Hakimiyyət əvvəlcədən proqnozlaşdırılan böyük dəyişikliklərə gedirmi? - Böyük güclər anlaşmış kimi görünür…
Tarix: 1-12-2014, 11:34 |
Çap et
DİA.AZ: - Artıq 2014-cü ilin son ayını yaşamaqdayıq. Və elə bu ərəfədən hakimiyyətin total kadr islahatlarına gedəcəyi haqda informasiyalar hələ xeyli əvvəlindən - bu ilin may aylarından yayılmağa başlamışdı. Bildirilirdi ki, hakimiyyət qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar öz daxilində də bir nizamlama işi həyata keçirəcək. Və nəticədə onlarla yüksək post tutan məmurlar belə görəvlərindən uzaqlaşdırılacaq.
Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, əslində həmin ərəfədə - yəni bu ilin yazında hakimiyyət çox ciddi prosesləri yaşayırdı:
«Burada söhbət iqtidardaxili qüvvələrin öz aralarında münasibət aydınlaşmasına girişməsindən gedir. Artıq vəziyyət stabilləşib. Ənənəvi qüvvələr ənənəvi mövqelərini qoruduqlarından bu ilin sonuna təxmin edilən böyük dəyişikliklər də aktuallığını itirib».
Amma mənbəmiz bir maraqlı faktı da diaaz.space-a açılamasında ifadə edib: «Bunun əvəzində isə onlarla rayonun icra başçısı vəzifələrini itirəcək və proses həqiqətən də dekabr ayının ilk dekadasından start götürə bilər».
Onu da qeyd edək ki, bir neçə rayonun rəhbərinin dəyişdiriləcəyi ilə bağlı müxtəlif informasiyalar bu günə qədər ayrı-ayrı KİV-lərdə də yer alıb. Hətta konkret siyahılar da açıqlanıb… Bu barədə az sonra geniş materialı təqdim edəcəyik. Bizi izləyin…