Abutalıbova CİNAYƏT İŞİ AÇILIR? - İLGİNC GƏLİŞMƏ
Tarix: 29-07-2022, 09:01 | Çap et
Bakıdakı qanunsuz tikililər mövzusu hər zaman dövlət başçısı İlham Əliyevin nəzarətində olub. İddialara görə, Hacıbala Abutalıbov 2018-ci ilin aprelində daha çox qanunsuz tikililərlə bağlı məsələyə görə BŞİH-dəki işini itirməli olub. Çünki onun işdən çıxarılmasından bir müddət əvvəl prezident yanında keçirilən müşavirədə qanunsuz tikililərlə bağlı məsələ gündəmə gəlmişdi. Prezident demişdi ki, bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır.
İlham Əliyev dəfələrlə bildirib ki, paytaxtda bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır: “Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox...”
İyulun 26-da yeni icra başçılarını qəbul edərkən dövlət başçısı Bakıdakı qanunsuz tikililəri yenidən yada salıb: “Əfsuslar olsun ki, vaxtilə Bakı şəhərində inşa edilmiş bir çox hündürmərtəbəli binalar indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Nə üçün? Çünki qanunsuz işlər görülüb. Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib”.
Abutalıbov, təbii ki, bu iddialarla bağlı heç vaxt mediaya açıq danışmayıb, ya da gizlənib. Yalnız 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbayel rayonu ərazisində - Badamdar şosesində torpaq sürüşməsi olandan sonra baş nazirin müavini kimi “torpaq satmaq” iddialarını cavablandırmalı olub. “Əgər o torpaqlar sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz, bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, ”ay Hacıbala müəllim, siz satıbsız axı! Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb", - deyə bildirmişdi.
Ölkə mətbuatında hələ Bakıda “tikinti bumu” vaxtı belə xəbərlər vardı ki, 10-16 mərtəbəli bina üçün ən azı 500 min manat rüşvət vermək tələb olunur. Qeyd edək ki, BŞİH rəhbəri olduqdan sonra Hacıbala Abutalıbov qısa müddət baş nazirin müavini də olub. Amma iki ilə yaxındır ki, sabiq merlə bağlı heç bir xəbər yoxdur. Onun Qaxın İlisu kəndində villasında yaşadığı deyilir. Bəs, Abutalıbov əməllərinə görə cavab verəcəkmi, Bakının qanunsuz tikililərinin yenidən gündəmə gəlməsinin səbəbi varmı?
Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov Hacıbala Abutalıbovun qanunsuz əməlləri ilə üzləşən Azərbaycan vətəndaşlarındandır. O, Hacıbala Abutalıbovun qanunsuzluqları barədə baş prokuror Kamran Əliyevin adına şikayət hazırladığını da açıqlayıb: “Hacıbala Abutalıbov Azərbaycan dövləti adından çıxarılan qərarların icra olunmamasına görə istintaqa cəlb edilməli, qandallanıb türməyə yola salınmalıdır. Bu adam Azərbaycan dövlətinin gücündən istifadə edib və 80-ə yaxın Azərbaycan vətəndaşına qarşı ağır cinayət törədib. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mülkiyyət hüquqlarımızı kobud şəkildə pozub. 10 il əvvəl törətdiyi bu cinayətə görə o, mütləq şəkildə cəzasını almalıdır”. diaaz.space-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Bakıda tikintilərlə bağlı qanunsuzluqlara və baş vermiş cinayətlərə görə cavabdeh şəxslərin sıralamasında Hacıbala Abutalıbov ilk yerdədir: “20 ilə yaxın Bakının meri olan Hacıbala Abdutalıbov şəhərin görkəmini tamamilə eybəcərləşdirdi. Yaşıllıq zonalarını qarış-qarış tikinti şirkətlərinə verdi. Bu gün Bakı başdan ayağa beton-daşdan ibarətdir. Hacıbala Abutalıbovun sərəncamları ilə Bakıda yaşıllıqlar məhv olunub. Onun qanunsuzluqlarının qarşısını məhkəmələr belə ala bilmirdi. Barəsində çıxarılan qərarları icra etmirdi və ya icra olunmurdu”. Hüquqşünas deyir ki, “İcra haqqında” qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası da müəyyən olunub: “İcra haqqında” qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir. Cinayət qanunumuzda isə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı daha sərt cəzalar nəzərdə tutulub. Belə ki, bu cür əməllərə yol verən şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə, 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Dünən, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Dünən, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Dünən, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Dünən, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Dünən, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Dünən, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Dünən, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Dünən, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Dünən, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Dünən, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Dünən, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Dünən, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Dünən, 13:06 |
|
|
|
|