Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                     Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum .....                     "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib .....                     Tibb bacısı necə ginekoloq oldu? .....                 

“MƏN ÖZÜM DƏRS ALMIŞAM Kİ”...
Tarix: 10-09-2012, 11:40 | Çap et
“MƏN ÖZÜM DƏRS ALMIŞAM Kİ”...

“KİMƏSƏ DƏ NƏSƏ ÖYRƏDİM?”

Qədir Qızılsəs bir ildən çox yatmadı və xörək yemədi

Hər bir insan həyatda özünü və layiqli yerini tapmalıdır. İnsan yalnız özünü tanıdıqda, malik olduğu yerin sahibinə çevrilir. Bugünkü həmsöhbətim də səhnədə özünəməxsus yerə malikdir. O, səhnəyə çıxmadıqda, hər zaman yeri görünür. Çünki təkrarolunmaz səsi ilə qəlblərdə taxt qurmağı bacarmışdır.

Qonağım Qədir Qızılsəsdir...

- Özünüz haqda məlumat verərdiniz?

- Mən heç vaxt xatırlamıram özüm haqda kiməsə məlumat verim. Amma ilk dəfə sizə açıqlama verirəm. Doqquz ildən çoxdur heç bir yazılı mətbuata müsahibə vermirəm. Amma qismət elə gətirdi ki, sizə öz haqqımda tamaşaçının bilmədiyini deyəcəm. 1958-ci ildə anadan olmuşam. Əslim cənub bölgəsindəndir. Cəlilabadda anadan olmuşam. Ailəliyəm, iki övladım var. 1980-ci ildən bu sənətdəyəm.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Babamın çox gözəl səsi olub. Mənim fikrimcə ifaçının ali savadı yox, səsi önəmlidir. Fikirləşin ali savadlıdır, amma səsi yoxdur. Cabbar Qaryağdıoğlu hansı məktəbi bitirib ki? Amma çox gözəl səsi olub. Demək olar ki, uşaqlıq illərindən marağım olub musiqiyə. Allahın verdiyi səsdir. İki qardaşımın gözəl səsi olub. Biri rəhmətə getdi. O birinin səsi dəyişdi, axı hər bir kəsin səs seçmə dövrü var. Səs dəyişəndən sonra batır. Sənətdə heç bir müəllimim olmayıb. Məktəb illərində rəhmətlik Narınc müəlliməm var idi. Mənə o vaxt məsləhət gördü ki, bu sənətdən uzaqlaşmayım, başqa sənət seçməyim. Sonra Bakıya gəldim, Asəf Zeynallı adına musiqi məktəbinə imtahan verdim, beş aldım. Sonra məni kəsdilər. Fikirləşdim ki, səsim var, kəsdilərsə, bundan sonra heç bir musiqi məktəbinə sənədlərimi verməyəcəyəm. O vaxt Filarmoniyanın rəhbəri Ağası müəllim mənim səsimə qulaq asdı və öz ansamblına götürdü. Həm də rəhmətlik Ağası müəllim ansamblın rəhbəri idi. 1971-ci ildə orda ifa eləməyə başladım. 1980-ci ildən də professional sənətdəyəm. Allahıma min şükür edirəm ki, ifa etdiyim bütün mahnılar bu gün də sevilir.

- Bəs “Qızıl səs” titulu sizə necə verildi?

- 2001-ci ildə Azərbaycanda Gənclər təşkilatı respublika üzrə bütün müğənnilərin ifası üzrə sorğu keçirirdi. Regionlar üzrə ifaçılar çox idi. Mən də iştirak edirdim. “Qayıt” mahnısı himn olmuşdu. Reytinqi yoxladılar, mükafatı da mənə təqdim etdilər. Mükafatın da adı “Qızıl səs” idi. O vaxt Az.TV-də və başqa kanallarda göstərildi. Həmin tədbir “Təbəssüm” şadlıq sarayında keçirildi. Mən də seçilməsəydim, kimsə “Qızıl səs” olacaqdı. O vaxt Qədir “Qızıl səs” kimi hamı məni daha da çox tanıdı. Təkrar edirəm, əsas ifaçının səsidir. Səs böyük rol oynayır.

- Otuz iki ildir sənətdəsiniz. Dövlət tərəfindən fəxri ad almamağınız sizi narahat etmir ki?

- Qətiyyən narahat etmir. Çünki xalqım məni yetərincə sevir, bunu hər yerdə hiss edirəm. Hansısa televiziyada, radioda qonaq olanda da hiss edirəm. Məni nə qədər arayıb axtarırlar, telefonuma zənglər gəlir, məclislərinə çağırırlar. İnanın, çox sevinirəm ki, mənə qarşı diqqətlidirlər. İnşAllah, ad versələr də, verməsələr də, sağ olsunlar. Yenə də bütün məni sevənlərə xoşbəxtlik arzu edirəm.

- Mümkünsə, uşaqlıq xatirələrinizdən danışın.

- Məni tanıyanlar bilir ki, sadə, qəlbi təmiz insanam. Heç vaxt, heç kimə pislik arzu etməmişəm. Ailədə dörd qardaş, dörd bacı olmuşuq. İki qardaşım, iki bacım rəhmətə gedib (kövrəlir). Uşaq vaxtından futbol oynamağı çox sevmişəm. Sakit insanam, amma haqsızlığı da heç zaman sevməmişəm.

- Qədir müəllim, toylara gedirsinizmi?

- Çox gedirəm. Elə olur ki, təmənnasız gedib on beş dəqiqə çıxış edirəm. Heç vaxt pul mənim üçün önəmli olmayıb. Kimsə imkanı olmasa belə, verdiyi qonorara razı olmuşam. Allahıma min şükürlər edirəm. Allahım mənə bu səsi verib, xalqımın, dövlətimin içindəyəm.

- Uzun müddət səhnədən uzaq düşdünüz, xəstə oldunuz. Çətin də olsa, bu barədə danışardınız.

- Allahıma min şükür, hər şey arxada qaldı. İndi çox yaxşıyam. Mənim ifalarım mənim həyatımdır. Bütün mahnılarıma ürəyimi qoymuşam. Bu da Tanrının sınağıdır ki, alnıaçıq çıxdım. Evdə çox ağır vəziyyətdə yatırdım, hər gün üstümə təcili yardım gəlirdi. Bir gün çox ağırlaşdım, bir təcili yardım gəldi. Özümü çox pis hiss edirdim, təsəvvür edin, heç nə yeyə bilmirdim, mədəmdə güclü problem var idi. Bir həkim gəldi, dedi, siz məni tanımırsınız, amma mən sizi tanıyıram, xalqımızın sənətkarısınız. Sizə çox dava-dərman yazıblar, bu hala düşməyiniz reseptlərdəndir. Hərə bir dərman yazıb, reaksiya verib, ölümcül hala salıb sizi. Və baxdı, dedi, sizdə heç nə yoxdur. Mənə inanın, bir ay müddətində dediyim olmasa, istədiyiniz kimi yenidən bu reseptlərdən istifadə edərsiniz. Mən hələm-hələm heç kimə inanmıram, amma gələn həkim də məndə inam yaratdı. Hətta qonşum çıxdı. Təsəvvür edin ki, bir ildən çoxdur kök “soku”, bir də quru çörəklə qidalanıram, bir ildir yatmıram, xörək də yemirəm. Və söz verdim ki, sizin dediyiniz kimi olacaq, heç bir dərman istifadə etməyəcəyəm. Elə bil Allah bu insanı mənim üçün elçi göndərmişdi. Təsəvvür edin, gündə on dörd cür dərman içirdim. Hətta iynə vururdular, məni pis günə qoymuşdular. Mən həmin qardaşa inandım, telefon nömrəsini verdi və dedi, nə lazım olsa, məni gecə-gündüz yığ. Məsləhət verdi ki, bütün yeməklərdən də yavaş-yavaş ye, hər şey yaxşı olacaq. O dediyini elədim, gördüm artıq hər şey məndə yaxşılığa doğru gedir. Özümü yaxşı hiss edirəm. Həmin insan məni həyata qaytardı. Göydə Allaha, yerdə həmin insana borcluyam. Bu günə də şükür edirəm.

- Nə vaxtsa haqsızlığın qurbanı olmusunuzmu?

- Mən oxuyanda çox təzyiqlər olub mənə. Çox adamlar paxıllığımı çəkib, iradlar da olub. Amma sənətim, səsim məni xalqa sevdirdi. Xalq məni çox dəstəklədi. Əsas xalqın sevgisidir. Elə söhbətlər var, mən bilmirəm. Amma toy məclislərində mənə yaxınlaşıb deyəndə özüm qalıram belə ki, gör xalq hər şeyi bilir. Elin gözü tərəzidir. Mənim mahnılarımı dörd yaşında uşaqdan tutmuş ahıl insanlara qədər dinləyir. Bu mənim üçün uğurdur. Bir məsəl də var: “Görünən kəndə nə bələdçi?” İndi kim necə oxuyur, hamısı göz qabağındadır.

- Çox ciddi insansınız. Səhnədə məcburən gülüb, əylənib, əyləndirmək çətin deyil ki?

- Məndə sünilik yoxdur. Mənim oxuduğum ifalar içdən gəlir. İnsanda heç vaxt sünilik olmamalıdır. Hər şey təbii olanda daha da şəffaf olur.

- Qədirin qiyməti verilirmi?

- İfaçı var dörd-beş il oxuyur, yaddan çıxır. Amma günün bu günü mən uzun müddət – beş ildə bir dəfə, dörd ildə bir dəfə səhnədən uzaq düşdüm, amma yenə yaddan çıxmadım. Təsəvvür edin, iyirmi il bundan qabaq ifa etdiyim mahnı yenə sevilir, bunu Tanrı mənə bəxş edib, həmin Qədirəm. Qədirin qiyməti ondadır ki, indi oxudum, əvvəl oxudum, bütün mahnılarım sevilir. Və sevə-sevə məni qəbul edirlər. Tərif olmasın, mənim üçün vəziyyət belədir. Gündəmdə olmasam da, mahnılarım hər yerdə səslənməkdədir.

- Səhvləriniz, peşmançılığınız çoxmu olub?

- Həyatda səhvsiz insan yoxdur. Mən çox təsadüfi hallarda səhvlər edirəm. İnsanam, sadəliyimə görə inanıram qəlbim kimi, xəyanət görürəm, səhv eləyir, əbədi yadımda qalır. Xəyanəti heç vaxt bağışlamaram.

- Qısqanc insansınız?

- Həddindən çox qısqancam.

- Sizin üçün sevgi nə deməkdir?

- Sevgisiz həyat yoxdur. Sevgidə xəyanət olmamalıdır. Mən xəyanətkar insan deyiləm. Hər şeyi həyatda bağışlayaram, bir xəyanətdən başqa. Döyüb-söysün məni, hər söz desin, amma xəyanət etməsin.

- Sevib ailə qurmusunuz?

- Bəli, sevdim, ailə qurdum. Çox xoşbəxtəm.

- Qədir Qızılsəs necə insandır?

- Çox kövrək insanam. Təsəvvür edin, hansısa efirə baxıram, bir kinoda nəsə təsir etdisə, kövrəlib uşaq kimi ağlayıram.

- Kaprizləriniz varmı?

- Sənətdə çox kaprizliyəm. Arzu olunmayan yerə getmirəm. Kimdənsə asılı ola bilmərəm.

- Bəs hansı ifaları dinləyirsiniz?

- Ad deməyəcəyəm, çünki yenə də deyirəm, hansısa bir musiqi mənim zövqümü oxşayırsa, qulaq asıram.

- Gözlərinizdə silinməyən bir kədər var. Bu nədəndir?

- Mahnılarımın kədərli notlarından irəli gəlir. Haqsızlığa çox rast gəlmişəm. Taleyimi oxuyuram, yəqin ondandır.

- Tələbələriniz varmı?

- Yoxdur tələbəm. Məni heç kim öyrətməyib, özüm gəlib bu yerlərə çıxmışam. Gərək qabında ola ki, oxuya biləsən. Əgər kimsə oxumaq istəyirsə, disklər var, baxıb öyrənsinlər. Mən özüm dərs almışam ki, kiməsə nəsə öyrədim? Allahın vergisidir mənim səsim.

- Həmişə cavan görünürsünüz, lakin kamil düşünəcək yaş həddinə gəlib çatmısınız. İllər nələri öyrətdi sizə?

- Çox şeyləri öyrətdi. Başıma gəlməyən müsibətlər qalmadı. Saysız-hesabsız imtahanlardan keçdim. Həyatda ağrı-acı, çətinliklər gördüm. Nə qədər mənə arxadan pislik elədilər. Nəyə görə ediblər, bilməmişəm. Mən özüm heç kimə pislik etməmişəm, elə insan da olmamışam.

- Həyat deviziniz nədir?

- Sağlam oxumaq.

- Özünüz haqda şayiə eşidəndə necə reaksiya verirsiniz?

- Çox gözəl reaksiya verirəm. Sənətdəyəmsə, danışılmalıdır. Allah hamısına can sağlığı versin.

- Yuxulara necə, inanırsınız?

- Çox inanıram. Yuxuda bir çox şeylər insana bəlli olur.

- Özünüzü şou-biznesdə görürsünüz?

- Yox, qətiyyən görmürəm. şoudan uzaq insanam.

- Bəs qalmaqal nə deməkdir sizin üçün?

- Qalmaqala getmirəm. Qalmaqal yaddaşlarda yaxşı iz qoymur. İnanın, maraqlı deyil mənim üçün. Əsas devizim sənətimlə, musiqilərimlə xalqımı sevindirim.

- Olubmu kiminsə yollarına gizli-gizli baxıb ağlamısınız?

- Yox, qətiyyən belə bir hal olmayıb. Kimə görəsə ağlamamışam.

- Həyatınızın hansı illərini yenidən yaşamaq istəyərdiniz?

- Bütün illəri maraqla yaşamışam. Bir dənə Tanrıdan can sağlığı istəyirəm. Musiqi mənim həyatımdır, Tanrı bəxş edib, bundan başqa xalqın sevgisini verdi mənə. Hər illərim qiymətlidir mənim üçün.

- Bəs niyə duet oxumamısınız indiyə kimi?

- Heç vaxt oxumamışam. Heç fikirləşməmişəm də. Amma qismətdir, hansısa gəncə dəstək olub oxuyuram ki, gündəmə gəlsin.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Yeni mahnılarım çoxdur. Bundan sonra da sənətimlə daha da zirvələrdə olmaq istəyirəm.

- Bəs solo konsert haqda fikirləşmirsiniz?

- Qismət Allahdandır. Maliyyə dəstəyi olsa, təbii ki, edərəm. Tələbat var, bilirəm.

- Şəlalə nə deməkdir sizin üçün?

- Şəlalə - saflıq rəmzi sudur. Sizin də gözəl adınız var. Məhz Şəlalə o addan götürülüb.

- Sizcə, əsil kişi necə olmalıdır?

- Kişi sözündə düz, əməlində qürurlu olmalıdır.

- Bəs qadın necə olmalıdır?

- Namuslu, qürurlu olmalıdır. Qadın zirvədə olmalıdır. Əməlində düz olmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27
Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru