Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                 

Yoldaş Bağırov öz işçisi ilə doğrudanmı BACARMIR? - İsmayıllıda NƏ BAŞ VERİR?
Tarix: 16-08-2022, 08:16 | Çap et
Yoldaş Bağırov öz işçisi ilə doğrudanmı BACARMIR?
Xəbər verdiyimiz kimi, Şəki İnzibati Məhkəməsi 2022-ci ilin mayın 24-də fermer Abdullayev Teyyub Əli oğlunun şikayəti əsasında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etmişdir.

Hansı ki, iş materiallarında olan sənədlər, məhkəmə iclasında təqdim edilən maddi sübutlar bir daha göstərirdi ki, İsmayıllı RİH rəhbərliyi əsassız olaraq T.Abdullayevlə 2003-cü ildə bağlanmış torpaqdan istifadəyə dair icarə müqaviləsini ləğv edən yuxarıdakı Sərəncamı qanunsuz olmuşdur. Bütün rəsmi sənədlərdə- torpağın 25 illiyinə icarəyə götürülməsi barədə bağlanmış müqavilədə, Dövlət Aktında, icarəyə verilmə barədə tərtib olunmuş Akt-da, Dövlət büdcəsinə ödənilən torpaqdan istifadəyə dair vergi ödənişlərində və s. sənədlərdə də torpağın əkin üçün verildiyi, kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olduğu öz əksini tapmışdır. Lakin İsmayıllı rayon İH başçısının müavini, çoxdandır rayonun icra başçısı olmaq arzusunda olan Mahmud Süleymanov rayon rəhbəri Nahid Bağırovun cavanlığından, rayonu yaxşı tanımamasından sui-istifadə edərək ona aydın şəkildə quyu qazmışdı (Bizə verilən məlumata görə, Nahid Bağırovun pandemiya qaydalarını pozmasına görə Prezident sərəncamı ilə töhmət almasının da xəbərçiliyini, yəni Prezident Administrasiyasına məlumatın ötürülməsinin müəllifi Mahmud Süleymanov olmuşdur.).
XXX
Bu azmış kimi, bu gün T.Abdullayevə RİH-dən xəbərdarlıq məktubu gəlib. Təsəvvür edin, yuxarıda qeyd etdik, Şəki İnzibati Məhkəməsi RİH başçlsı Nahid Bağırovun bəlli qanunsuz sərəncamını ləğv edir, bir neçə gün sonra isə Nahid Bağırov həmin o qanunsuz sərəncamını özü ləğv edir, bununla da fermer Teyyub Abdullayevin torpaq üzərindəki əvvəlki bütün hüquqlarını bərpa edir (tanıyır)... Və başçı həmin sərəncamın icrasını onu aldatmış müavini Mahmud Süleymanova tapşırır... Həyasızlığa bax ki, bu sərəncamın, necə deyərlər, mürəkkəbi qurumamış, Mahmud Süleymanov fermer T.Abdullayevin əvvəlki hüquqları məhkəmə qərarı və RİH BAŞÇISININ SƏRƏNCAMI İLƏ bərpa edilmiş torpaq sahəsinə öyrədilmiş təxribatçıları göndərir ki, əkinə imkan verməyəcəyik və s.

Bu da azmış kimi, bu gün T.Abdullayevə İsmayıllı RİH-dən xəbərdarlıq məktubu gəlib ki... Təsəvvür edin, fermer T.Abdullayev Mahmud Süleymanovun saxtakarlığı ucbatından ötən il taxıl əkinindən, deməli, gəlirdən məhrum edilib, indi ona xəbərdarlıq edilir ki, ötən ilin torpağa icarə haqqı ödənilməyib. Məktubu isə maraqlıdır ki, icra başçısı Nahid Bağırov imzalayıb. Amma, şirvanlılar demiş, ə töbə, bu imza onunku deyil... O mənada ki, özü öz səhv sərancamını ləğv edən başçı üstündən bir ay keçmiş belə bir məktuba imza ata bilməzdi... Özü də məktub o ünvana yazılıb ki, xəbərdarlıq edilən T.Abdullayev o ünvanda yaşamır, yaşamayıb da... (Xəbərdarlıq məktubunun fotosurəti təqdim edilir). Deməli, Mahmud Süleymanov həmin məktubu qəsdən müəmmalı ünvana göndərib ki, çaşqınlıq yaransın, təcrübəsiz və naşı başçının adı hallansın və s.
İndi sual yaranır: doğrudanmı Nahid Bağırov Mahmud Süleymanovun öhdəsindən gələ bilmir, onun bu tip təxribatlarının qarşısını almaqda acizdir???

Yoldaş Bağırov öz işçisi ilə doğrudanmı BACARMIR?

Bu arada adam şübhələnir ki, bəlkə gənc və təcrübəsiz başçı Nahid Bağırov təzə RİH başçısı təyin edilən vaxt Bakıdan gələn xanım dostlarının təbrik məclisini Mahmud Süleymanovun kəndindəki məşhur restoranında qeyd edərkən gizli kamera işləyibmiş??? Bu barədə hələ neçə ay əvvəl redaksiyamıza bilgi daxil olmuşdu və...

XXX

İndi az da olsa keçmişə qayıdaq:

«İti öldürənə sürütdürərlər…» və Mahmud Süleymanovun Nahid Bağırova təxribatçılığı…

Beləliklə, atalar yaxşı deyib ki, «İti öldürənə sürütdürərlər...". Mahmud Süleymanov bu dəfə törətdiyi əməlin cavabını verməyə məcbur edildi. Belə ki, fermer Teyyub Əli oğlu Abdullayev İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamının ləğv olunması üçün Şəki İnzibati Məhkəməsinə şikayət vermişdir. Məhkəmə 24 may 2022-ci il tarixli qərarı ilə İsmayıllı RİH başçısının 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə imzalanmış Sərəncamını ləğv edərək T.Abdullayevin istifadəsində olan torpaq üzərində icarə və istifadə hüququnu bərpa etmiş oldu.

Bir neçə gün əvvəl isə, daha dəqiq desək, 15 iyul 2022-ci il tarixdə İsmayıllı RİH başçısı Nahid Bağırov qanunlara və məhkəmə qərarına hörmətini ifadə edərək 74 saylı Sərəncam vermişdir. İcra başçısı həmin Sərəncamla 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamını özü ləğv etmiş, T.Abdullayevlə bağlı baş vermiş anlaşılmazlığa hüquqi yadınlıq gətirmiş oldu. Və həmin sərəncamın icrası T.Abdullayevin əkin kampaniyasına mane olmuş RİH başçısının müavini Mahmud Süleymanovun özünə həvalə edilmişdir. Amma…

Yoldaş Bağırov öz işçisi ilə doğrudanmı BACARMIR?

İcra başçısı Nahid Bağırovun məhkəmə qərarının icrası ilə bağlı verdiyi Sərəncamlı tapşırığına RİH başçısının müavini Mahmud Süleymanov təxribatçı hərəkətləri…

Beləliklə, fotosurətini təqdim etdiyimiz Sərəncamda da qeyd olunur ki, bu Sərəncamın icrası icra başçısının müavini Mahmud Süleymanova həvalə edilmişdir. Hansı ki, bütün bu qalmaqalı yaradan elə M.Süleymanov idi… Amma nə baş verir: Mahmud Süleymanov bu Sərəncamın icrasını təmin etmək əvəzinə, iyulun 16-da mübahisələndirilən əkin sahəsinə özünün yaxınlarından olan 10 nəfəri göndərmişdir. Həmin adamlar payızlıq taxıl əkininə hazırlıq görən mexanizatorlara yaxınlaşaraq hədə-qorxu ilə demişlər ki, «Əgər burda əkin aparsanız bu traktoru və kotanı benzin töküb yandıracağıq…». Traktorçu isə dərhal DİN-nin 102 xidmətinə şikayət etmişdir.

Təsəvvür edirsinizmi, qeyd olunan torpaq sahəsi dövlət Fonduna aiddir, fermer T.Abdullayevin əlində də Dövlət Aktı vardır. O, hər il dəmyə taxıl əkmişdir. Ötən il isə buna imkan verilmədi, fermer xeyli ziyana düşdü… Artıq ortada məhkəmə qərarı və buna uyğun RİH başçısı Nahid Bağırovun Sərəncamı da vardır. Mahmud Süleymanov isə nəinki məhkəmə qərarına, qanunlarımıza, eləcə də tabeliyində işlədiyi icra başçısına qarşı hörmətsizlik nümayiş etdirir.

Törətdiyi isə təxribatçılıqdır, ölkənin taxıl ehtiyaclarına dəstək verən fermerə qarşı maneçilik əməlidir, nəhayət, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq tapşırıqlar verən ölkə Prezidentinin aqrar siyasətinə badalaq vurmaqdır!

***

Yazı çapa hazırlanarkən isə maraqlı məlumat aldıq. Məlum olur ki, bəlli hadisənin üstündən İsmayıllı RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov T.Abdullyaevin mexanizatoruna hədə-qorxu gələrək təkrarən məhkəmə qərarına və İcra başçısı Nahid Bağırovun Sərəncamına hörmətsizlik nümayiş etdirmişdir. Demişdir ki, biz imkan verməyəcəyik ki, T.Abdullayev orada taxıl əksin və s.

Fermer T.Abdullayevlə əlaqə saxladıq, o, bunları dedi:

-Minnətdaram ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov anlaşılmazlığı aradan qaldırdı, qanunlarımıza və məhkəmə qərarına hörmətlə yanaşaraq 15 iyul 2022-ci il tarixdə 74 saylı Sərəncam verərək özünün 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etdi, mənim həmin torpaq üzərində icarə hüququmu tanıdı. Lakin təəssüf edirəm ki, əvvəldən N.Bağırovu aldadaraq qanunsuz sərəncam verilməsinə, bununla da məhkəmə mübahisəsinə yol açan RİH başçısının müavini Mahmud Süleymanov indi də ona həvalə edilmiş Sərəncamı icra etdirmək istəmir. Əksinə, əkin sahəsinə öyrədilmiş adamları göndərərərk 300 min manatlıq lizinq yolu ilə alınmış texnikaların benzin tökülüb yandırılması ilə bizə hədə-qorxu gəlir, İcra başçısına və məhkəmə qərarına isə hörmətsizlik edir. Bundan başqa, İcra hakimiyyətinin şöbə müdiri Namiq Kərimov isə Mahmud Süleymanovun yolunu gedir, yenə də əkinçilərəmizə hədə-qorxu gəlir. Əraziyə gələn təxribatçılardan ikisi isə sonradan aldadıldıqlarını etiraf edərək bizim traktorçuya deyiblər ki, bizi aldadıb icra hakimiyyətindən göndərmişdilər… Deməli, bu təxribatın başında M.Süleymanov və N.Kərimov durur. Görünür, onların məqsədi araya təfriqə salmaqla gənc icra başçısının adını belə bir qalmaqalda halandırmaq, bulanıq suda balıq tutmaqdır… Ən dəhşətli hal, Prezident dünyadakı ərzaq böhranını nəzərə alaraq ölkədə taxıl istehsalını artırmağı tapşırır, Mahmud Süleymanov və Namiq Kərimov isə taxıl əkməyimizin qarşısını alır, traktorumuzu yandırtdıracaqlarını deyirlər…

***

Sonda: xatırladırıq ki, aidiyyəti dövlət qurumları artıq bu qalmaqallı məsələ ilə bağlı təfsilatı ilə məlumatlandırılıb. Mövzuya qayıdılacaq.

«Təzadlar»ın Araşdırma Qrupu












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru