ERMƏNİSTANDA MƏMURLAR NƏYİN HESABINA YAŞAYIR?
Tarix: 16-09-2012, 13:01 | Çap et
MAAŞIN, YOXSA RÜŞVƏTİN?
Ermənistanın prezidenti ayda təxminən min dollar maaş alır. Baş nazir 850 dollara yaxın, parlament üzvləri vergi xaric ayda 600 dollar əməkhaqqı alırlar. Ermənistan parlamentində müxalifətdən olan millət vəkili Lyudmila Sarqisyan deyir ki, eyni məbləğdə olan maaş müxalif və hakim partiyadan olan millət vəkilləri üçün tamamilə fərqli məna kəsb edir: «Respublika və ya digər aparıcı hakim partiyadan olan millət vəkilləri nəyə görə bu maaşdan razıdırlar? Çünki onların bu maaşa ehtiyacı yoxdur, əlavə gəlirləri var. Onlardan fərqli olaraq müxalif partiyadan olan deputatları bu maaş qane edə bilməz, çünki biz bu maaşa yaşayırıq, yeganə gəlirimizdir. Amma biz xalqımızın necə yaşadığını nəzərə alaraq bu məsələni qaldırmırıq. Xalqın çox ağır sosial vəziyyətini nəzərə alanda deputatların maaşı sadəcə yaşamaq üçün olan maaşdan bir addım irəlidir». «MİLLƏT VƏKİLİNİN MAAŞI NORMAL YAŞAMAĞA BƏS ETMİR» Aparıcı Respublika partiyasından olan millət vəkili Ovanes Saakyan deyir ki, həqiqətən də təkcə maaşı hesabına yaşamır, həm də ailə üzvlərinin qazancı var: «Əgər ailədə təkcə sən işləmirsənsə, ailənin digər üzvləri də işləyirsə, məsələn, mənim ailəmdə olduğu kimi, bizdə həm də qardaşlarım, atam və anam işləyirlər, belə olan halda sən normal yaşaya bilirsən. Amma millət vəkillərinin maaşı normal yaşamağa bəs etmir». Sirr deyil ki, hakim partiyadan olan millət vəkillərinin ciddi biznesləri var və bunun hesabına yaşayırlar. Bu barədə Ovanes Saakyan deyir ki: «Hakim partiyadan olan heç də bütün deputatların biznesi yoxdur, kimin varsa da, son dəyişiklikdən sonra bizneslərini etibarlı əllərə təslim etdilər. Əlbəttə ki belə olan halda da onlara müəyyən gəlir gəlir, amma biznes özlərinə yox, ailələrinə məxsus olur». BİZNES YOX, RÜŞVƏT! İqtisadçı ekspert Ara Qaloyan isə əmindir ki, əksər məmurlar milyonları heç də biznes hesabına deyil, rüşvət və vəzifələrindən sui-istifadə etmək yolu ilə əldə edirlər: «Əksər məmurlarımız, oliqarxları nəzərdə tutmuram, məhz məmurlarımız sadəcə görüntü yaradırlar ki, guya biznesləri var, amma əslində öz vəzifələri hesabına varlanırlar. Mağaza və ya kafelərinin olmasından isə ona görə danışırlar ki, gəlirləri rüşvətlə yox, məhz buradan əldə etdiklərinə inandıra bilsinlər. Amma mən əminəm ki, məmurların 90 faiz gəlirləri onların vəzifələrindən sui-istifadə etmələri sayəsində əldə olunur». Ara Qaloyana görə, əksər yüksək vəzifəli şəxslər üçün rəsmi maaşlarının nə qədər olması əhəmiyyətli deyil, hətta bu məbləğ çox yüksək olsa belə, bu onların rüşvət almasının, öz vəzifələrindən sui-istifadə etmələrinin qarşısını almayacaq: «Bir neçə il bundan əvvəl hökumət xüsusilə də məhkəmə sistemində korrupsiyanın qarşısını almaq məqsədilə hüquqşünasların maaşlarını artırdı. Nəticədə bu gün onlar ölkə başçısından daha yüksək maaş alırlar, amma heç bir mütəxəssis deyə bilməz ki, məhkəmə sistemində korrupsiya heç olmazsa az da olsa dəyişib». SADƏ VƏTƏNDAŞLAR NƏ DEYİR? Sadə vətəndaşlara gəlincə isə, Ermənistanda orta aylıq əməkhaqqı 300 dollardır. Milli Statistika Xidmətinin əməkdaşı Lyusin Kalantaryan müxtəlif sferalarda əməkhaqqını müqayisə edir: «Ermənistanda ən yüksək maaşı maliyyə və sığorta sferasında işləyənlər alır – orta hesabla 700 dollar. Daha sonra rabitə sahəsində işləyən gəlir, orta hesabla 650 dollar qazanırlar. Ən aşağı maaşı isə mədəniyyət, əyləncə və istirahət sahəsində çalışanlar alırlar, onların aylıq gəliri orta hesabla 170 dollardır. Onu da demək istərdim ki, tibb və təhsil sahəsində işləyənlərin də maaşları aşağıdır. Hökumətin bütün səylərinə baxmayaraq, ölkədəki vəziyyəti nəzərə alsaq onların maaşı aşağı olaraq qalır. Şəhərdə və kəndlərdə çalışanlar arasında da maaş fərqi var. Kəndlərlə müqayisədə şəhərdə çalışanlar daha yüksək maaş alırlar. İş yerlərinin sayı da şəhərdə, xüsusən paytaxtın özündə daha çoxdur». \ Azadlıq Radiosu \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
• "Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11 |
|
|
|
• Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07 |
|
|
|
• Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03 |
|
|
|
• Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01 |
|
|
|
• Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56 |
|
|
|
• "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51 |
|
|
|
• Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49 |
|
|
|
• “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42 |
|
|
|
• KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33 |
|
|
|
• Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22 |
|
|
|
• Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14 |
|
|
|
• Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10 |
|
|
|
• Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08 |
|
|
|
• “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02 |
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
|