HANSI NAZİRİN HANSI XƏSTƏLİYİ VAR?
Tarix: 16-09-2011, 16:35 | Çap et
DİA.AZ-IN ŞOK ARAŞDIRMASI!!!
Müasir dövlət idarəçiliyinin ən yüksək zirvəsi sayılan demokratiya həm də hakimiyyət başında olan şəxslərin, dövlət vəzifəli məmurların fəaliyyətinin şəffaf olmasını tələb edir. Elə buna görə də bir çox ölkələrdə rəsmi şəxslərin nəzarətdə saxlanması üçün bəzi tədbirlər görülür, qərarlar qəbul edilir. Məsələn, qonşu Gürcüstanda prezidenti Mixail Saakaşvilinin qərarı ilə hazırda vəzifə başında olan bütün nazirlər, yüksək vəzifəli məmurlar narkotestdən keçirilir. Kiminsə narkotika aludəçiliyi aşkarlanarsa, təbii ki, həmin şəxs vəzifə ilə vidalaşmalı olacaq. Saakaşvilinin nədən belə bir addım atdığını Gürcüstan reallığına həvalə edək. Azərbaycan reallığı isə bunu deyir ki, narkoticarətin beşiyi başında bəzi hallarda yüksək vəzifəli şəxslər dayanır. Belə olduğu halda ölkəmizdə də dövlət qulluğunda çalışanların narkotestdən keçirilməsi doğrudan da çox maraqlı və lazımlı olardı. Təbii, əgər həmin testlər şəffaf keçirilərsə. Azərbaycanda belə bir testin şəffaf keçiriləcəyi sual altında olduğundan onun nəticəsinin müsbət effekt verəcəyindən də danışmağına dəyməz. Hansısa nazir, yaxud məmur narkotikaya meyillidirsə, testdən yaxşı çıxmaq üçün səhiyyə strukturlarını da ələ alacaq. Ona görə də Azərbaycanda belə bir testin şəffaflığı qətiyyən inandırıcı görünmür.
Demokratiyanın beşiyi sayılan ABŞ-da isə bir sıra vəzifələr var ki, bunlara təyinat olanda həmin şəxs müxtəlif testlərdən keçirilir. Bu yoxlamalardan biri də məhz narkotikdən asılılığın yoxlanmasıdır. Çünki o işin xarakteri elədir ki, əgər bu amil nəzərə alınmazsa, gələcəkdə müəyyən problemlər yarana bilər. Digər tərəfdən, əgər şəxs vəzifəyə təyin edilirsə, həmin vəzifəylə bağlı müəyyən tələblər vardır. Vəzifəyə iddia edən şəxs də bunu bilir və testdən keçməyə özü könüllü şəkildə razılıq verir. Hətta bir sıra qərb ölkələrində »yalan detektoru» deyilən bir test də var. Bunun sayəsində şəxsin yalan danışmağa nə dərəcədə meyilli olub-olmadığı öyrənilir. Hazırda bu üsulun geniş miqyasda tətbiqi və rəsmiləşdirilməsi istiqamətində çalışılır. Təbii ki, statistik yalanlar üzrə rekord vuran məmurlarımızın bu yoxlamadan da uğurla çıxacağına inanmaq çətindir.
Amma heç də demək olmaz ki, Azərbaycanda dövlət qulluğuna qəbul zamanı heç bir yoxlama aparılmır. Dövlət qulluğuna iddialı şəxslər test üsulu ilə imtahan verirlər. Daxili İşlər Nazirliyinə qəbul zamanı psixoloji testdən keçirilmə qaydası mövcuddur. Çünki bunu işin mahiyyəti tələb edir. İnsanın bilik səviyyəsinin müəyyən edilməsi işin bir tərəfidir. Ancaq bu insan həmin vəzifədə özünü necə aparacaq, o, hansı zərərli vərdişlərə sahibdir və qazanılması sonradan mümkün olan vərdişlərə nə dərəcədə meyillidir, buna aydınlıq gətirilməsi yalnız işin xeyrinədir. Bunlar dünyada geniş tətbiq olunan üsullardır. Ümumiyyətlə, əhəmiyyətli funksiya yerinə yetirən məmurların sağlamlıq durumları haqqında arayış təqdim etmələri, həkim nəzarətindən keçmələri vacibdir. Testdən keçirilmələr heç bir halda insan hüquq və azadlıqlarının pozulması, məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Hansısa şəxsə məsul vəzifə həvalə edilirsə, onun səhhəti, eyni zamanda psixoloji durumu da bəlli olmalıdır. Məsələn, Rusiya səhiyyə nazirinin qərarı var ki, dövlət qulluğuna qəbul olunan şəxs sağlamlıq haqqında arayış təqdim etməlidir. Xüsusilə də burada şizofreniya, əsəb sistemi xəstəlikləri, aktiv maddələrin qəbuluna ciddi fikir verilir. Bu hallar aşkarlanarsa, həmin adam dövlət qulluğuna alına bilməz. Vəzifədə olan şəxslər də periodik olaraq dispanserizasiyadan keçməlidirlər, yəni vaxtaşırı həkim nəzarətindən keçməlidirlər və tibbi arayış təqdim etməlidirlər. Nəzərə almaq lazımdır ki, bir çox məmurlar əhəmiyyətli vəzifə yerinə yetirirlər.
Əslində Azərbaycanda da dövlət qulluğuna qəbul zamanı sağlamlıq haqqında arayış təqdim edilir. Ancaq bu yeni işə qabul edilən gənc kadrlara şamil edilir. Kreslosunda möhkəmlənmiş oliqarx-məmurlar bu qaydaya əməl etmir. Nəzərə alsaq ki, Azərbaycanda bəzi nazirlər, məmurlar artıq 10 ildən artıqdır vəzifədədirlər, onların bu illər ərzində hansı vərdişlərə yiyələndiyini öyrənmək, hansı xəstəlikləri qazandığını bilmək heç də pis olmaz. Xüsusilə o halda ki, gözümüzün qabağında həbsxanaya düşən kimi ağır xəstə olduğu üzə çıxan sabiq səhiyyə naziri Əli İnsanov və sabiq iqtisadi İnkişaf Naziri Fərhad Əliyev örnəyi var.
Ümumiyyətlə, dövlət məmurlarının səhhəti istənilən cəmiyyətdə diqqətlə izlənilir. Bunu nəzərə alaraq, »Gündəm xəbər» olaraq dövlət məmurlarının, əsasən də nazirlərimizin, yüksək dövlət vəzifəsi daşıyan şəxslərin sağlıq durumu ilə maraqlandıq.
Qeyd edək ki, dövlət adamlarının səhhətindəki durumu öyrənmək o qədər də asan məsələ deyil. Çünki onların müalicə olunduğu yerlər bu məlumatların qapalı qalmasında maraqlıdırlar. Buna baxmayaraq, bir neçə il öncə dövlət xəstəxanalarında müalicə olunan bəzi nazirlərimizin kimliyini və xəstəliklərinin adını öyrənə bildik. Araşdırmalarımız zamanı əldə etdiyimiz məlumatlar onu göstərdi ki, dövlət məmurlarının böyük əksəriyyətində şəkər və qan təzyiqi xəstəliyi var. Müxtəlif kanallarla əldə etdiyimiz məlumatlar isə bundan ibarətdir:
Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev - şəkər xəstəliyi;
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov - qara ciyər;
Vergilər naziri Fazil Məmmədov - şəkər xəstəliyi;
Kənd təsərrüfatı naziri İsmət Abbasov - qara ciyər və böyrək xəstəliyi;
Təhsil naziri Misir Mərdanov - qan təzyiqi xəstəliyi;
ARDNŞ prezidenti Rövnəq Abdullayev - qan təzyiqi;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov - tərləmə və qan təzyiqi xəstəliyi;
Prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov - qan təzyiqi xəstəliyindən əziyyət çəkir.
Bu məlumatlardan sonra müqayisə aparmaq üçün hakimiyyətə iddialı müxalifət liderlərinin də səhhəti ilə maraqlandıq. Rəqiblərindən fərqli olaraq müxalifətdə ciddi xəstəlikdən əziyyət çəkən yoxdur. Şəkər və təzyiq xəstəliyinə isə ümumiyyətlə rəst gəlinmədi. Onu da bildirək ki, şəkər xəstəliyi əsasən qorxudan yaranır...
Bütün hallarda »sağlam bədəndə sağlam ruh olar» məsəlinin »sağlam hakimiyyətdə sağlam nazir olar» adekvatını xatırladaraq dövlət vəzifəlilərimizin hər birinə Allahdan şəfa diləyirik...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
• "Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11 |
|
|
|
• Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07 |
|
|
|
• Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03 |
|
|
|
• Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01 |
|
|
|
• Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56 |
|
|
|
• "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51 |
|
|
|
• Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49 |
|
|
|
• “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42 |
|
|
|
• KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33 |
|
|
|
• Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22 |
|
|
|
• Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14 |
|
|
|
• Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10 |
|
|
|
• Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08 |
|
|
|
• “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02 |
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
|