Muxtar Babayev Masallıda ağac əkir, Nəsimi Nəsibov isə... - BU NƏDİ BELƏ?..
Azərbaycanda uzun illər hesabına ərsəyə gəlmiş meşələrin bu gün asanlıqla, kütləvi şəkildə qırğına məruz qalması son ayların ən aktual mövzularındandır. Elə bir ay bundan əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən “Monte Ferro” şirkətinin Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsməsi. az qala, böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə nə az-nə çox – təxminən 8 milyon manatdan çox ziyan dəyməsi barədə və şirkətin bir neçə əməkdaşının Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi də bu mövzulardandandır.
Qeyd edək ki, “Plazalar kralı” kimi tanınan Aydın Dəmirçinin oğlu Qafar Dəmirçinin həbs edilməsə, meşə fonduna vurulan maddi ziyan ödəndikdən sonra azadlığa buraxıldı.
Qeyd edək ki, meşə fondunun məhv edilməsi, torpaqlarının əkilməsi, meşələrin kürünərək yerində müxtəlif təyinatlı obyektlərin tikintisi artıq kütləvi hal alıb. Bu tək respublikanın şimal bölgəsində deyil cənubunda olan meşə torpaqlarında da baş verir. Cəlilabad Masallı, Yardımlı meşələrinin kütləvi şəkildə qırılması barədə elektron media resurslarında kifayət qədər məlumatlar var.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün ölkənin müxtəlif yerlərində yeni yaşıllıq zonaları salınır, yol kənarları dekorativ ağaclarla bəzədilir. Bununla bərabər ucqar rayonlarda, gözdən uzaq bir çox dağ kəndlərinin ərazilərində yerləşən meşələrdə isə nadir ağaclar kəsilməkdə davam edir. Meşələrin qorunmasına və inkişaf etdirilməsinə birbaşa məsul olan dövlət qurumu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bu kimi hallara sadəcə səthi açıqlamalar verir, bir çox hallarda susqunluq nümayiş etdirir, bir çox hallarda isə sadəcə seyrçi rolunda qalır.
Qeyd etdiyimiz kimi Masallı, Yardımlı, Cəlilabad meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı elektron mediada və sosial şəbəkələrdə son aylar adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlinir. Məlumatlarda sakinlər bu rayonlarda meşələrin kütləvi şəkildə qırılması ucbatından ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Yardımlı rayonunun Ləzir meşələrinin 1 saylı meşəbəyliyin 2A saylı dolayında yüzlərlə cavan ağac qanunsuz şəkildə meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilərək satılması, Cəlilabad meşəbəyliyinin 1, Göytəpə meşəbəyliyinin 13 və 16 saylı meşə dolaylarında ağacların kütləvi kəsilməsi, Masallı rayonunun Böyük Xocavar kəndindəki meşələrin məhv edilməsi ilə yayılmış və təkzib olunmamış video və foto faktlar da bu qəbildəndi. Meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Redaksiyamıza daxil olan başqa bir məlumatda bildirilir ki,11 saylı RMTM- nin Göytəpə meşəbəyliyinin 12 saylı dolayı və 18 saylı dolaylarda meşə fondu torpaqlarda taxıl əkılməsi və Masallı rayonunun Yeyənkənd meşəbəyliyində kənar meşə adlanan ərazisində və yeni Zuvand kənd meşə fondu torpaqlarında qanunsuz evlərin tikilməsi halları baş vermişdir.
Qeyd edək ki, bir neçə rayona aid olan sözügedən ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət dairəsindədir. RMTM- nin direktoru Nəsimi Nəsibovdur. “Yuxarıların adamı” olan Nəsimi Nəsibovu güya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sözügedən Mərkəzdə uzun illər baş verən qanunsuzluqların qarşısının alınması məqsədi ilə təyin ediblər. Lakin Nəsimi Nəsibov da meşələri talayan əvvəlki rəhbərlərin yolunu tutmağa üstünlük verib.
Redaksiyamıza verilən məlumatda bildirilir ki, 11 saylı RMTM- nin direktoru Nəsimi Nəsibov bütün bunları adı hal kimi qəbul edir. Görünür ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov da Nəsimi Nəsibova təsir etmək iqtidarında deyil. Qəribə orasıdır ki, sübut və dəlillərlə yayılmış video faktlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi də heç bir açıqlama vermir. Sanki bu meşələrin onlara heç bir aidiyyatı yoxmuş. Butün bunlar son nəticədə meşələrin keçəlləşməsinə səbəb olmaqla yanaşı, nazirin apardığı “Yaşıl Dünya” siyasətin əksinə olaraq “Yaşıl soyqırım”a vəsilə olur.
Qeyd edək ki, 24.12.2024 -cü il tarixdə ‘Yaşıl Dünya Naminə Həmrəylik ili’ çərçivəsində 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində ağacəkmə aksiyası təşkil edilmişdir. Sözügedən aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak edib, ağac əkib. Amma nazirdən fərqli olaraq 11 saylı RMTM- nin direktoru Nəsimi Nəsibov ucqar meşələrdə qiymətli ağac növlərinin kəsilib, satılmasına şərait yaradır.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin sonunda “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlara edilən dəyişiklikləri təsdiqləyib.
Sözügedən dəyişikliklər ölkə ərazisində mövcud yaşıllıqların mühafizəsi və onun məhvinə yönələn hərəkətlərin daha sərt şəkildə cəzalandırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb.Yeni dəyişikliklərin əvvəlkindən fərqi nədir?
– İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinin əvvəlki redaksiyasına görə, ağac kəsilməsində hesablanan ziyanlar 1000 manatı keçdiyindən materiallar hüquq-mühafizə orqanlarına göndərilirdi və əməl böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilirdi. Yeni dəyişiklikdə əməlin cinayət tərkibi yaratması üçün dəymiş ziyanın məbləği 5 000 manat müəyyən olunub və təqsirkar şəxslərin yüksək məbləğdə inzibati cərimə edilməsi mexanizminin tətbiqi mümkün olacaq.
Həmçinin qanunvericiliyin ədalətlilik prinsipi baxımından Cinayət Məcəlləsinin 259-cu maddəsinin sanksiyasında olan cərimə cəzaları dəyişikliyə əsasən manatla deyil, yaşıllıqların məhvinə görə təbiətə dəymiş ziyanın iki-dörd misli miqdarında müəyyənləşdirilərək tətbiq ediləcək. Buna uyğun olaraq yeni dəyişikliklərə görə 5 000-20 000 manatadək hesablanan məbləğ xeyli miqdar sayılır və xeyli miqdarda ağac kəsməyə görə cinayət əməlinin kateqoriyası ağırlaşdırılaraq az ağır cinayət hesab olunacaq. Hazırkı redaksiyada 20 000-50 000 manatadək külli miqdar, yeni təsbit edilən xüsusilə külli miqdar anlayışı isə 50 000 manatdan yuxarı məbləği əhatə edir.
Aktualinfo.org-un təqdim etdiyi bu foto və video faktlardan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi görəsən 11 saylı RMTM- nin direktoru Nəsimi Nəsibovu hansı şəkildə cəzalandıracaq.
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp administrasiyası 60-a yaxın USAID rəsmisini məzuniyyətə göndərib - “Reuters“
Bu gün, 07:23 |
|
|
|
• Naxçıvan gömrüyünün TOXUNULMAZLARI - indi də bələdiyyə seçkilərinə girişiblər
Bu gün, 07:22 |
|
|
|
• Ermənistan Türkiyənin 30 illik şərtlərinin hamısını qəbul etdi - AÇIQLAMA
Bu gün, 07:18 |
|
|
|
• "AŞPA-da olub-olmamağımız insan hüquqlarında heç bir rol oynamayacaq" - deputat
Bu gün, 07:16 |
|
|
|
• Qəzza razılaşması və qarşılıqlı ittihamlar: risklər artır - NƏ BAŞ VERİR?
Bu gün, 07:12 |
|
|
|
• Ukraynada başımızı qatırlar, əsas döyüş burdadır
Bu gün, 07:09 |
|
|
|
• Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan müharibə hazırlıqlarını sürətləndirir – Sərhəddə gərginlik artdı
Bu gün, 06:20 |
|
|
|
• “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41 |
|
|
|
• Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37 |
|
|
|
• İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34 |
|
|
|
• Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32 |
|
|
|
• Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28 |
|
|
|
• Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23 |
|
|
|
• Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21 |
|
|
|
• İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12 |
|
|
|
• Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10 |
|
|
|
• "Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07 |
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Dünən, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13 |
|
|
|
|