İlginc: Arzu Rəhimov özünü müdafiə naziri postunda görür - Amma bu xarakteristika ilə çətin...
Tarix: 5-08-2014, 11:18 | Çap et
Ölkəmizin bu və ya digər sahəsində çalışan hər bir şəxsin fəaliyyətinə onun rəhbərlik etdiyi sahədə üzə çıxan nöqsanlarla qiymət verilir. Açığı, fəaliyyət olan yerdə problemlər də olur. Həmin nöqteyi-nəzərdən bəzi məsələlər təbii və istisnadır. İşinə məsuliyyətlə yanaşan, idarəçilik, rəhbərlik qabiliyyəti kifayət qədər yaxşı olan məsul vəzifəli şəxslərin rəhbərlik etdikləri dövlət strukturlarında nöqsanlar, problemlər kifayət qədər az olur. Lakin təəssüf ki, biz bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində görmürük - qurumun fəaliyyətindəki nöqsanlar xeylidir. Məsələ burasındadır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iki il 6 ay öncə adıçəkilən quruma rəhbər gəlməsinə baxmayaraq, rayonlarda, qurumun öz aparatında belə doğru-dürüst kadr təyinatı çox böyük fasilələrlə həyata keçirildi.
Komissarlıqlar ləğv olunduqdan sonra yeni xidmətin rayon şöbə rəhbərləri mat qaldılar və sadəcə, icra etdikləri vəzifəyə nə vaxt əmr alacaqları günü gözlədilər. Lakin Arzu Rəhimov onların intizarına son qoymağa tələsmədi. Yalnız bir müddət bundan öncə bəzi rayonlarda şöbə rəislərinin əmrləri verildi, digər yerlərdəki ölü sükutunun hökm sürməsi başa çatdı. Bu baxımdan hesab edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baş verənlər başadüşülən deyil və məntiqlə izaholunmazdır. General-leytenant Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunanda bəzi ekspertlər bildirdilər ki, general-leytenant üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilməyəcək. Bu, çox uğursuz və yerində olmayan bir məsələ idi. Arzu Rəhimov köhnə vəzifə səlahiyyətlərinə xitam verməsindən, bu posta təyinat alandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bəzi özbaşınalıqlar və qanun pozuntuları baş verdi və bir sıra yerlərdə mənfi proseslər bu gün də davam edir. Bu baxımdan söyləmək olar ki, belə bir vacib dövlət qurumunun bəzi şəxsləri, ayrı-ayrı məsul vəzifəli adamları hələ də vəzifə borclarını sonadək dərk etməyiblər. Keçək konkret faktlara - əvvəla, hərbi komissarlıqlar əvəzinə yaradılan qurum demək olar, heç bir yenilik və sanki müasir həyatla uzlaşan iş ortaya qoya bilmir. Əgər Arzu Rəhimov mətbuata açıqlamalarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet səhifəsinin, saytının yaradılması, saytdakı elektron xidmətləri önə çəkirsə, bunu bütün dövlət orqanlarının, digər rəsmi strukturların da rəhbərləri həyata keçiriblər. Bəyəm indi hansı nazirliyin, dövlət xidmətinin, komitənin saytı, İnternet səhifəsi yoxdur ki? Üstəlik, belə saytı yaratmaq üçün (qeyd edək ki, Arzu Rəhimov müsahibələrinin birində dövlət xidmətinin elektron, internet səhifəsinin fəaliyyətini önə çəkmişdi-red) cəmi 1000 manat texniki xərc tələb olunur. Bu baxımdan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının yaradılması hələ onun tam gücüylə fəaliyyət göstərməsi demək deyil. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycanın hərbi xidmətə çağırış sistemində vahid elektron informasiya sisteminin yaradılması üzərində fəaliyyəti də ciddi effekt vermədi və qurumun rəsmiləri tərəfindən təqdim olunan, mühüm yenilik kimi vurğulanan bu cür fəaliyyətə münasibət birmənalı olmadı. Qeyd edək ki, bu sistem vasitəsi ilə çağırışaqədərki yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını və uçotunu aparmaq nəzərdə tutulurdu. İnformasiya sisteminin yaradılması ilə dövlət xidməti hərbi mükəlləfiyyətlilərin ilkin hərbi qeydiyyatından başlayaraq ehtiyata verilməsinə qədər olan bütün dövrü elektron formada nəzarətdə saxlamaq imkanları əldə etməli idi. Halbuki ölkəmizdə bitməmiş müharibə şəraitində və səfərbərlik zamanı Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi istiqamətində daha mühüm tədbirlər həyata keçirilməlidir. Bu qurum demək olar üç ilə yaxındır ki, yaradılıb. Acı təəssüf hissi ilə qeyd etməliyik ki, nəinki rayonlardakı şöbə rəisləri, hətta mərkəzi aparatdakı bir çox vəzifələrə təyinat çox gec aparıldı, yəni qurumun rəhbərinin yubanmış fəaliyyətinə görə bəzi idarə rəisləri sonradan təyin edildilər.
Redaksiyamıza daxil olan məlumata görə, xəzinədar Namiq Nuriyev marketlərin təmiri ilə məşğuldur. O, Bakıdakı 6 obyektin - ticarət mərkəzinin təmiri ilə məşğul olur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərinin adları daha hansı işlərdə hallandırılmır?
General-leytenant Arzu Rəhimovun bəzi açıqlamaları onun ordudakı naməlum əsgər ölümlərinə müxtəlif cür yanaşdığını göstərir. Nə qədər təəccüblü olsa da, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cəmi bir müddət əvvəl mətbuata verdiyi açıqlamada bildirdi ki, orduda əsgərin xəstələnməsi məntiqi haldır. İddia etdi ki, bu gün Azərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların sağlamlığı onun rəhbəri olduğu dövlət xidməti üçün ən öndə duran məsələdir və buna diqqət yetirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi qeyd etdi ki, çağırışdan əvvəl həkim komissiyalarının siyahıları təsdiq olunur. Çağırışçıların sağlamlığı ilə bağlı heç bir şikayəti olmadıqda, mütləq qaydada rentgen-flüoroqrafiya olunmaq şərti ilə xidmət üçün ordu sıralarına cəlb edilir. Əgər şəxs sağlamlığı ilə bağlı hər hansı problemi olduğunu bildirirsə, bu zaman o, mütəxəssisin yanına göndərilir. Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş tibb müəssisələrində onlar təkrar yoxlamadan keçirlər. Onların səhhəti ilə bağlı hər hansı dəqiq olmayan, şübhəli nə isə olarsa, bu zaman o, hərbi həkim komissiyasına göndərilir. Arzu Rəhimovun sözlərinə görə, orduda əsgərin xəstələnməsi məntiqi haldır: "Çünki özünü sağlam hesab edən insan da sabah xəstələnə bilər". Xidmət rəisi deyib ki, bu gün xəstə şəxslərin orduya çağırılmasına göz yumulmasına dair heç bir fakt yoxdur: "Çünki hər bir həkim məsuliyyət daşıyır. Hər bir həkim verdiyi rəyə əsasən sənədə imza atır. O sənədlər də saxlanılır. Sonradan baş vermiş hər bir hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır, cinayət işi açılır. İndi deyirsiniz ki, həkimlər verdikləri rəyə imza atanda bunu fikirləşmirlər? Bunların hamısı arada olan söhbətlərdir".
Belə olan halda general-leytenanta sual veririk: - Bəs onda adlarını açıqladığımız onlarla xəstə çağırışçını kim, hansı dövlət xidməti ordu sıralarına göndərmişdi? Olmaya "ikinci çağırış xidməti" də mövcuddur? General-leytenant hansı məntiqlə təqdim etdiyimiz yüzlərlə xəstə çağırışçının ordu sıralarına göndərilməsini "arada olan məsələ" adlandırır?
Bütün bunlar onu göstərir ki, Arzu Rəhimovun rəhbərliyi altında həyata keçirilən çağırış prosesi öz effektini vermir.
Ötən il general-leytenantın bəzi işçilərinin rüşvət, korrupsiya faktına görə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılması göstərdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra işçiləri bu dövlət strukturundan şəxsi mənfəətləri, subyektiv, maddi maraqları üçün yararlanmağa çalışırlar. Halbuki dövlət xidməti Azərbaycan dövlətinin təhlükəsizliyi, onun hərbi gücünün artması, sərhədlərinin toxunulmaz, ərazinin bütöv qalması üçün fəaliyyəti zəruri olan mühüm dövlət orqanlarından biridir. Göründüyü kimi, proses Arzu Rəhimovun işçilərinin tam nəzarəti altında həyata keçirilir və deməli, bu prosesdə onların məsuliyyət yükü də kifayət qədər ağırdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general-leytenant Arzu Rəhimovun fəaliyyətindəki qüsurlar hələ də mövcuddur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə və idarələrində hökm sürən acınacaqlı vəziyyət göz önündədir. Bu sahədə mövcud olan problemlərə nəzər salsaq görərik ki, hərbi komissarlıqların dövründə indiki qədər nöqsan və çatışmazlıq yox idi. Xidmət fəaliyyətə başladığı ilk vaxtlardan bu günə kimi yüzlərlə xəstə çağırışçı ordu sıralarına göndərilib, həmçinin bir bu qədəri də saxta sənədlər əsasında hərbi xidmətdən yayındırılıb.
Qeyd edək ki, Arzu Rəhimovla bağlı yazılarımızda müəyyən müsbət nəticələr əldə olunur. Bu, şübhəsiz ki, sevindirici haldır. Amma təəssüf ki, bəzi işbazlar bu məsələlərin qarşısını alır. Bu da ortadakı irəliləyişlərə kölgə salır. Əlbəttə ki, Eldar Tağıyev kimi təqaüdçü gətirilib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsinin rəhbəri vəzifəsinə qoyulursa, deməli burda qaranlıq nəsə var. Bəlkə bu məsələdə Eldar Tağıyevin yaxın qohumunun - qudasının müəyyən rolu var. Amma qanun hamı üçün qanundur axı. Ölkəmizin hər bir vətəndaşı qudasının hansı vəzifədə çalışmasından asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Yeri gəlmişkən, Eldar Tağıyev deyib ki, qudam məni tapşırıb. Bu barədə növbəti sayımızda ətraflı bəhs edəcəyik. Eldar Tağıyevin qudasının kim olması ilə bağlı ətraflı araşdırmanı oxucularımıza təqdim edəcəyik. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon şöbəsinin rəhbərinin qudası ilə bağlı araşdırmalarımız davam etdirilir.
Bizim üçün cavabı açıq qalan suallardan biri budur: - görəsən, respublikamızın hərbi prokuroru Xanlar Vəliyev açıqladığımız faktlara bu dəfə də cavab verməyəcək? Axı siz niyə susursunuz cənab hərbi prokuror? Artıq müharibə başlamaq üzrədir. Neçə gündür Ermənistanla sərhəddə atışmalar davam etdirilir. Ordumuzun şəxsi heyətinin sağlamlığı üçün məsuliyyət daşıyan əsas qurumun - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindəki qanunsuzluqlar, özbaşınalıqlar və nöqsanlar göz qabağındadır. Belə şəraitdə heç kim susmamalıdır. Faktlar ortadadır və Respublika Hərbi Prokurorluğu bunlarla bağlı araşdırma aparmalıdır.
Qeyd edək ki, xəstə əsgərlər niyə Tovuz rayonunun Əlibəyli kəndində xidmət edirlər? Bu suallara cavabı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin rəhbərindən istəsək də, faks nömrəsini bizə vermədilər? Sualımıza "Bu məsələlərə Zaur Abdullayevin icazəsi olmadan münasibət bildirə bilmərik"-dedilər. Nə üçün məhz Zaur Abdullayev, niyə Arzu Rəhimov yox? Axı bildiyimizə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimovdur, Zaur Abdullayev yox. Zaur Abdullayev isə müavindir.
P.S. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general-leytenant Arzu Rəhimovun Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla dostluğu, yoldaşlığı onun Qaradağ rayonundakı məşhur "Murad" otelinə yolunu necə açıb?
Nə üçün Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə götürdüyü şəxsə "Beşin kubu necə edir?" sualını verir? Bəli, 5-in kubu 125 edir. Bunu Arzu Rəhimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə götürdüyü şəxslər çox yaxşı bilir. Amma bəzi işə götürülənlər də Arzu Rəhimovun bu sualına elə suallarla cavab verirlər: "Cənab general-leytenant, sizə neçə lazımdır?" Deyilənə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərindən bunu soruşurlar. Qəribədir, görəsən Arzu Rəhimovdan soruşan olacaqmı ki, 45 milyon manatın taleyi necə oldu?
Növbəti sayımızda həmçinin oxuyacaqsınız: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin rəhbəri "Land Cruiser"i 4 faralı "Mercedes"ə harda dəyişir?
P.P.S. Çağırış Məntəqəsinin tikintisinin başa çatması üçün 40 nəfərlik lqot kimə verilib?
Kadrlar Şöbəsində işləyən Rövşən kimin bacısının əridir? Niyə katibənin sözü qanun kimi qəbul olunur? Başqa sözlə desək, bütün işlərin açarı kimin katibəsinin əlindədir?
Hansı general rayonlara katibəsilə birlikdə gedir? 2011-ci ildə qəbulda olan hansı general qəbuldan sonra "Mən müdafiə naziri olacam" - deyib? 8 * 40 * 5=?
Hansı müavin 5000 manatlıq paketi az hesab edir? Nə üçün tikinti işləri yekunlaşmır? 1979-cu il təvəllüdlü şəxsin polkovnik rütbəsi daşımağa haqqı varmı?
"Gündəlik Bakı”nın araşdırma qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda nə planlaşdırılır? – Gərginlik artır: Savaşa onlar göndərilir
Bu gün, 09:41 |
|
|
|
• Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır - ŞƏRH
Bu gün, 09:32 |
|
|
|
• Bu həftə bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq
Bu gün, 09:30 |
|
|
|
• "Məhkəmə qərarını yerinə yetirməyə borcludurlar..." - Ekspert danışır...
Bu gün, 09:29 |
|
|
|
• Sülh sərhəddə imzalanacaq - Dəhliz bu qayda ilə açılmalıdır... - AKTUAL
Bu gün, 09:25 |
|
|
|
• Son qərar üçün AZ VAXT QALDI - Bir neçə aya gerçəkləşə bilər
Bu gün, 09:23 |
|
|
|
• Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə
Bu gün, 09:22 |
|
|
|
• Marneulideə ibtidai haqqlarımız TƏMİN OLUNDU - FOTOFAKT
Bu gün, 09:20 |
|
|
|
• COP29 əleyhinə total hücum kampaniyasını təşkil edənlər faş olub... - məşhur adlar, şirkətlər..; cavabımız nə olmalıdır?
Bu gün, 09:14 |
|
|
|
• AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10 |
|
|
|
• “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01 |
|
|
|
• "Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00 |
|
|
|
• “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50 |
|
|
|
• BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48 |
|
|
|
• FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37 |
|
|
|
• "Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25 |
|
|
|
• Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24 |
|
|
|
• Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07 |
|
|
|
• Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01 |
|
|
|
• "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56 |
|
|
|
• Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51 |
|
|
|
• Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48 |
|
|
|
• Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36 |
|
|
|
• İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22 |
|
|
|
• Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14 |
|
|
|
• İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11 |
|
|
|
• DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24 |
|
|
|
• 5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27 |
|
|
|
• Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58 |
|
|
|
• Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00 |
|
|
|
• "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58 |
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25 |
|
|
|
|