Bakının mərkəzində onlarla ailənin həyatı təhlükə altına atılıb - Narahat sakinlər prezidentdən kömək istədilər
Tarix: 15-08-2014, 16:42 | Çap et
DİA.AZ: - Paytaxtda aparılan inşaat işlərində tikinti normalarına və təhlükəsizlik qaydalarına riayət olunmaması artıq heç kəsə sirr deyil. Bu mənfi tendensiya xüsusilə də hündürmərtəbəli binaların tikinti zamanı yaşanır. Özlərinə "arxa” tapan tikinti şirkətləri binaları biri-birinə hədsiz yaxın məsafədə inşa edir, digər binanın mənzillərini gün işığından, təmiz havadan məhrum edirlər. Üstəlik, binaların yaxınlığında aparılan inşaat işləri ətrafdakı tikililər üçün təhlükə mənbəyinə çevrilir. Eyni vəziyyətlə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın sakinləri hazırda üz-üzədir.
DİA.AZ-a bu barədə şikayətçi düşən sakinlər indiyədək bir çox əlaqədar qurumlara müraciət etsələr də, başlarının üstünü almış təhlükə ilə heç kim maraqlanmayıb. Ərazidə tikinti aparan "Məxmər-77” MMC adlı şirkət sakinlərin şikayətinə məhəl qoymadan öz işini davam etdirir. Binaya bitişik aparılan tikinti işlərinin əhatə dairəsi isə getdikcə genişlənir. Binanın həm yanında, həm də tam qarşısında hündürmərtəbəli yeni binaların tikintisi aparılır. Bu isə bina sakinlərinin günəş işığından məhrum edilməsi və mənzillərə hava axınının sərbəst daxil olmasının qarşısının alınması deməkdir.
İnşaat işləri binaya çox yaxın məsafədə aparıldığından sakinlər binanın tərpəndiyini müşahidə edirlər. Məlumat üçün bildirək ki, təhlükənin getdikcə artdığını görən vətəndaşlar yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya da müraciət ediblər.
diaaz.space bildirir ki, müraciətdə deyilir: "Cənab, Prezident! Biz, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 84 saylı binanın sakinləri real təhlükə qarşısındayıq. Hazırda yaşadığımız bina 2002-ci ildə inşa edilib. Bir neçə il təhlükəsiz, rahat şəraitdə yaşamışıq. Amma artıq rahatlığımız pozulub, həyatımız üçün böyük təhlükə yaranıb. Səbəbsə binamızın yanında 7 ədəd 17 mərtəbəli binaların tikintisinə başlanmasıdır. Binaları inşa edən "Məxmər - 77” MMC-dir. İnşaat aparılan ərazidə qazıntı işləri zamanı yeraltı suların üzə çıxdığını hamı görürdü. Belə bir təhlükəli vəziyyət ola-ola tikintini yenə davam etdirdilər. Bizim bina ilə yeni tikilməkdə olan binalar arasında məsafə də çox az qoyulub, təxminən 10 metr. Halbuki ali qanunverici orqan olan Milli Məclisin təsdiqlədiyi "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində binaların tikintisi zamanı ara məsafələrin hansı uzunluqda olması öz əksini tapıb. Qanuna görə, binalar arasındakı məsafə mərtəbələrin hündürlüyünün 3 qatı qədər olmalıdır. Amma inşa edilən binaların tikintisində heç bir normaya riayət edilmir. Binamız faktiki yeni binaların mühasirəsinə "düşüb”. Yaxınlıqda nə bir yaşıllıq, nə ağaclar, nə də istirahət üçün bir park var. İşbazlar paytaxt sakinlərinin istirahət hüququnu da əllərindən alır, təmiz havasını, günəş şüasını da. Tikinti binamıza hədsiz yaxın məsafədə aparıldığından binamız titrəyir. Gecələr titrəyişlərdən rahat yata bilmirik. Sanki hər an binamız uçulub dağılacaq. Ərazidə ağır tonnajlı texnikanın işləməsi bəzi mənzillərdə çatlar əmələ gətirib, divara vurulmuş kafellər uçub tökülüb. Səs-küy və titrəyişlər sakinlərin rahatlığını pozub, səhhətində problem olanların narahatlığı daha da artıb.
Cənab Prezident, hökumət nümayəndələrinin iştirakı ilə keçirdiyiniz müşavirədə paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıqların qorunması və çoxaldılmasının vacibliyini vurğuladınız. Məmurlara vətəndaşlara xidmət etməyi, müraciətləri dinləyib, problemlərini həll etməyi tapşırdınız. Təəssüf ki, bəzi məmurlar səlahiyyət hədlərini aşır, qanunsuz tikililərə göz yumur, insanların rahatlığını təmin etmək əvəzinə, öz xeyirlərini güdürlər. Sizdən xahiş edirik, biz sakinlərin şikayətinin təmin edilməsini əlaqədar strukturlara tapşırasınız. Ümidimiz ancaq Sizədir”.
Onu da qeyd edək ki, bina sakinlərinin şikayətini dəyərləndirən "Azərbaycan Memarlar Assosasiyası”nın prezidenti, memar Zemfira Budaqova sakinlərin haqlı olduğu qənaətindədir: "Binaların arasında ona görə boş ərazilər qoyulur ki, həmin bina sakinləri rahat istirahət edə bilsinlər, uşaqlarını düşürüb bir az dolaşdırsınlar. Binalar arasında bir balaca yer var deyə dərhal orada ikinci bina, obyekt tikilməli deyil ki? Həyəti böyükdürsə, deməli, binaların sakinləri də çoxdur. Vətəndaşlar etirazlarında haqlıdır. Binaların yaxınlığında tikinti aparmaq qəti qadağandır və buna yol vermək olmaz. Əgər doğrudan da, belə bir məsələ varsa, mütləq qarşısı alınmalıdır”.
Binalar arasındakı məsafəyə qoyulan tələblərə gəldikdə isə xanım memar bildirib ki, şəhərsalmanın qanunlarına görə, iki binanın arasındakı məsafə onların hündürlüyünə bərabər olmalıdır: "Bəzən buna "2H” (iki haş) deyirlər. Amma son zamanlar ərazilərin çox sıx olmasını və tələbatları nəzərə alaraq, binalar arası məsafəni də sıxlaşdırıblar. Yeni binalarda həyət 2H yox, 1H-a bərabərdir. Yəni, əgər iki binadan biri 5 mərtəbəli, digəri 9 mərtəbəlidirsə, ikisinin hündürlüyü bir-birinin üzərinə gəlinir və toplam qiymət iki yerə bölünür. Əvvəl isə fərqli idi. İkiyə bölmə yox idi, binaların toplam hündürlüyü birbaşa götürülürdü”.
Son illər şəhərsalma qanunlarının kobud şəkildə pozulduğunu iddia edən Z.Budaqovanın sözlərinə görə, kimin ürəyi harda istəyir, orada da tikintiyə başlayır: "Hündürmərtəbəli binalar var ki, məsafəsi heç 30 metr yoxdur. Bu isə birmənalı olaraq, şəhərsalma qanunlarından kənardır. Təəssüflər olsun ki, hər şeyin arxasında rüşvət və korrupsiya dayanır. Tikintini kimlər aparır? Əlbəttə ki, pulu olanlar. Pulunu verir ki, filan yerdə obyekt tikmək istəyirəm. Biz də acgözlüyə öyrəşmişik axı! Pulu görən kimi qanun-qadağanı unuduruq. Sanki bizim insanların haram yeməkdən xoşu gəlir. Qanun nə üçündür? Heç kəs qanunda qeyd olunan maddələrdən kənara çıxmamalıdır. Ancaq çox-çox təəssüflər olsun ki, bütün qanunlarımız kağız üzərindədir. Heç kəs ona əməl etmək istəmir. Bizdə qanunun yox, pulun gücü işləyir. Pulunu ver, sənə lap binanın üstündə ikinci bir bina inşa etməyə də icazə verərlər, nəinki binanın yaxınlığında”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32 |
|
|
|
• Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30 |
|
|
|
• "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29 |
|
|
|
• Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25 |
|
|
|
• Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23 |
|
|
|
• Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22 |
|
|
|
• Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20 |
|
|
|
• COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14 |
|
|
|
• AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10 |
|
|
|
• “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01 |
|
|
|
• "Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00 |
|
|
|
• “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50 |
|
|
|
• BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48 |
|
|
|
• FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37 |
|
|
|
• "Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25 |
|
|
|
• Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24 |
|
|
|
• Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07 |
|
|
|
• Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01 |
|
|
|
• "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56 |
|
|
|
• Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
• Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48 |
|
|
|
• Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36 |
|
|
|
• İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22 |
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25 |
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00 |
|
|
|
|