"Çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq..." - Nazirə müraciət olundu
Tarix: 8-05-2024, 08:10 | Çap et
Bakı şəhəri Nizami rayonunda yerləşən 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin müəllimləri - Xanım Həsənova , Könül Səmədli, Aybəniz Hacıyeva, Kəmalə İsrafilova, Elman Məmmədov, Nailə Aslanova və Aynurə Mehdiyeva tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Elm və Təhsil naziri Emin Əmrullayeva müraciət edir:
"Hörmətli Nazir!
Bakı şəhəri Nizami rayonunda yerləşən 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbində baş verən haqsızlıq, direktor Tariyel Əkbərovun özbaşınalıqları, dərs saatları kəsilən, Qərbi azərbaycanlı olduğu üçün təhqir olunan, səbəbsiz yerə töhmətlər alan, sertfikasiya imtahanlarında yüksək bal toplayan və sırf öz ixtisası üzrə təhsil alan, uzun illərdir çalışan müəllimlər olaraq, Sizdən xahiş edirik ki, səsimizə səs verin.
Sizə və nazirliyə, eləcə də Bakı Şəhər Baş Təhsil İdarəsinə çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq bu gün də məktəbdə direktor Tariyel Əkbərovun haqsızlıqları ilə üzləşirik. Direktor Tariyel Əkbərov birmənalı olaraq hər gün bizə hədə-qorxu gəlir, işdən qovmaqla hədələyir. Özünü məktəbdə direktor kimi aparmır və bizimlə dustaq kimi davranır. Bu da bizim səhhətimizə çox ciddi təsir edir.
Biz, Azərbaycan xanımları, müəllimləri, dövlətimizin gələcəyi üçün əsgər böyüdən anaları olaraq, direktorun xoşagəlməz davranışlarını müəllim adına ləkə kimi qiymətləndiririk.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə yazdığımız məktubların cavabsız qaldığını, köməksiz olduğumuzu görəndən sonra, yaranan problemlərlə bağlı direktor Tariyel Əkbərovun əleyhinə Elm və Təhsil Nazirliyi qarşısında etiraz aksiyası təşkil etdik.
Cənab Nazir!
Bizi nazirliyin əməkdaşları Həbib Kərimov və Məlahət Hacıyeva qəbul edib dinləsə də, şikayətimiz təmin olunmadı, məktəbdə olan problemlər öz həllini tapmadı. Əksinə, Tariyel Əkbərov bir az da qabağa gedərək, bizə daha çox hədə-qorxu gəldi.
Onu da qeyd edək ki, müəllim yoldaşımız Könül Səmədli çalışdığımız məktəbdə mənəvi terrorla üzləşir. O, şagird döyməklə bağlı direktor tərəfindən şərləndi. Araşdırılma aparıldı, heç bir kamera görüntüsü və sübut təqdim etməyi bacarmayan direktor bu yolla ikinci dəfə Azərbaycan müəlliminə qarşı haqsızlıq etdi.
04.04.2024-cu il tarixində Bakı Şəhər Təhsili İdarəsinin əməkdaşı Elşad Səfixanov məktəbə gəlsə də, bizim problemlərlə maraqlanmadı. Dərs saatlarımızın kəsilməsini, əsassız yazılan töhmətlər barədə qəti fikir söyləmədi. Qeyd etdiyimiz problemlərin həllinə səy göstərmədi. Bu qədər haqlı şikayət və problemlərdən sonra Elşad Səfixanov daha çox məktəbin direktoru Tariyel Əkbərovun vəkili kimi şikayətlərimizi əsassız hesab etdi.
Belə başa düşdük ki, bizim yazdığımız məktublar Sizdən gizlədilir, ünvana yetişmir və ya biz o məktəbdə işləməyə layiq deyilik.
Cənab Nazir!
Siz uzun illər təhsil sektorunda müxtəlif vəzifələrdə çalışmısınız. Çalışdığınız illər ərzində də müəllimlərin problemləri ilə kifayət qədər tanış olmusunuz. Biz əminik ki, tapdalanan hüquqlarımızın bərpa olunmasında, direktorun Azərbaycan müəlliminə olan hörmətsizliyini, müəllimlə ünsiyyət qura bilməməsini, etik davranış qaydalarını pozduğunu, dərs saatlarımızın kəsilməsini, eləcə də həmkarımız Könül Səmədlinin məktəbin müəllimi Bahar Kazımova tərəfindən "erməni" deyilərək təhqir olunmasını və direktor Tariyel Əkbərovun Xanım Həsənovaya, Kəmalə İsrəfilovaya, Aybəniz Hacıyevaya, eləcə də Könül Səmədliyə yazılan əsassız töhmətləri də araşdıracaqsınız. Buna tam əminik. Öncədən Sizə dərin təşəkkürümüzü bildiririk. Xahiş edirik, bizə kömək edin".
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin "qaynar xətti" ilə əlaqə saxladıq. Bildirildi ki, ancaq şikayətçi olan şəxslər məsələ ilə bağlı nazirliyə müraciət edib, cavab ala bilərlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24 |
|
|
|
|