Gəncənin yeni baş memarı da KÖHNƏ OVQATDADIR... - İTTİHAM VAR...
Tarix: 10-10-2023, 07:56 | Çap et
Gəncənin 2020-ci ilin yayında təyin olunmuş baş memarı Elxan Məmmədovun səsi ilk dəfə ucardan 2021-ci ildə çıxmış və hiddət doğurmuşdu. Bildiyimiz kimi, Vətən müharibəsinin gedişində Ermənistanın raket hücumu nəticəsində zərər dəymiş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdi. Evi dağılmış Gəncə sakini Elşən Ağaxanov Gəncə Şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elxan Məmmədovdan şikayətlənmişdi: “Sakinlərlə kobud danışır. Baş memar deyir ki, Gəncəyə bombanı mən atmışam?” Hər kəsə məlumdur ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vaxtaşırı olaraq vətəndaşları qəbul edib, onları narahat edən məsələlərlə maraqlanıb. Şikayət və təklifləri tək-tək dinləyib. Eyni zamanda ehtiyacı olanlara maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, müalicə üçün göndərişin verilməsi, işlə təminat və digər məsələlərdə yaxından köməklik olunmasına çalışıb və nail olub. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin bir çoxu elə yerindəcə öz həllini tapıb. Amma təssüflər olsun ki, problemləri araşdırılmayan və qanunamüvafiq qaydada həll olunmayan vətəndaşlar da vardır. Bunun da səbəbkarları cənab başçı Niyazi Bayramovun tabeçiliyində fəaliyyət göstərən bəzi vəzifə sahibləridir. Görülən işlərə hansısa maraqlar əsasında kölgə salmaq istəyən məmurlardan biri də yuxarıda adını çəkdiyimiz şöbə müdiri-baş memar Məmmədov Elxan Fazil oğludur. Onun barəsində növbəti şikayət Həsənov İbrahim Firudin oğlundan gəlib. Bir il bundan öncə, icra başçısının tapşırığına əsasən Gəncə şəhər, Atabəylər küçəsində yerləşən kənd təsərrüfatı məhsullarının becərilməsi üçün nəzərdə tutulan 30 hektar torpaq sahəsi Həsənov İbrahim Firudin oğlunun adına icarəyə verilmişdir. Hazırda əkinçilik işlərini daha da inkişaf etdirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında DAİM idarəsindən subsidiya almaq mümkün olmadığından, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaq Agentliyinin reyestrindən keçirib çıxarış sənədi almaq zərurəti yaranıb. Buna görə də Agentliyin çıxarış hazırlaması üçün Gəncə şəhər Kadastr İdarəsinə yerquruluşunun sxeminin çəkdirilməsi üçün rəy göndərilib. Bu rəyə cavab olaraq, Şəhər İcra Hakimiyyətinin baş memarı Məmmədov Elxan Fazil oğlu tabeçiliyində olan nümayəndəsini göndərmək istəmir. Qeyd edək ki, yerquruluşunun sxeminin götürülməsinə görə torpağın icarədarı, Kadastr İdarəsinin nümayəndəsi və icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin nümayəndəsinin iştirakı ilə akt tərtib edilib imzalanmalıdır. Amma yuxarıda sadalananlara baxmayaraq, Gəncə şəhər sakini Həsənov İbrahim Firudin oğlu məyus vəziyyətdə qalıb. Belə bir prosesin həyata keçirilməsinə qeyri-qanuni maneələr yaradan Elxan Məmmədovun hansı maraqlara xidmət etdiyini anlamaq olmur. Dövlət məmurunun bu hərəkəti (hərəkətsizliyi) dövlət proqramında xüsusi yer alan qeyri-neft sektoruna zərbə vurmaqdan başqa bir şey deyil. Görünür, Elxan Məmmədov da Gəncə şəhərinin həbs olunan keçmiş baş memarı Məharət Mustafayevin yolu ilə gedir. Biz inanmaq istəyirik ki, Ölkə başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gəncədə bəzi vəzifə sahibləri tərəfindən vətəndaşlara yaradılmış süni maneələr şəhər icra hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun nəzarəti altında aradan qaldırılacaq və vətəndaş İbrahim Həsənova da təsərrüfatla məşğul olmasına köməklik göstəriləcək. Araşdırmalarımız davam edir. Yazıda adıçəkilən vəzifəli şəxslərin də mövqeyini dinləməyə hazırıq.
GundemXeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02 |
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38 |
|
|
|
• Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
• `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
• Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10 |
|
|
|
• Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06 |
|
|
|
• Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00 |
|
|
|
• Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48 |
|
|
|
• Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27 |
|
|
|
• "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25 |
|
|
|
• Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23 |
|
|
|
• «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18 |
|
|
|
• Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09 |
|
|
|
• "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08 |
|
|
|
• "Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01 |
|
|
|
• İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57 |
|
|
|
• XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45 |
|
|
|
• İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39 |
|
|
|
• Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37 |
|
|
|
• Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• 4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28 |
|
|
|
• Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26 |
|
|
|
• Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21 |
|
|
|
• Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06 |
|
|
|
• Əmək hüquqları sahəsində əlillərin hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03 |
|
|
|
• İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26 |
|
|
|
|