Yeni ili qızı ilə keçirməyə gedirmiş .....                     Paşinyanın yeni “sülh” oyunu: “Azərbaycanın şərtlərinə...” .....                     İnvestisiya Holdinqinin rəhbəri “Yeni stansiya tikiləcək” deyir, Metropoliten rəsmisi “Tikilməyəcək” .....                     Tramp da işğala “başlayır”: 5 ölkə hədəfdə .....                     Zaminlik elə kredit götürmək kimi bir şeydir... .....                     Qlobal savaş astanasında: Rusiya - NATO müharibəsi ehtimalı artıb .....                     Culfa sakini haqsızlıqla ÜZ-ÜZƏ... .....                     Göygölün icra başçısı narazılıq yaratdı .....                     Bu gün konserti var idi, amma... .....                     Kritik qərar: Ordu çevrilişə hazır vəziyyətə gətirilir .....                     "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" .....                     Qəzaya düşən təyyarədən xilas olan bələdçi ailəsi ilə DANIŞDI .....                     Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı? .....                     Bu gün Azərbaycanda matəm günüdür .....                     "Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi .....                     AZAL və FHN birgə MƏLUMAT YAYDI .....                     Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? .....                     Təyyarəmizdə bu nə dəliklərdir? .....                     Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb .....                     “Hələ müəyyən edə bilməyiblər” .....                     Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb .....                     ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir .....                     Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur .....                     Ermənistanla səfirliklərin açılması .....                     4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib .....                     Kredit daha çox hansı sektora yönəlib? .....                     Diplomların tanınmaması normaldır... .....                     “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? .....                     Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı .....                     AZAL-dan MATƏM PAYLAŞIMI .....                     “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” .....                     Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ .....                     Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib .....                     "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" .....                     Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... .....                     Təyyarə qəzasından sağ çıxan şəxs: .....                     “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü .....                     Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub .....                     Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı .....                     Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR .....                 

Misir Mərdanovun qoruya bilmədiyi rektor üçün növbəti təhlükə anonsu - Elşad Abdullayevin ən yaxın "silahdaşı" olub...
Tarix: 19-12-2014, 12:31 | Çap et
Misir Mərdanovun qoruya bilmədiyi rektor üçün növbəti təhlükə anonsu
Məlum olduğu kimi, Təhsil Nazirliyi Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması barədə bu ilin iyul ayının 7-də qərar qəbul edib. Təhsil Nazirliyindən verilən məlumata görə, özəl ali təhsil müəssisəsi olan Azərbaycan İctimai-Siyasi Universitetinin (AİSU) fəaliyyətinə verilmiş 5 illik lisenziyanın müddəti 2013-cü ilin sonunda başa çatıb.

Lisenziyanın müddətinin uzadılması ilə bağlı universitet tərəfindən təqdim edilmiş sənədlər diqqətlə araşdırılıb, habelə Təhsil Nazirliyinin əmri ilə yaradılmış ekspert qrupu ali məktəbin fəaliyyəti ilə yerində tanış olub. Aparılmış araşdırma nəticəsində AİSU-da tədris prosesinin formal xarakter daşıdığı, elmi-pedaqoji heyətin pozuntularla komplektləşdirildiyi və kafedraların mövcud qaydalara zidd təşkil olunduğu müəyyən edilib. Universitetin maddi-texniki bazasının yerində yoxlanılması göstərib ki, ayrı-ayrı şəxslərdən icarəyə götürülmüş mənzillərdə yerləşən bu ali təhsil müəssisəsində yaradılmış şərait Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin minimal tələblərinə uyğun gəlmir. Qeyd olunan nöqsan və çatışmazlıqların bu ali təhsil müəssisəsində tədris prosesinin davam etdirilməsinin qeyri-mümkün etdiyini nəzərə alaraq, Təhsil Nazirliyi Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın qüvvədə olma müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edib. Universitetdə təhsil alan tələbələr isə digər ali məktəblərə yerləşdiriliblər. Deyilənə görə, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev təhsil ocağının lisenziyasının uzaldılması üçün nə qədər cəhd göstərsə də, heç bir nəticə verməyib. Çünki həqiqətən də, sözügedən universitetdə təhsil formal xarakter daşıyırdı. Dəfələrlə bu universitetdən reportaj hazırlamış bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan İctimai-Siyasi Universitetində təhsil sistemi heç kollec səviyyəsində belə təşkil olunmamışdı. Bir neçə mənzildə yerləşən universitetə universitet demək də düzgün deyildi. Sadəcə, keçmiş rektorun sabiq nazir Misir Mərdanovla yaxın münasibətlərə malik olması AİSU-nun fəaliyyət göstərməsinə zəmin yaradırdı. Rasim Nəbiyev, o cümlədən onun təhsil ocağında müxtəlif vəzifələri tutan yaxın qohumları açıq-aşkar qanunsuz işlərlə məşğul idilər. Təhsil naziri Mikayıl Cabbarov mövcud nöqsanları nəzərə alaraq universitetin lisenziyasını uzatmadı, düz də etdi. Nazirin bu qərarını alqışlayırıq. Amma bu gün Rasim Nəbiyevin cəzasız qalması, daha dəqiq desək, onun universitetə rəhbərlik etdiyi illərdəki fəaliyyətinin araşdırılmaması bizdə təəssüf hissi yaradır. Açığı çoxları onun həbs ediləcəyini gözləyirdi, lakin hələlik bu baş verməyib. Biz tam əminliklə deyə bilərik ki, Azərbaycan İctimai-Siyasi Universiteti fəaliyyət göstərdiyi illərdə təhsil müəssisəsinə testdənkənar yollarla tələbə qəbulu aparılıb. Həmçinin bəzi tələbələr adıçəkilən universitetdən digər ali məktəblərə keçmək üçün "tramplin" kimi istifadə ediblər. Bu faktlar araşdırılsa, bütün həqiqətlər üzə çıxar. Hələ biz tələbələrdən illik təhsil haqqının hansı formada yığılmasından və imtahanların nəyin qarşılığında verilməsindən danışmırıq. Bu başqa yazının mövzusudur. Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları Rasim Nəbiyevin vaxtilə həyata keçirdiyi özbaşına əməlləri araşdırmalıdır. Yadımdadır bir vaxtlar, Azərbaycan Beynəlxalq Universitetində də bu cür qanunsuzluq yaşanmış, təhsilin formal xarakter daşıdığı, o cümlədən qanunsuz tələbə qəbulu aparılması barədə faktlar üzə çıxmışdı. Həmin ssenari Azərbaycan İctimai-Siyasi Universitetinin simasında yenidən təkrarlandı. Fikrimizcə, Təhsil Nazirliyinin yetkili əməkdaşları universitetdə aşkar etdikləri neqativ halları toplayıb istintaq orqanlarına təqdim etməlidir. Ona görə ki, Rasim Nəbiyevin adı vaxtilə çox dəhşətli məsələlərdə hallandırılıb. Və ən əsası o ABU-nun sabiq rektoru Elşad Abdullayevin əməllərini təkrarlayıb. Hansı ki, həmin məsələlər araşdırılsa, sabiq rektor ağır həbs cəzasına məhkum edilməlidir. Keçmiş rektor uzun müddət ölkəmizin ali təhsil sistemini bərbad hala salıb, savadlı kadrların yetişməsinə imkan verməyib. Məhz buna görə onun keçmişdəki fəaliyyəti dərindən araşdırılmalı və Rasim Nəbiyevin barəsində konkret cəza tədbirləri görülməlidir. Həmçinin onu da qeyd edək ki, törətdiyi bir sıra qanundankənar işlərin qarşılığında cəzasız qalan Rasim Nəbiyev biznesini genişləndirməklə məşğuldur. Bizə çatan məlumatlara görə, sabiq nazir Misir Mərdanovla dost olan Rasim Nəbiyev "Bakıxanov" çörək zavodunun, "Səhram" marketlər şəbəkəsinin və paytaxt ərazisindəki bir neçə ticarət obyektinin sahibidir. Onun Sabunçu rayonu Anaşkin küçəsində iki böyük imarətinin olması da yayılan məlumatlar arasındadır. Növbəti saylarımızda Rasim Nəbiyevin kimin vasitəsilə müxalifətə yardımlar etməsi barədə şok faktları açıqlayacağıq. Bizi izləyin.
\\ GünBakı \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni ili qızı ilə keçirməyə gedirmiş - FOTO
Bu gün, 07:23
Paşinyanın yeni “sülh” oyunu: “Azərbaycanın şərtlərinə...” - GƏLİŞMƏ
Bu gün, 07:13
İnvestisiya Holdinqinin rəhbəri “Yeni stansiya tikiləcək” deyir, Metropoliten rəsmisi “Tikilməyəcək” - MÜƏMMA...
Bu gün, 07:11
Tramp da işğala “başlayır”: 5 ölkə hədəfdə - ARAŞDIRMA
Bu gün, 07:08
Zaminlik elə kredit götürmək kimi bir şeydir... - ODUR Kİ...
Bu gün, 06:53
Qlobal savaş astanasında: Rusiya - NATO müharibəsi ehtimalı artıb - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
Culfa sakini haqsızlıqla ÜZ-ÜZƏ... - dalağı çıxarılan oğlunun...
Bu gün, 06:45
Göygölün icra başçısı narazılıq yaratdı - MÜRACİƏT
Bu gün, 06:39
Bu gün konserti var idi, amma...
Bu gün, 06:27
Kritik qərar: Ordu çevrilişə hazır vəziyyətə gətirilir – Tapşırıq bu ünvandan verilib
Bu gün, 06:25
"Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO
Bu gün, 06:21
Qəzaya düşən təyyarədən xilas olan bələdçi ailəsi ilə DANIŞDI - VİDEO
Bu gün, 06:18
Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı? - Yerində göstərilən reaksiya
Bu gün, 00:22
Bu gün Azərbaycanda matəm günüdür - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 00:18
"Embraer" şirkəti qəza ilə bağlı yardım təklif etdi
Dünən, 23:20
AZAL və FHN birgə MƏLUMAT YAYDI - ekipaj üzvlərinin cənazələri...
Dünən, 23:10
Hücum varsa, Rusiya hava məkanını niyə bağlamır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:51
Təyyarəmizdə bu nə dəliklərdir? - Qazaxıstan rəsmisinin cavabı
Dünən, 21:46
Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb - 23 vətəndaşımız ölüb
Dünən, 21:43
“Hələ müəyyən edə bilməyiblər” - Stüardessanın qardaşı danışdı
Dünən, 21:08
Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri
Dünən, 21:03
ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Dünən, 19:32
Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 19:09
Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Dünən, 19:00
4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Dünən, 18:58
Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Dünən, 18:16
Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Dünən, 18:04
“Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Dünən, 17:52
Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Dünən, 17:41
AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Dünən, 17:31
“Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Dünən, 17:21
Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Dünən, 17:15
Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Dünən, 17:13
"Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Dünən, 17:06
Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Dünən, 17:02
Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Dünən, 16:57
“Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Dünən, 16:46
Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Dünən, 16:43
Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Dünən, 16:40
Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Dünən, 16:37
Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Dünən, 16:33
Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Dünən, 16:30
“İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Dünən, 16:27
Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Dünən, 16:22
Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Dünən, 16:20
Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:19
Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Dünən, 16:01
Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:59
Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Dünən, 15:57
Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Dünən, 15:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru