deyillər. Belə ki, onların ölkədə yaşamaq üçün müraciətləri dövlət tərəfindən dəyərləndirilməyib və hüquqi müstəvidə öz əksini tapmayıb:

“Dostlarım mənə dedi ki, bir neçə azərbaycanlı 3 aydan artıq idi ABŞ-Meksika sərhədində "CBP 1" mobil tətbiqində ölkəyə giriş üçün təyin olunmuş günü gözləyirdi və Tramp hakimiyyətə gəldikdən sonra proqram silinib, həmin şəxslər elə oradan Azərbaycana geri qayıdıblar. Təbii ki, hər kəsin içində qorxu var və vəziyyət çox gərgindir”.

Mövzu ilə bağlı müraciət etdiyimiz ABŞ-də immiqrasiya hüququ sahəsində çalışan tanınmış azərbaycanlı vəkil Vüqar Cəfərov “Report”un ABŞ bürosunun suallarını cavablandıraraq Trampın qərarı ilə ölkədə baş qaldıran çaxnaşmanın əsl səbəbini, hüquqi müstəvidə atılacaq addımları və Amerikadan deportasiya ilə üz-üzə qalan 709 azərbaycanlının taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.

V. Cəfərov deyir ki, Trampın qərarından sonra ölkədə ciddi dezinformasiya və çaxnaşma mövcuddur. Vəkil təhdid siyasəti ilə hökumətin immiqrasiyanı azaltmağa çalışacağı qənaətindədir:

“Mediada çoxsaylı yanlış, şişirdilmiş məlumatlar var, Amerikada bir qorxu mühiti formalaşdırılıb. Bütün vəkillər insanları qorxudurlar, onların da qurbanları olan immiqrantlar isə təhsilsiz, məlumatsız insanlardır. Onlar ABŞ-yə girdikdən sonra düşünürlər ki, artıq hər şey qaydasındadır və ölkədə rəsmi statuslarının müəyyən olunması üçün heç bir addım atmırlar. Bütün bunlara baxmayaraq, əgər normal bir vəkillə işlənilərsə, qısa zamanda alınmış deportasiya qərarı ilə bağlı tədbirlər görülə bilər”.

V. Cəfərov hökumətin deportasiya qərarı aldığı şəxslərin hansı yollardan keçdiyini və nələri diqqətdən qaçırdığını izah edib: “Hər hansı bir şəxs Meksika-ABŞ sərhədindən ölkəyə girdiyi zaman ona sərhəd məmurları tərəfindən ölkədə hüquqi statusunu müəyyən edən üç seçimin olduğu bir sənəd verilir. Bu üç seçimin birində "CBP 1" mobil tətbiqindən istifadə edərək ölkəyə giriş icazəsi olduğu, digərində ölkəyə qanunsuz girdiyi və üçüncüdə isə ölkəyə müvafiq giriş vizası olduğu qeyd olunur.

"CBP 1" ilə ölkəyə daxil olmağın üstünlükləri ondan ibarətdir ki, həmin miqrantlar ABŞ vətəndaşı ilə evlənə, iş icazəsi ala, yaşıl kart üçün müraciət edə bilirlər. Onların müraciətlərinə ölkədəki miqrasiya xidmətləri baxır. Həmin müddətdə onların müraciəti əsasında miqrasiya xidməti həmin mühacirlər üçün 5 illik iş icazəsi çıxara bilir, onlara şəxsiyyətlərini müəyyənləşdirən və qazanclarını qeyd etmələri üçün doqquz rəqəmli sosial kart verilir.

Həmyerlimiz Kamran Abdullayev kimin şəxslər düşünürlər ki, bununla da iş bitdi və onlar artıq qanuni olaraq ABŞ-də yaşaya bilərlər. Ancaq məsələ bununla yekunlaşmır. Ölkəyə girişdə üç müxtəlif səbəbdən ittiham olunan immiqrantın Amerikada hüquqi statusunu məhkəmə müəyyən edir.

Doğru bir vəkillə işlənildiyi zaman vəkil həmin şəxsin ABŞ-də qalması üçün yolları araşdırır və ən uyğun olanını seçir. Onlar barəsində son qərarı məhkəmə verir. Vəkil şəxsin ABŞ-də qanuni yolla yaşaması üçün bütün dəlilləri toplayıb məhkəməyə təqdim edir və həmin şəxs məhkəmə günü mütləq şəkildə hakim qarşısına çıxır. Hər insan fərdidir və müraciətlər də buna əsasən hər bir şəxs üçün fərdi və fərqlidir. Bu, həm də turist vizası ilə ölkəyə gəlib və vizası bitdikdən sonra ölkədə qalanlara da şamil olunur”.

Vəkil bildirib ki, məhkəmədən rədd cavabı alsanız, bu, deportasiya deməkdir və məhkəmə günü hakim qərarını elə otaqdaca elan edir:

“Əgər sizin müraciətinizə rədd cavabı verilərsə, hakim vəkildən qərara etiraz edib-etmədiyini soruşur. Təbii ki, vəkil qərara etiraz edə bilər və belə olduğu təqdirdə, qərarın yenidən nəzərdən keçirilməsi üçün işə üst məhkəmə baxır. Burada ən həssas məqam 30 gün ərzində etiraz üçün müraciət edilməsidir. Biz 30 gün ərzində həmin müraciəti göndəririk və üst məhkəmənin qərar verməsi 1-2 il vaxt alır. Müraciətimizdə biz hakimin qərar verərkən səhvlərini izah edir və nələri nəzərdən qaçırdığını göstəririk.

Yaxın zamanda mənə müraciət edən 3 şəxsə dair üst məhkəməyə etdiyimiz müraciətlərdə müsbət nəticə aldıq. Üst məhkəmənin qərarı yenidən alt məhkəməyə qaytarılır və orada hakimin nəzərdən qaçırdığı məqamlar qeyd olunur. Alt məhkəmə isə üst məhkəmənin qərarına tabe olur. Bu proses təxminən 3 ay – 1 il arasında vaxt aparır. Əvvəldə vurğuladığım kimi, qərara etiraz üçün bizə 30 gün vaxt verilir, çünki şəxs həmin müddət ərzində üst məhkəməyə müraciət etməzsə, məhkəmə ona yenidən deportasiya qərarı çıxarır və bu qərarın icrası məcburidir. Trampdan əvvəlki hökumət bu qərarların icrasını həyata keçirmirdi”.

Onun sözlərinə görə, ölkədən çıxarılan 709 nəfərin əksəriyyəti Bayden dövründə məhkəmələrin verdiyi qərarlara əsasən deportasiya olunması nəzərdə tutulan azərbaycanlılardır:

“Onlar hələ də deportasiya olunması ilə bağlı qərarı olan, lakin həbs olunmamış şəxslərdir. Bu isə o deməkdir ki, siyahı artacaq. Bu siyahıda ölkəyə girib məhkəmə tarixini bilməyənlər var. Ünvanına məhkəmə günü ilə bağlı məlumat göndərildiyi halda, həmin ünvanda yaşamadığı üçün məhkəməyə getməyən və barəsində deportasiya qərarı çıxan, bu qərardan xəbəri belə olmayan çoxlu sayda insan var. Əvvəllər ABŞ-yə gələn azərbaycanlılar əsasən təhsil üçün və ya yaşıl kart qazanaraq gəlirdilər. Təbii ki, sərhədləri qeyri-qanuni keçən şəxslər ölkənin qanunlarından bixəbərdirlər. Xüsusilə bu siyahıda Türkiyə vətəndaşlarının sayı çoxdur”.

V. Cəfərov əlavə edib ki, sığınacaq tələb edərək hüquqi proses başlatmış şəxslərin ABŞ-dən ekstradisiya edilməsi mümkün deyil. O bildirib ki, bu şəxslər məhkəmə qərarı olmadan ölkədən uzaqlaşdırıla bilməz:

“Sürətli deportasiya praktikası bölgədəki məmurlara qarşılaşdıqları qeyri-qanuni mühaciri tez bir zamanda sorğu-sual etmək və onların məhkəməyə getmədən deportasiyasını həyata keçirmək səlahiyyəti verildiyi kimi izah edilsə də, bu, yanlışdır. ABŞ hüququn üstünlüyünün qorunduğu bir ölkədir. Əgər sizin davam edən hüquqi prosesiniz varsa, sizə heç nə edə bilməzlər. Polis axtarış əmri olmadan sizi heç bir şəxs tutub apara bilməz. ABŞ-də siz hər zaman susma haqqınızdan istifadə etməlisiniz, çünki sizin sözünüz belə dəlil sayılır və əleyhinizə işləyə bilər. Heç bir məlumat verməyin, polis sizin dostunuz deyil. Həbs olunsanız belə, vəkilinizi tələb edin və onun hüquqi çərçivədə məsələnin həllinə çalışmasını gözləyin”.

Report.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Bu gün, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Bu gün, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Bu gün, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Bu gün, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bu gün, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Bu gün, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39
DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37
Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35
Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28
Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26
Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23
Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06
Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54
Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33
Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30
20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25
Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24
Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22
Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17
Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13
Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02
Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58
Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54
Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49
Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48
Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02
Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00
On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58
Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20
Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14
Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05
"Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02
Avropa İttifaqı Bakıya qarşı yeni gərginlik yaradır - FAKT BUDUR!
Bu gün, 12:59
İsveçdə Quran yandırma aksiyalarının təşkilatçısı öldürülüb - SVT
Bu gün, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru