FONTANA restoranı qanunlara ZİDD GETDİ .....                     Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir .....                     Ermənistanda yeni 20 min dramlıq əskinas tədavülə buraxılıb .....                     Bakıda fantastik qiymətlərə mənzillər: .....                     Rusiyanın məcburi müharibəyə apardığı azərbaycanlı haradadır? .....                     İki ildir İran məhkəməsinin qərarını gözləyirdik... .....                     Konstitusiya, referendum və icra başçıları: Mötəbər mənbələr nə deyir? .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Paşinyan “erməni soyqırımı” səhifəsini bağlayır .....                     “Xalq Sığorta”da yeni təyinat .....                     İlham Əliyev Lukaşenkoya .....                     Çeçen faktoru Azərbaycan-Rusiya gərginliyini azaltmaq səylərini çətinləşdirir .....                     Bakı həbsxanasında .....                     “Əvvəllər QHT adı gələndə fikirləşirdin ki, burada nəsə qara-qura iş var” .....                     Fransa Suriyaya qarşı bəzi sanksiyaları ləğv edib .....                     Rusiya saxta məlumatlar verərək törətdiyi hərbi cinayəti gizlətməyə səy göstərir .....                     Keçmiş hakim vaxtından əvvəl azadlığa buraxıldı .....                     "Tramp Azərbaycan və Ermənistanı sülh sazişi imzalamağa məcbur etməyə çalışacaqmı?.." .....                     AMEA-nın Qafqazşünaslıq İnstitutu LƏĞV EDİLDİ .....                     Fransız və erməni hakerlər Trend BİA və Day.Az saytlarına hücum ediblər .....                     Sabunçuda hamam da köhnədir... tas da... .....                     "Ermənistanın Qərbə üz tutması İranla əlaqələrini də korlaya bilər" .....                     ƏÜO-da gənc əsgərlərin hazırlığına xüsusi diqqət göstərilir .....                     Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası... .....                     Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri .....                     Gürcüstan bankında qalan pullar: FORMULA-1 İŞİ... .....                     Nohurgöldə meyiti tapılan şəxs alimin oğlu imiş .....                     "Göyün yeddinci qatında məni ilk Röya təbrik etdi" .....                     Konstitusiya dəyişikliyi BUNA GÖRƏ OLMAYACAQ .....                     Binəqədi İH-in göz yumduğu tikilinin sahibi məsuliyyətə cəlb edilib .....                     Paşinyan bunu təsadüfən demədi, həyata keçirəcək .....                     Toponimiya Komissiyasının sədri, sədr müavini və katibi seçilib .....                     Sosial şəbəkədə vətəndaşı şantaj edən şəxs həbs edilib .....                     "Oğlumun qatilinin edamında iştirak edəcəm..." .....                     Zəngəzurdan yüklərin keçidi belə olacaq: Sərnişinlər isə bu qayda ilə gedəcəklər .....                     Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... .....                     Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi .....                     Naxçıvanda Ali Məclis ləğv ediləcək .....                     Keçmiş məmurun həbsdə olan oğlu .....                     Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb .....                 

Baş nazirin "psixotrop" iddiaları...
Tarix: Dünən, 18:03 | Çap et
Baş nazirin "psixotrop" iddiaları...
Azərbaycan prezidenti İlham Əliyevinın 7-də yerli televiziya kanallarına müsahibəsini xatırlayırsınız. Prezident həmin müsahibədə Ermənistanla bağlı bir sıra kəskin fikirlər söyləmişdi. Əslində bunlar kəskin də deyil, sadəcə, həqiqətlərdir.
Prezident İlham Əliyev Ermənistanda faşizm meylləri haqqında danışmışdı; bu dövlətin faşizm ideologiyası üzərində qurulduğunu demişdi. Baş nazir Nikol Paşinyanın buna son qoyacağını gözlədiyini demişdi.

Ermənistan hökumətinin başçısı bu bəyanatlara cavab olaraq, bildirmişdi ki, o, "Bakı ilə münasibətləri gərginləşdirməmək üçün" Azərbaycan prezidentinin bu fikirlərini şərh etmək istəmir. Paşinyan demişdi ki, o, "sülh strategiyası və sülh gündəliyi çərçivəsində hərəkət edəcək".

Bu, Nikol Paşinyanın "sülh göyərçini" olaraq verdiyi bəyanat idi. Ancaq onu yenidən siyasi "qırğı" obrazında görmək üçün çox gözləmək lazım gəlmədi.

Ümumiyyətlə, Paşinyanın eyni məsələyə dair bir-birindən fərqli, bir-birinə zidd bəyanatlar verməsi adət halını alıb. Ermənistan hökumətinin başçısı bu dəfə də yanıltmadı.

Doğrudur, Ermənistanın faşist ideologiyası üzərində qurulmuş dövlət olduğu haqda Azərbaycan prezidentinin fikirlərini şərh etməməklə əslində Paşinyan dolayısı ilə İlham Əliyevin dedikləri ilə daxilən razılaşdığını da göstərdi. Buna əsaslanıb demək olardı ki, o, Azərbaycanın dövlət başçısının faşizmə son qoymaq çağırışını da qəbul edib. Ancaq Bakıda məhkəməsi başlayan erməni əsilli təqsirləndirilən şəxslərlə bağlı söylədiyi fikirlər əvvəlki bəyanatlarını şübhə altına alır.

Məlumdur ki, Bakı Hərbi Məhkəməsində Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan dövləti və xalqı əleyhinə ağır cinayətlər törətməkdə təqsirli bilinən şəxslər üzərində proses başlayıb, məhkəmə istintaqı gedir. Müttəhimlərdən birinin ifadəsində adı çəkilən və narahat olan Paşinyan dərhal Azərbaycan əleyhinə uydurma bir ittihamla çıxış edib. O Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib ki, müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərə guya psixotrop maddələr verilib və sair.

Azərbaycan Xarici İşlər Nazirliyindən bu böhtana tutarlı cavab özünü gözlətməyib. Bildirilib ki, təqsirləndirilən şəxslərlə bağlı bu cür iddiaları Beynəlxalq Qırmızı Xaç Komitəsi araşdırıb və onların yalan olduğu təsdiq edilib. Eyni zamanda həmin şəxslər istədikləri vəkillərlə təmin edilib, barələrindəki cinayət işlərinin materialları ilə tanış olmaq, məhkəmə prosesinə hazırlaşmaq imkanları da olub.

Bir sözlə, nə saxlanma zamanı, nə barələrində həbs qətiimkan tədbiri qəbul olunarkən, nə istintaq prosesində, nə də məhkəmədə heç bir prossessual pozuntuya yol verilməyib.

Doğrudur, Ermənistan mediasında, xarici mediada bu məsələyə dair uydurmalar yayılır. Xüsusilə, Fransa mediası canfəşanlıq edir. Amma bunların heç birində hər hansı rəsmi mənbələrə istinad yoxdur. Bu cür uydurma ittihamları yayanlar məhbusların vəziyyətini yerində izləmək, onlarla görüşmək imkanı olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatlarına əsaslanmırlar, heç adını da çəkmirlər.

Eynilə Nikol Paşinyan da heç bir konkret fakta, məlumatlı, etibarlı mənbəyə əsaslanmadan Azərbaycana qarşı saxta iddialar irəli sürür.

Bir tərəfdən, Azərbaycanla münasibətləri guya gərginləşdirmək istəmir, sülh gündəliyinə sədaqət andı içir, o biri tərəfdən, müharibə cinayətlərində təqsirləndirilən şəxslərə guya psixotrop maddələr verildiyini iddia edir.

Məlumdur ki, rəsmi İrəvan tez-tez Azərbaycanı Ermənistanın daxili işlərinə qarışmaqda günahlandırır. Ancaq Ermənistan özü Azərbaycanın daxili işlərinə qarışmağa, məhkəmənin gedişinə təsir etməyə, ifadələri yönləndirməyə uğursuz da olsa, hər halda cəhd edir. Azərbaycanın daxili işlərinə qarışmaq, əlbəttə, Ermənistan üçün çətindir. Bu cür bəyanatların məqsədi Azərbaycan əleyhinə xaricdə işləri qarışdırmaqdır.

Əslində Nikol Paşinyanın məqsədi heç də məlum təqsirləndirilən şəxsləri Azərbaycandan qorumaq deyil, özünü həmin şəxslərdən qorumaqdır. Eyni zamanda ABŞ-da hakimiyyət dəyişikliyi, ABŞ-la Avropa İttifaqı arasında ziddiyyətlər, Rusiyanın Ermənistana qarşı mövqeyinin daha da sərtləşməsi fonunda Nikol Paşinyanın qurduğu strategiya "axsamağa" başlayıb. Bütün bunlara görə Nikol Paşinyan Ermənistan cəmiyyətinin diqqətini mümkün qədər başqa mövzularla məşğul etməyə çalışır. Hansı səbəbdən olursa-olsun, Nikol Paşinyan yalan danışıb. Bakıda məhkəməsi gedən müttəhimlər 2023-cü ildə saxlanılana qədər hansı maddələrin təsirinə düşüblərsə, o başqa. Ancaq hazırda onların təsiri altında olduğu maddələr yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələridir. Nikol Paşinyandan isə bu şəxslərə heç bir halda vəkil çıxmaz; əvvəla hüquq təhsili yoxdur, İrəvan Universitetində heç jurnalistika fakültəsini bitirə bilməyib (qovublar), o da olsun hüquq oxumaq, ikincisi, məlum şəxslər onun üçün "müvəkkil" deyil, rəqib kimi görünür. Üstəlik, diletant, həm də distant vəkil isə heç kimə kömək edə bilməz.

Bahəddin Həzi,
Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05
Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir - deputat
Bu gün, 13:05
Ermənistanda yeni 20 min dramlıq əskinas tədavülə buraxılıb
Bu gün, 13:02
Bakıda fantastik qiymətlərə mənzillər: - Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
Bu gün, 13:00
Rusiyanın məcburi müharibəyə apardığı azərbaycanlı haradadır? - AÇIQLAMA
Bu gün, 12:53
İki ildir İran məhkəməsinin qərarını gözləyirdik... - Orxan Əsgərovun qızı
Bu gün, 12:23
Konstitusiya, referendum və icra başçıları: Mötəbər mənbələr nə deyir? - AKTUAL
Bu gün, 12:19
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:17
Paşinyan “erməni soyqırımı” səhifəsini bağlayır – Lika Tumanyan
Bu gün, 12:16
“Xalq Sığorta”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:13
İlham Əliyev Lukaşenkoya zəng edib
Bu gün, 12:09
Çeçen faktoru Azərbaycan-Rusiya gərginliyini azaltmaq səylərini çətinləşdirir - Eurasia.net
Bu gün, 12:07
Bakı həbsxanasında daha 2 məhkum ÖLDÜ
Bu gün, 12:03
“Əvvəllər QHT adı gələndə fikirləşirdin ki, burada nəsə qara-qura iş var” - VİDEO
Bu gün, 12:01
Fransa Suriyaya qarşı bəzi sanksiyaları ləğv edib
Bu gün, 11:58
Rusiya saxta məlumatlar verərək törətdiyi hərbi cinayəti gizlətməyə səy göstərir - NƏ ETMƏLİ?
Bu gün, 11:54
Keçmiş hakim vaxtından əvvəl azadlığa buraxıldı - BUNA GÖRƏ...
Bu gün, 11:50
"Tramp Azərbaycan və Ermənistanı sülh sazişi imzalamağa məcbur etməyə çalışacaqmı?.." - Analitik cavablandırır
Bu gün, 11:48
AMEA-nın Qafqazşünaslıq İnstitutu LƏĞV EDİLDİ - QƏRAR
Bu gün, 11:38
Fransız və erməni hakerlər Trend BİA və Day.Az saytlarına hücum ediblər - DİQQƏT!
Bu gün, 11:35
Sabunçuda hamam da köhnədir... tas da... - AXI NİYƏ?..
Bu gün, 11:34
"Ermənistanın Qərbə üz tutması İranla əlaqələrini də korlaya bilər" - Mixneviç
Bu gün, 11:29
ƏÜO-da gənc əsgərlərin hazırlığına xüsusi diqqət göstərilir - VİDEO
Bu gün, 11:24
Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası... KİMİNDİR?
Bu gün, 11:21
Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək
Bu gün, 11:03
Gürcüstan bankında qalan pullar: FORMULA-1 İŞİ... - TƏFƏRRÜAT
Bu gün, 10:58
Nohurgöldə meyiti tapılan şəxs alimin oğlu imiş
Bu gün, 10:52
"Göyün yeddinci qatında məni ilk Röya təbrik etdi" - Xalq artisti
Bu gün, 10:48
Konstitusiya dəyişikliyi BUNA GÖRƏ OLMAYACAQ - ARAŞDIRMA
Bu gün, 10:44
Binəqədi İH-in göz yumduğu tikilinin sahibi məsuliyyətə cəlb edilib - FOTOLAR
Bu gün, 10:39
Paşinyan bunu təsadüfən demədi, həyata keçirəcək - Manukyan
Bu gün, 10:34
Toponimiya Komissiyasının sədri, sədr müavini və katibi seçilib - ADLAR
Bu gün, 10:33
Sosial şəbəkədə vətəndaşı şantaj edən şəxs həbs edilib
Bu gün, 10:31
"Oğlumun qatilinin edamında iştirak edəcəm..." - Orxanın atası İrana GEDƏCƏK
Bu gün, 10:28
Zəngəzurdan yüklərin keçidi belə olacaq: Sərnişinlər isə bu qayda ilə gedəcəklər – Meyarlar açıqlandı
Bu gün, 10:23
Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20
Yeni baş direktor külli miqdarda vergi borcu olan məşhur şirkətin adını dəyişdi - TƏFƏRRÜAT
Bu gün, 10:15
Naxçıvanda Ali Məclis ləğv ediləcək - “Olmayan məclislərin “ali”si də ola bilməz”
Bu gün, 10:11
Keçmiş məmurun həbsdə olan oğlu yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 10:02
Azərbaycanda helikopterlərin özəlləşdirilməsi üzrə hərrac dayandırılıb
Bu gün, 10:00
Magistraturaya sənəd qəbulu bu gün başa çatır - DİQQƏT
Bu gün, 09:59
31 yaşlı müəllim qəfil vəfat etdi - Müharibə qazisi idi
Bu gün, 09:56
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçinin işi Ali Məhkəmədə
Bu gün, 09:56
Rövşən Mehdiyev həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:54
"Kəndimizin içməli su problemi var..." - AMMA NƏ OLSUN?..
Bu gün, 09:47
2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb - Baş prokuror
Bu gün, 09:40
Ötən gecə Rusiya ərazisində 32 ədəd PUA sıradan çıxarılıb
Bu gün, 09:33
"Məşğulluq Agentliyi insanları ALDADIR..." - İTTİHAM VAR...
Bu gün, 09:28
Trampın əfvindən imtina olundu
Bu gün, 09:20
Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru