Ermənistan mediası Baş nazir Nikol Paşinyanın rezonans doğuran açıqlamasının detallarını yayıb.
Globalinfo.az xəbər verir ki, Paşinyan sözügedən çıxışında dolayı yolla revanş mesajları verib.
O deyib ki, Ağrı dağı diskursu orduda reform üçün vacibdir.
“Əgər biz orduda reformu Ağrı dağı və tarixi Ermənistan adıyla aparsaq, bizə heç kim silah verməyəcək və hərbi tərəfdaşlıq qurmayacaq. Biz özümüzü hədəf edəcəyik. Ağrı dağı diskursu ilə biz müasir silah ala bilmərik, əvəzində bizə vaxtı keçmiş silah verəcəklər. Belə vətənpərvər motivlərlə biz müstəqilliyimizi hər gün hiss etmədən itirəcəyik”, – deyə o bildirib.
Onun sözlərinə görə, heç kim bizə Ağrı dağı görüntüsü ilə silah verməyəcək, çünki heç kim Ermənista üçün Türkiyə ilə konfliktə girmək istəmir:
“Bəziləri hətta deyir ki, bu hökumət ağıllı davranır. Bizim indi ərazi iddialarımız yoxdur, güclənəcəyik və sonra danışacağıq. Yox, mən deyirəm ki, biz bu strategiyanı bu, sabah, birigün və həmişəlik saxlamalıyıq. Əks halda biz dövlətimizin məhvi üçün koalisiya yaradacağıq. Ağrı dağı ciddi strateji məsələdir”.