Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən rayonundakı qum-çınqıl karxanasından 103 min manatlıq avadanlıqların oğurlanması ilə bağlı keçirilən prosesdə sabiq icra başçısı İbrahim Mehdiyevin adı çəkilib. Məhkəmədə məlum olub ki, karxana vaxtilə Yasamal və Xətai rayonlarına rəhbərlik etmiş Mehdiyevə məxsus olub.
Neyron ADS
Məhkəmə prosesində təqsirləndirilən şəxs iddia edib ki, İbrahim Mehdiyev həmin karxananı qeyri-rəsmi nikahda olduğu qadına bağışlayıb. Həmçinin, Mehdiyevin Azərbaycanda və İsveçrədə böyük sərvətə malik olduğu bildirilib.
İbrahim Mehdiyev məsələ ilə bağlı Ajans.az-a verdiyi açıqlamada ittihamların əsassız olduğunu qeyd edib:
"Son günlər mediada mənim haqqımda yayılan məlumatlarda sadəcə iki şey doğrudur: biri mənim anadan olduğum tarix, digəri isə Yasamal rayonunda icra başçısı işlədiyim və işdən ayrıldığım tarixlər. Qalan iddialar həqiqətə uyğun deyil."
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən rayonunda yerləşən qum-çınqıl karxanasından 103 minlik avadanlıqların oğurlanması ilə bağlı keçirilən prosesdə vaxtilə Bakının Yasamal rayonunda icra başçısı olmuş İbrahim Mehdiyevin qeyri-rəsmi nikahda yaşadığı qadına karxana bağışladığı ilə bağlı iddialar yayılmışdı.