Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? .....                     Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq .....                     Əmək pensiyasının minimum məbləği .....                     Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib .....                     Müharibə və qırğınlar dayanmayacaq… .....                     Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: .....                     “Benzində su olmur axı...” .....                     Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: .....                     Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... .....                     Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi .....                     Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət .....                     "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum" .....                     Əsədi devirən “türk” MOSSAD agentidir? .....                     Ərinin öldürdüyü plastik cərrahla bağlı .....                     Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... .....                     Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… .....                     Cənubi Qafqazda yeni savaş təhlükəsi .....                     Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR .....                     Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? .....                     İran Azərbaycanı təbrik etdi: .....                     Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər .....                     “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi .....                     Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” .....                     Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb .....                     AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır .....                     “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” .....                     ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib .....                     Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib .....                     “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! .....                     “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” .....                     Putin yenə darıxmağa başlayarsa... .....                     Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? .....                     KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin .....                     Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... .....                     Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                     "Bununla bağlı mənə məlumat verməlidirlər" .....                     "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" .....                     Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb .....                 

Bakı dövlət unversitetində qurulan rüşvət piramidası İLGİNC FAKTLAR
Tarix: 10-01-2014, 09:27 | Çap et
Bakı dövlət unversitetində qurulan rüşvət piramidası
DİA.AZ: - Redaksiyamıza ölkənin ən iri ali təhsil ocağındakı qış imtahan sessiyaları ilə bağlı mühim eybəcərliklər barədə ilginc faktlar təqdim olunub. Həmin faktlardan bəzilərini diqqətinizə çatdırırıq:

Ölkənin ən böyük ali təhsil ocağındakı qış imtahan sessiyasında müdhiş eybəcərliklər

Sizcə Azərbaycanda təhsilin vəziyyəti qənaətbəxşdirmi? Boloniya sistemi Azərbaycanda olduğu kimi tətbiq edilirmi? Əcəba ali məktəb rektorları bu Boloniyanın boynuna ip salıb onu necə milliləşdiriblər? Sizcə Sovet təhsil sistemi daha mükəmməl idi,yoxsa Azərbaycanlaşdırılmış Boloniya sistemi?

Qeyd edək ki, Boloniya sistemi ilk dəfə İtaliyanın Boloniya şəhərində tətbiq edilib. Bu səbəbdən də həmin şəhərin adına uyğun olaraq bu, Boloniya adlanıb. Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u tarixi hesab olunur. Həmin tarixdə Boloniya şəhərində 29 Avropa ölkəsinin Təhsil Nazirlərinin xüsusi konfransında “Avropa ali təhsil məkanı” bəyənnaməsi qəbul olunur. Azərbaycan 2005-ci ildən Boloniya prosesinə qoşulub və 2006-cı ildən ilk dəfə Azərbaycan Dillər Universitetində tətbiq edilməyə başlayıb.

Boloniya sisteminə görə tələbə istədiyi vaxt istədiyi mühazirədə iştirak etməyə bilər. Amma Bakı Dövlət Universitetində davamiyyətə görə bal hesablanır. Bu azmış kimi, burada müəllim auditoriyaya girən kimi tələbəyə “gəlmədi”, yəni “qayıb” yazmırsa, bu, müəllimə çox baha başa gəlir. Belə ki, müəllimin adı qaydanı pozan müəllimlər sırasına düşür. Müəllimə izahat yazdırılır. Müəllim binəva da işini itirməmək üçün məcburi şəkildə izahatda etmədiyi səhvə görə rəhbərlikdən üzr istəyir və bir daha bu səhvi etməyəcəyinə söz verir. Vallah, gülməlidir. Məgər şəhərdəki tıxacları universitet rəhbərliyi görmürmü? Səhər tezdən birinci saata 5 dəqiqə gecikən tələbələrə güzəşt edilsə bu cinayətdirmi? Axı bu tələbələrin hamısı papasının gül balası deyil . Heç kimə sirr deyil ki, BDU-da bir çox tələbələrin adları rektoratın siyahısındadır və onlara heç kim gözün üstə qaşın var deyə bilməz. Onlar hətta imtahandan “2” qiymət alanda belə qiymətlər avtomatik şəkildə düzəldilir. Bu gün dərsə gecikdiyi üçün davamiyyət limitini keçən tələbələrin bir çoxu imtahana belə buraxılmır. Təsəvvür edin ki, həmin “qayıb”a görə ali məktəbi bitirə bilməyən, əsgərliyini bir il yarım keçirən gənclərimiz var. Çünki onların nə vəzifəli ataları var,nə pulları.

Boloniya sistemində dəftər dərdi və imtahana bənzər kollokvium?

Boloniya sistemində dəftərə görə tələbəyə qiymət verilmir. Yəni, əsl Boloniyada belə bir qanun yoxdur. Lakin BDU-da tətbiq olunan Boloniya sisteminə görə, dəftərə görə qiymət yazılır. Bəzi müəllimlər dəftərə görə “5” balı da min bir əzabla tələbəyə verirlər. Yazdırdıqları mühazirələri dəftərdə yoxlamaqla yanaşı, kitabı belə dəftərə köçürtdürürlər. Tələbələr bilmir ki, dərslərinə hazırlaşsınlar, yoxsa oturub hansısa kitabı dəftərə köçürsünlər. Bəzən səliqəli dəftər tərtib etdirmək üçün tələbələr pulla dəftər yazdırdır, kitabı dəftərə köçürtdürürlər. Bunun üçün xidmətlər təklif edən şirkətlər belə mövcuddur. Əsl Boloniya sistemində şərt dəftərin tərtibatı deyil,tələbələrin cavabıdır.

BDU-da fərdi işin keçirilməsi də maraqlı məqamlarla yadda qalır. Belə ki, Boloniya sisteminə görə əsl fərdi işdə müəllim semestr ərzində tələbənin onu maraqlandıran ,başa düşmədiyi suallara cavab verilməlidir. BDU-da isə əfsuslar olsun ki, belə deyil. Seminar dərsləri azmış kimi, müəllimlər tələbələrə fərdi işdə də əlavə mövzular verir və hər mövzuya görə tələbə 1 bal alır. Ümumilikdə, tələbə yüksək qiymət istəyirsə, o zaman 5 bal almalıdır. Əgər Universitet rəhbərliyi fərdi iş zamanı bir çox fənnlərdən sanki imtahan verirmiş kimi əziyyət verildiyini görərsə, o zaman başçılıq etdiyi ali məktəbdə Boloniyanın necə əcaib hala düşdüyünün şahidi ola bilər.

Bütün bunları gördükdən sonra tələbələr öz aralarında deyirlər ki, BDU-da Boloniya sistemli təhsil yox, Koloniya sistemli təhsil var. Mən hələ burada kollokviumların necə keçirilməsindən danışmaq istəmirəm. Qeyd edək ki, kollokvium imtahanlar və məqbullar arasında keçirilən mini məqbullardır. Məsələn, bir mövzu,fəsli bitirdikdən sonra onon necə qavranıldığını yoxlamaq, həmçinin təkrarlanmaqla daha yaxşı yadda qalmasını təmin etmək üçün keçirilməlidir. Lakin BDU-nun bəzi kafedralarının müəllimləri kollokviumları imtahan səviyyəsində keçirirlər. Qəribəsi budur ki, bütün bunlar fakültə rəhbərlərinin gözləri qarşısında baş versə də,onlar bununla bağlı heç bir tədbir görmürlər. Əksinə, buna şərait belə yaradırlar. Qeyd edək ki,İqtisad Universitetində də kollokviumlar imtahana bənzər keçirilmişdi və tələbələr üsyana qalxmışdılar. Maraqlıdır ki, adı çəkilən ali məktəblərin hər ikisinin rektoru millət vəkilləridir.

Test imtahanları BDU da nədən ləğv edildi?

Artıq fərdi işlər də,kollokviumlar da, dəftərə görə qiymətlər də geridə qalıb. BDU da qış imtahan sessiyası başlayıb. Biz imtahanların qiymət cədvəli haqqında yazmaq istəmirik. Çünki bu, hamıya bəllidir. Söhbətimiz imtahan zamanı tələbələrin və müəllimlərin hüquqlarının pozulması haqqındadır. Bir neçə il bundan əvvəl BDU-da imtahanlar testlə keçirildi. Bütün tələbələr demək olar ki, imtahan sessiyasını uğurla başa vurdular. İmtahanın müsbət xüsusiyyəti bir də o idi ki, tələbələr imtahan bitən kimi qiymətlərini bilirdi. Onlara qiyməti də müəllimlər yazmırdı. Amma tələbələrin yüksək nəticələr əldə etməsi nədənsə kimlərinsə xoşuna gəlmədi və testlə imtahanlar ləğv edildi. Bu imtahanlar yalnız qiyabi oxuyan tələbələrə şamil edildi. Tələbələr etiraz etsələr də, onlara qulaq asan olmadı. Bu gün BDU-nun tələbələri yazılı imtahanlar verirlər. Lakin burada da onlara əzab verilir. Belə ki,yazılı imtahan verən tələbələrin vərəqləri onlara dərs deməyən müəllim tərəfindən yoxlanılır. Sonradan vərəqlər yenidən təkrar yoxlamaya, başqa müəllimlərə verilir. Nəticədə,tələbə günlərlə nigarançılıq içində aldığı qiymətin cavabını gözləyir. Rəhbərlik imtahan suallarına cavabları təkrar yoxlamaya verərkən müəllimləri də təhqir etmiş olur, onlara inamsızlığını bildirir. Görəsən, rəhbərlik müəllimlərinə inanmırsa, onda nədən onları ali məktəbdə saxlayır? Rəhbərliyin bu addımı tələbələrin, eləcə də müəllimlərin də hüquqlarının pozulması deyilmi? Gəlin görək Boloniya sistemində belə bir qanun varmı?

İmtahanlar zamanı diqqəti çəkən məqamlardan biri də kordunatorlarla bağlıdır. Belə ki, səhər tezdən kordinatorluğa gələn, saatlarla ayaq üstə qalan müəllimlər imtahan bitdikdən sonra imtahan suallarının cavablarını yoxlamağa göndərilir. Beləcə saat 10-a işləmiş BDU-ya gələn müəllim, bəzən evinə axşam saat 8-də gedib çıxır. Halbuki,onun iş vaxtı müqaviləyə görə belə deyil və müəllimin hüquqları pozulur. Koordinator olmayan digər müəllimlərdən də tələb olunur ki, səhər saat 9-da işə gəlib, saat 4-ə qədər kafedralarında otursunlar. Görəsən kafedrada öz masası, kompüteri, guşəsi olmayan müəllim o qədər saatı boş-boşuna oturmaqla BDU-ya hansı tövhələrini vermiş olur? Bəlkə bu səbəbdən artıq BDU müəllimləri müəllim nüfuzunun aşağı düşməsindən şikayətlənirlər. Ən acınacaqlısı isə budur ki, vəzifəlilərin özləri və yaxınları,o cümlədən BDU rektoruna yaxınlığı ilə seçilənlər, şəkli evin ortasında mozaika şəklində salınmış iki qız anası olan və katibəlikdən elmlər namizədinə ucalan xanım da xüsusi imtiyazlara malikdirlər.

Əgər BDU rektoru da tanınmaz görkəmlə başçılıq etdiyi məkanı gəzərsə, o zaman çox mətləblərdən hali ola bilər. Bilər ki, BDU da da tələbələrdən müxtəlif bəhanələrlə necə pul yığılır, müəllimlər kitablarını tələbələrə necə kitablarını baha qiymətə satır,kimlər Universitetdə mövqe sahibi olduqdan sonra altı bahalı maşın görüb.

Qeyd edək ki, imtahanlar zamanı tələbələr ən çox bufetdən su və salfetlər alırlar. Təəssüflər olsun ki, bunlar da BDU-da tələbələrə baha qiymətə satılır. BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli müsahibələrinin birində maraqlı bir fikir söyləyib: “Boloniya sistemində çox mühüm amil rektorun da, dekanın da menecerə çevrilməsidir. Yəni onlar təhsilin maliyyəsini axtarır, maddi texniki bazanın təkmilləşməsinə çalışır, rəqabət mühiti yaradır. Bu təhsil sistemində tələbə ilə müəllim ən yüksəkdə dayanırsa, ən aşağıda dayanan rektorla dekan olur. Azərbaycan reallığında isə Boloniya sistemi çox eybəcər bir formaya çevrilib”. Zənnimcə azərbaycansayağı Boloniyaya bundan gözəl tərif vermək olmaz – Koloniya sistemi…

DİA.AZ-dan: Qarşı tərəfi də dinləməyə hazırıq…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47
“Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39
Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34
Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25
Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru